İrəvanda Azərbaycan diplomatlarının ağlasığmaz fəaliyyəti - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “İrəvanın türk siması necə dəyişdirildi?” adlı veriliş hazırlanıb.
Rakus.az xəbər verir ki, verilişdə Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Sosiologiya İnstitutunun Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli İrəvanda daşnakların planlarından və türk izlərinin silinməsindən danışıb.
O bildirib ki, İrəvanın türksüzləşdirilməsi tarixin qaranlıq səhifələrindən biridir. Daşnakların planına əsasən İrəvanda türk izləri silinib. Türklərdən ibarət İrəvanının faciəsi və gizlədilən tarix böyükdür. İrəvanın siması tamamilə dəyişdirilib, azərbaycanlıların şəhəri yadlaşdırılıb.
Onun sözlərinə görə, ermənilərin İrəvanın kimliyi və yaddaşsızlaşdırılması ilə bağlı siyasəti bu şəhərin və orada yaşayan türklərin tarixinin silinməsinə, kimlikdən məhrum edilməsinə dair gerçək faktlar çoxdur.
F.Ələkbərli İrəvan müsəlmanlarının mübarizəsindən söz açıb və deyib ki, İrəvanda azərbaycanlı deputatlar açıq mübarizəyə keçiblər, diplomatlar sərt addımlar atıblar.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Veriliş sentyabrın 3-də saat 19:30-da Baku TV-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.