Bəstəkar Ruhin İsmayılov Londonda “Böyük Mükafat”a layiq görülüb - FOTO - VİDEO

Böyük Britaniyanın paytaxtı London şəhərində 2024-2025-ci illərdə onlayn keçirilən “Golden Time Talent” müsabiqəsinin qalibləri müəyyən olunub.
Rakus.az xəbər verir ki, qaliblər bu il iyunun 8-də Londona Grand Final (Böyük Final) mərhələsinə dəvət alıblar. Finalda Azərbaycanı təmsil edən gənc istedadlı bəstəkar Ruhin İsmayıl 71 ölkənin 100-ə yaxın iştirakçısı arasından bəstəkarlar arasında ən ali mükafat olan “Grand Prix”ə (“Böyük Mükafat”) layiq görülüb.
Xatırladaq ki, Ruhin Nazir oğlu İsmayılov 1987-ci il fevralın 19-da Qərbi Azərbaycanın, Göyçə mahalı Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kəndində anadan olub. 2005-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin bəstəkarlıq sinfini bitirib. Həmin il Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının bəstəkarlıq ixtisasına qəbul olub. Müəllimi azərbaycanlı professor, xalq artisti Arif Məlikov olub.
Bu illər ərzində, o, çoxlu əsərlər – 2006-cı ildə skripka üçün prelüdlər və parçalar, 2007-ci ildə sonata, 2008-ci ildə simfonik süita, 2009-cu ildə isə diplom işi kimi simfonik poema yazıb. 2010-cu ildə Norveçin paytaxtı Osloda keçirilən Eurovision Mahnı Müsabiqəsinin milli seçim finalının açılış musiqisinin müəllifidir. Yallının simli kvartet və texno musiqi ilə sintez olunmuş “Sarı gəlin” mahnısı və Aleksandr Rıbakın “Nağıl” mahnısı səslənib. burada təqdim olunur. 2007-ci ildə ABŞ-ın Tennessi ştatının Memfis şəhərində keçirilən tələbə bəstəkarlarının Bethoven adına musiqi müsabiqəsində fortepiano üçün sonata, fortepiano və skripka üçün prelüd əsərləri ilə iştirak edib.
2009-cu ildə Avstraliyanın Sidney şəhərində keçirilən qısametrajlı film festivalında ən yaxşı film musiqisi nominasiyasını qazanıb. Dünyanın ən yaxşı musiqiçilərinin müsabiqəsində 2-ci yerin, Londonda keçirilən “Qızıl vaxt” istedad müsabiqəsinin 1-ci və 2-ci yerlərinin qalibi olub. 2016-cı ildə Kann Film Festivalında iştirak edib. Bəstəkarlıq müsabiqəsi olan 5-ci Dünaynın ən yaxşı bəstələri yarışında (5th worldbestmusicianscompetetion ) 2-ci yeri tutub. 2018-ci ilin əvvəlində “Rüzgar” türk filminin bəstəkarı olub. 2019-cu ildə “Loopmaster” şirkətinin təşəbbüsü ilə Azərbaycanın kamança, tütək, saz və balaban kimi milli musiqi alətləri ilk dəfə Dünya Musiqi Səs Ensiklopediyasına (“Earthone” milli musiqi alətlərimizin nümunə bank kolleksiyası) təqdim edilib. Bu səs ensiklopediyasından dünyanın bir sıra məşhur və tanınmış DJ-ləri və aranjimançıları öz işlərində istifadə edirlər. 2019-cu ildə “Relaxing Mood Chill Out Music Album” adlı musiqi albomunu buraxıb. Bu albomun məqsədi əsasən insanların gündəlik yorğunluqlarından qurtulmaları üçün rahatlaşdırıcı instrumental musiqi təqdim etməkdir. 8 film, o cümlədən 1 cizgi filmi, 5 layihə müəllifidir.