Siyasi 17.07.2025 23:12

İlham Əliyev Paşinyana Qərbi Azərbaycanla bağlı nələri diktə edib? - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb. 

Rakus.az xəbər verir ki, “Əbu-Dabi görüşündən sonra Paşinyan komandasını Zəngəzura topladı” adlı süjetdə bu il iyulun 11-də Prezident İlham Əliyevlə Baş nazir Nikol Paşinyanın Əbu-Dabidə 5 saata qədər davam edən görüşündən bəhs olunur.

Bildirilir ki, Əbu-Dabi görüşü ümumilikdə Bakı və İrəvan arasında aparılan danışıqların uğurlu mərhələlərindən biri hesab etmək olar: “Son proseslər fonunda Əbu-Dabi görüşündə tərəflərin gündəliyində əsas məsələnin Zəngəzur dəhlizi olduğu hesab olunur. Əslində sülh sazişinin önündəki əsas maneələrdən biri də məhz Ermənistanın dəhlizə qarşı olması, Azərbaycanın Naxçıvana maneəsiz çıxışına imkan verməməsidir. Lakin Paşinyanın Türkiyə səfərindən sonra Azərbaycan və Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı mövqelərinin yaxınlaşdığı haqda məlumatlar var”.

Qeyd olunur ki, Ermənistanda Paşinyanın Zəngəzur dəhlizinin açılması məsələsində Azərbaycanla gizli şəkildə anlaşdığını hesab edirlər. Belə ki, Təhlükəsizlik və hərbi məsələlər üzrə  ekspert Hayk Nahapetyan, politoloq Artur Xaçikyan və şərhçi Sevak Hakobyanın fikrincə, Azərbaycan Ermənistandan 150 milyard dollarlıq təzminat tələb edir: “Bunu ödəyə bilməyən Ermənistan da Azərbaycanın istədiyi hər şeyi verməlidir. Ermənistan növbəti güzəştlər silsiləsinə hazırlaşır. Azərbaycanlıların geri qayıtması, Zəngəzur dəhlizinin açılması, Qarabağ döyüşlərində iştirak edən və Azərbaycanın cinayətkar hesab etdiyi şəxslərin Bakıya təhvil verilməsi, Ermənistan konstitusiyasının dəyişdirilməsi və digələri. Paşinyan bunları qəbul edəcək. Mövcud hakimiyyət Ermənistanı regional marionetkaya çevirib. Qarabağda olduğu kimi, Sünikdə də hər şey Azərbaycanın xeyrinə olacaq. Əbu-Dabi görüşündə Zəngəzur dəhlizi və Qərbi Azərbaycan məsələsi əsas müzakirə mövzusu olub. Ermənistan tərəfi Azərbaycanın tələblərini qəbul edib”.

Sonda vurğulanır ki, Əbu-Dabi görüşü ilə bağlı Ermənistan mediasında gedən müzakirələr və irəli sürülən fikirlər olduqca diqqətçəkəndir: “İstisna deyil ki, Əbu-Dabidə baş tutan geniştərkibli görüşdə bu məsələlər müzakirə olunub. Yekun sülh sazişinin imzalanması da Zəngəzur dəhlizinin açılması və azərbaycanlıların öz yurdlarına qayıdışının təmin edilməsi tələblərinin icrası halında mümkün olacaq”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında iyulun 17-də saat 20:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO
Mətbuat / 18.02.2026 09:00
Etibarlı və dinamik xəbər mənbəyi olan Baku TV 8 yaşında - VİDEO