skip to Main Content
İdman 28.09.2025 08:22

Bakıda 4-cü Ənənəvi Minifutbol Turnirinin açılış mərasimi olub - FOTO - VİDEO

Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi, eləcə də Müstəqilliyin Bərpası Günü (18 oktyabr) və Zəfər Günü (8 Noyabr) münasibətilə sentyabrın 27-dən noyabrın 8-dək keçirilən şəhid jurnalistlərin xatirəsinə həvəskar komandalardan ibarət 4-cü Ənənəvi Minifutbol Turnirinin açılış mərasimi olub.

Rakus.az xəbər verir ki, tədbir Ardanış Futbol  Məktəbinin və Rakus.az saytının təşkilatçılığı, Bakı Tennis Akademiyasının dəstəyi ilə təşkil edilib.

Açılış mərasimində Gənclər və İdman Nazirliyinin, Mətbuat Şurasının, Qərbi Azərbaycanın Çəmbərək rayon Ardanış Kənd İcmasının nümayəndələri, iştirakçı komandaların təmsilçiləri, hərbçilər, mətbuat və  ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bakı Tennis Akademiyasının stadionunda təşkil olunan tədbirdə əvvəlcə şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan turnirin təşkilatçısı və şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov turnir iştirakçılarını salamlayıb və bildirib ki, bu gün qəhrəman Azərbaycan xalqı Anım Gününü qeyd edir. Məhz bu gün ikinci Vətən müharibəsi başladı və möhtəşəm qələbə ilə nəticələndi. Bu tarix həm də Zəfərimizin təməl tarixidir. Təbii ki, qazanılan qələbədə şəhidlərimizin qəhrəmanlıqları heç zaman unudulmayıb və daim yaşayacaq. Məhz bu turnirin təşkili mərd mübarizlərin, o cümlədən şəhid jurnalistlərin xatirəsinin əbədiləşdirilməsi məqsədi daşıyır.

Ardanış kənd İcma sədri, professor Məhəmməd Kərimov ənənəvi xarakter daşıyan turnirin əhəmiyyətindən danışıb və deyib ki, Vətən yolunda canlarından keçən şəhidlərimizin igidliyi hər zaman təqdirəlayiq olub: “Bu sırada qələmləri ilə şəhidlik zirvəsinə ucalan jurnalistlərin xatirəsi hər zaman yad olunur. Göyçə mahalının Ardanış kəndinin yetirməsi olan Məhərrəm İbrahimov da erməni terrorunun qurbanı olan 9 media təmsilçilərimizdən biri idi. O, nümunəvi davranışları ilə hər zaman Vətənə, dövlətə sadiq, öz peşəsinə ləyaqətlə xidmət edən hərbi jurnalist kimi tanınıb. Məhz şəhid jurnalistlərin xatirəsinə həsr olunan bugünkü turnir idman tədbiri olmaqla yanaşı, həm də vətənpərvərlik təbliğ edən, insanları bir-birinə yaxınlaşdıran mühüm təşkilatçılıq işidir. Hər birimiz bütün şəhidlərin, o cümlədən şəhid jurnalistlərin xatirəsini daima əziz tutmalıyıq. Mən icmamız adından yarışın bütün iştirakçılarına uğurlar arzulayıram”.

Gənclər və İdman Nazirliyinin nümayəndəsi Aqşin Fərəcov şəhidlərə Allahdan rəhmət diləyərək bildirib ki, turnirin təşkilində məqsəd həm şəhidlərimizi yad etmək, həm də idmanımızı təbliğ etməkdir. Yarışın sağlam rəqabət şəraitində keçməsini, güclü olanın qalib gəlməsini arzulayıram.

Mətbuat Şurasının əməkdaşı İlqar Tağıyev şəhid həmkarlarının xatirəsinə keçirilən futbol turnirinin ənənəvi xarakter aldığını, igid Azərbaycan övladlarının Vətən yolunda xidmətlərinin hər zaman təqdir olunduğunu söyləyib. O vurğulayıb ki, bu turnir qəhrəman insanların unudulmaması, media təmsilçilərimizin timsalında şəhidlərin  qəhrəmanlıq nümunələrinin yaşadılması və təbliği baxımından önəmlidir. 1-ci və 2-ci Qarabağ savaşında canlarını fəda etmiş insanların xatirəsi hər zaman əzizdir və bizlər bütün qələbələrimizə görə məhz onlara borcluyuq. Şəhid jurnalistlərin xatirəsinə təşkil olunan bu turnirin iştirakçılarına xətasız, zədəsiz maraqlı oyun nümayiş etdirmək arzulayıram”.

Turnirin Təşkilat Komitəsinin sədri Rasim Həsənov şəhidlərə Allah rəhmət diləyərək, yarış iştirakçılarına uğurlar, güclü olanın qalib gəlməsini arzulayıb.

Azərbaycan Dövlət Himni səsləndikdən sonra yarış açıq elan olunub.

Topa rəmzi ilk toxunuşu təşkilatçı adından Əsgər İbrahimov edib.

Açılış mərasimindən sonra A və D qrupunda 2 qarşılaşma baş tutub.

Meydana ilk olaraq “Real TV”“Baku WS” komandaları çıxıb.

Görüş televiziya təmsilçilərininin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

27 Sentyabr

I tur

A qrupu
19:00 “Real TV” – “Baku WS” – 2:1

Qollar: Bəkir Osmanov, Elçin Yusibov

Orxan Hüseynov

Günün 2-ci qarşılaşmasında “AzTV” “AZƏRTAC” ilə oynayıb və agentlik təmsilçilərinin qapısından 6 cavabsız top keçirib.

D qrupu

I tur

20:00 “AzTV” – “AZƏRTAC” – 6:0
Qollar: Mahir Qafarov 3, İbrahim Məmmədov, Sadiq Nağıyev, Cavidan Şükürov

Saat 19:00-da və 20:00-da başlayan oyunları AFFA-nın hakimləri Mahir MəmmədovVüsal Balaşov idarə ediblər.

Sentyabrın 28-də – bazar günü C və B qrupu üzrə 2 qarşılaşma baş tutub. Sahəyə ilk olaraq “Dəmir Yumruq” və “Zəfər 44” komandaları çıxıb. Hesab 5:3 birincilərin xeyrinə başa çatıb.

28 Sentyabr
I tur

C qrupu
22:00 “Dəmir Yumruq” – “Zəfər 44″ – 5:3

Qollar: Səhman Xasıyev 2, Elçin Cuvarov 2, İlqar Xələfli

Ramin Mikayılov 2, Babək Əliyev

Qırmızı kart – Şah Xasıyev, Emin Qasımov – (“Dəmir Yumruq”)

Sarı kart – Samir Həsənov – (“Dəmir Yumruq”)

Sonra “İctimai TV” ilə “Veteranlar” qarşılaşıblar. Gərgin mübarizə şəraitində keçən görüşdə 3:3 hesablı nəticə qeydə alınıb.

B qrupu

23:00 “İctimai TV” – “Veteranlar” – 3:3

Qollar: Elmir Məlikov 3

Ramiz Vəliyev 2, Əsgər İbrahimov

Sarı kart Natiq Vəliyev – (“Veteranlar”)

Saat 22:00-da və 23:00-da başlayan oyunları AFFA-nın hakimləri İmran Məhərrəmov Elgün Hüseynov idarə ediblər.

Xatırladaq ki, Ardanış Futbol Akademiyasının və Rakus.az saytının təşkilatçılığı, Bakı Tennis Akademiyasının dəstəyi, Azərbaycan Dövlət Televiziyası (AzTV), Baku TV, Real TV, AZƏRTAC, APA, Yurd Media agentliklərinin və BAKU.WS portalının informasiya dəstəyi, “Bee Tours”, “Mister Tum”un tərəfdaşlığı ilə keçirilən turnirin məqsədi Birinci və İkinci Qarabağ savaşında canlarını fəda etmiş mərd mübarizlərin xatirəsini anmaq, 44 günlük Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıq nümunələrini yaşatmaq, şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun timsalında erməni terrorunun qurbanı olan media nümayəndələrimizin – Çingiz MustafayevKazımağa KərimovOsman MirzəyevAlı MustafayevFəxrəddin ŞahbazovArif Hüseynzadə və Salatın Əsgərovanın öz peşələrindən əlavə, yeni nəslin sağlam ruhda vətənpərvər böyüməsinə töhfə verməkdir.

İldə bir dəfə təşkil olunan turnirin ilk ilində,  yəni 2022-ci ildə 6 komanda – “Ardanış”, “Göyçə”, “Sadaxlı”, “Ada Təpə”, “Novoivanovka” və “Media” təmsil olunub. 2023-cü ildə tarixi torpaqlarımız olan İrəvan, Göyçə, Qaraqoyunlu, Loru-Borçalı, Zəngəzur, Vedibasar, Dərələyəz, Talin, Sərdarabad, Ağbaba, Abaran, Dərəçiçək, Amasiya, Çəmbərək, Qəmərli, Ardanış, Qırxbulaq kimi digər mahal, şəhər, rayon və yurdlarımızı təmsil eməsi xüsusi məna daşıyıb. Komandaların sayı 8 olub –  “Qərbi Azərbaycan”, “Zəngəzur”, “Göyçə”, “Loru-Borçalı”, “İrəvan”, “Çəmbərək”, “Ardanış” və “Qaraqoyunlu” adı altında mübarizə aparıb. Medianı “Qərbi Azərbaycan” adı ilə AZƏRTAC, “Zəngəzur” adı ilə AzTv təmsil edib.

2024-cü ildə turnirdə 12 komanda – “Ardanış, AzTv, AZƏRTAC, BAKU.WS, “Report” “Nərimanlı”, “Veteranlar”, “Turan”,  “Hərbçilər”, “Gənclər”, “Qoşabulaq” və “Göyçə” adı altında mübarizə aparacaq. Yəni medianı 4 komanda təmsil edib.

Bu il – 2025-ci ildə isə turnirdə 12 komanda – AzTv, Baku TV Real Tv, “Cəmiyyət”, AZƏRTAC, APA, Yurd Media, Baku.WS, “Vətən”, “Veteranlar”, “Zəfər 44”, “Dəmir Yumruq” adı altında mübarizə aparacaq. Medianı 8 komanda təmsil edir.

Turnir hər birində 3 komanda olmaqla 4 qrupdan ibarətdir, sentyabrın 27-də başlayıb noyabrın 1-də başa çatacaq. Qruplar üzrə dairəvi sistemlə keçiriləcək mübarizə nəticəsində qrupda xal və top hesabına 1 və 2-ci yeri tutan komandalar 4/1-ə yüksələcək. Bu  oyunlarında iştirak edəcək 8 komandadan qalib gələn 4 komanda yarımfinala çıxacaq. Yarımfinalda A1-B2, C1-D2, B1-A2, D1-C2 ilə görüşəcək. Qruplar üzrə qalib komandalar FİNAL-da, məğlublar isə 3-cü yer uğurunda qarşılaşacaq. Turnirin razılaşdırılmış qaydasına əsasən, qarşılaşmalar hər biri 25 dəqiqə olmaqla iki hissədən ibarətdir. Yarımfinal və final oyunları zamanı əsas vaxtda qalib müəyyənləşməzsə, penalti təyin olunacaq. AFFA hakimlərinin idarə edəcəyi turnirin Təşkilat Komitəsi iştirakçı komandaların nümayəndələrindən təşkil olunur və hər bir problemli məsələ komitə tərəfindən verilən qərarla həll edilir. Komandaların 12-14 nəfərlik heyətində yarış başa çatanadək heç bir dəyişiklik reallaşdırılmayacaq.

Xatirə turnirində qalib komandalara, eləcə də “ən yaxşı oyunçu”“ən çox qol vuran”“ən yaxşı qapıçı” və “nümunəvi komanda” nominasiyaları üzrə kubok, medal və hədiyyələr nəzərdə tutulur. İştirakçılar arasında 44 günlük Vətən müharibəsi zamanı ön cəbhələrdən şəhid həmkarları kimi operativ xəbərlər, reportajlar hazırlayan jurnalistlər də var. Şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov “Veteranlar” komandasında çıxış edir. Oyunların şənbə və bazar günləri (açılış günü şənbə saat 19:00 və 20:00-dan başqa) saat 22:00/23:00-da keçirilir. Komandalar özlərinin idman geyimləri ilə yaşıl meydana çıxacaqlar. Oyunları AFFA-nın hakimləri idarə edəcək. Final oyunu bə bağlanış mərasimi noyabrın 1-də şənbə günü saat 19:00/20:00-da baş tutacaq.

 OYUNLARIN TƏQVİMİ

28 sentyabr

C qrupu 22:00 – “Dəmir Yumruq” – “Zəfər 44”

B qrupu 23:00  – “İctimai TV” – “Veteranlar”

4 oktyabr

A qrupu 22:00 – “APA” – “Baku WS”

D qrupu 23:00 – “Baku TV” – “AZƏRTAC”

5 oktyabr

C qrupu 22:00 – “Yurd.Media” – “Zəfər 44”

B qrupu 23:00 – “Vətən” – “Veteranlar”

11 oktyabr

A qrupu 23:00 – “Real TV” – “APA”

B qrupu 22:00 – “Vətən” – “İctimai TV”

12 oktyabr

C qrupu 23:00 –  “Dəmir Yumruq” – Yurd Media

D qrupu 22:00 – “Baku TV” – “AzTV”

18 oktyabr – 1/4

B1/A2  22:00

D1 – C2  23:00

19 oktyabr

C1-D2  22:00

A1 – B2  23:00

26 oktyabr- YARIMFİNAL

22:00 A1/B2 – C1/D2

23:00 B1/A2 – D1/C2

1 noyabr

3-cü yer

19:00

FİNAL – BAĞLANIŞ – MÜKAFATLANDIRMA

20:00

 

 

 

 

 

 

 

XƏBƏR LENTİ
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO
Mətbuat / 18.02.2026 09:00
Etibarlı və dinamik xəbər mənbəyi olan Baku TV 8 yaşında - VİDEO
Back To Top
×Close search
Axtar