Maraqlı 16.05.2019 08:49

BÜRCLƏR – 16 may

Qoç – günün ilk yarısında qeyri-adi işin, rutin olmayan tapşırığın öhdəsindən gəlmək olar. Yorulmadan çalışa bilərsiniz. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün mümkün qədər fəal olun. Ciddi məsələni qeyri-formal şəraitdə müzakirə etmək mümkündür. Avanqard, novator olun.

Günün ikinci yarısında fəaliyyət müstəvinizi genişləndirin. Yeni biznes-layihəyə başlamaq olar. Köhnə dostlar və həmfikirlərin yardımları istisna deyil.

Savadsız, bacarıqsız insanların “məsləhət”lərinə qulaq asmayın.

Buğa – rahatlıq, istirahət, əyləncə barədə fikirləri təxirə salın. Gəlirləri artırmaq şansları yaranır. Tələbatlar da çoxalır. Aktiv və enerjili olsanız, məqsədə daha tez çatacaqsınız. Tənbəllik etməyin.

Günün ikinci yarısında eyni vaxtda bir neçə işlə məşğul olmayın. Ailə üzvləri qarşısında məsuliyyət daşıdığınızı unutmayın. Sifarişi vaxtında yerinə yetirin, tapşırığı unutamyın.

Axşam saatlarına yaxın gərginlik artacaq. Şəxsi maraqlarınızı bir müddətə unudun.

Əkizlər – öhdəliklər və vədləri yerinə yetirmək zamanıdır. Bunu etməsəniz, kəskin mübahisə yarana bilər. Formallıqdan uzaq durun, sərbəst və azad qrafiklə çalışın.

Ünsiyyətdə səmimi olun. Dəyər verdiyiniz insanların qayğısına qalın.

Günün ikinci yarısında bütün enerjinizi işə sərf edin. Kollektiv tədbirlər üçün münasib zamandır. Dünyagörüşünüzü artıra biləcək nə varsa, xeyirdir. Novatorların ideyaları ilə tanış olun. Layihələriniz barədə həmfikir olduğunuz insanlara da danışa bilərsiniz.

Xərçəng – ənənəvi fəaliyyət metodları ilə artıq öyrəşdiyiniz vasitələrin effektivliyi azala bilər. Yaxın ətrafınızdakı insanların əhvalından xəbərdar olun.

Maddi imkanlarınız yol verərsə, yeni layihəyə başlaya bilərsiniz.

Günün ikinci yarısında xərclər artacaq. Korporativ maraqlar şəxsi istəkləri üstələyəcək və bununla barışmalı olacaqsınız. Gəlirlərin artırılması üçün innovasiyalara, yeniliklərə ehtiyacınız var. Fərdi potensialınızı göstərin. Təşəbbüskar olsanız, işdə rəhbərlik bunu dəyərləndirəcək.

Şir – çox yaxşı və xoş keçirə biləcəyiniz əla gündür. Çətin işdən qorxmayın. Bu gün istənilən məsələni həll etmək gücündəsiniz. Gün yaradıcı insanlar – musiqiçilər rəssam və yazıçılarla ünsiyyət üçün münasibdir. Onlardan biri sizi də şah əsər yaratmağa ruhlandıra bilər.

Sizə əziz olan insanları sevindirməyin yolunu tapacaq, yaxınlarınıza hədiyyələr və xoş sürprizlərlə sevinc bəxş edəcəksiniz. Əhəmiyyətli xərclər mümkündür. Lakin buna görə təəssüflənməyəcəksiniz.

Qız – gərgin, amma maraqlı gün olacaq. İşlərin çox olması sizi qorxutmasın. Ruhdan düşməyin. Dəf edilməsi mümkünsüz sədd və ya maneə yoxdur. Əməyinizin nəticələrində maraqlı olun.

Həvəs və istəklə fəaliyyət göstərin.

Günün ikinci yarısında təcrübənizi artırın, faydalı biliklər və informasiya əldə edin. Bacarıqlarınızdan danışmaqdan çəkinməyin. Fərdi aktivliyi kollektiv əməklə uzlaşdırın. Texnika, elektronika, biliklərin qeyri-ənənəvi sahələri ilə bağlı olan məqamlar aktuallaşacaq. Eksperimentlərdən, innovasiyalı metodlardan qorxmayın.

Axşam saatlarında gəzintiyə çıxın.

Tərəzi – nə istədiyinizə qərar vermədən heç nəyə nail ola bilməyəcəksiniz. Tərslikdən, öz arzularınızı müəyyənləşdirmək olduqca çətindir.

Yaşlı nəslin nümayəndələri ilə mübahisələr mümkündür. Nüfuzlu şəxslərlə münaqişələr də istisna deyil. İndi siz əminsiniz ki, onların köməyi və dəstəyi olmadan da keçinə bilərsiniz. Amma bir qədər sonra hədsiz lovğalığa görə özünüzü məzəmmət edəcəksiniz. Günün ikinci yarısında qida və dərman zəhərlənmələri mümkündür. Ehtiyatlı olun!

Əqrəb – gəlirlər və ümumiyyətlə, maddi məsələlər tərəfdaş, yaxud şəriklə mübahisələr yarada bilər. Hər məqamda şəxsi rəğbət və ya fərdi üstünlük amillərinə əsaslanmayın. Situasiyanı tələsmədən, soyuqqanlı şəkildə təhlil edin.

Günün ikinci yarısında yeni texnika, unikal metoddan istifadə gözləntilərinizin reallaşma sürəyini qısalda bilər. Mütəxəssislərlə məsləhətləşməkdən çəkinməyin. Tənbəllik, süstlük, pərişanlıq zamanı deyil.

Tapşırıq və ya sifarişi vaxtında yerinə yetirmək üçün əlinizdən gələni edin.

Oxatan – ən yaşı məziyyətlərinizi nümayiş etdirin, aqressiv və sərt olmayın. Əvvəlki uğurlarınızdan istifadə edərək yeni mərhələyə keçidlə bağlı çətinlikləri mümkün qədər azaldın. Lazımi informasiyanın axtarışı, təsir çevrəsinin genişləndirilməsi, prioritetlərin yenidən müəyyənləşdirilməsi üçün əlverişli zamandır.

Günün ikinci yarısında hadisələrə təsir imkanlarına malik insanla tanışlıq işinizə yarayacaq. Normal məsləhətləri qulaqardına vurmayın. Yaşlı qohumların dediklərinə qulaq asın.

Ailə üzvləri ilə səmimi olun.

Oğlaq – maddi çətinliklərin və problemlərin sayı artır. Gəlirlərin həcmi və maddi rifah durumunuz sizi təmin etmirsə, pul əldə etməyin yeni yollarını arayın. Gəlirlərlə xərclər arasındakı balansı qoruyun.

Günün ikinci yarısında yeni layihəyə başlasanız, ilk əvvəl məsrəflər olacaq. Yaradıcılıq, ideyalar və təkliflər yeni gəlir mənbəsinin aşkarlanmasına səbəbdir. Bilikləriniz və bacarıqlarınızdan irəliləyiş üçün istifadə edin.

Pulun hər şeyi həll etmədiyini unutmayın.

Dolça – günün ilk yarısında işlərə enerji ilə başlayın, aktiv olun. Əsas məsələni qoyub xırda məqamların həllinə izafi diqqət ayırmayın. Sizi maraqlandıran işlə məşğul ola bilərsiniz. Yaxın ətrafınızdakı insanlarla fəal əməkdaşlıq edin.

Kollektiv fəaliyyətdə tərəfdaş və ya dəyər verdiyiniz insanlara qarşı çıxmayın. Ümumi idealı, maraqları nəzərə alın.

Günün ikinci yarısında konkret maddi stimulun peyda olması nəticəsində rəqabət mübarizəsi kəskinləşə bilər. İmtiyazlarla vədlərə və təkliflərə aldanmayın.

Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün gərəkli bildiyiniz vasitələrdən istifadə edin.

Balıqlar – inadla və qətiyyətlə çalışsanız, fəaliyyətiniz yaxş nəticələr verə bilər. Situasiyadakı dəyişiklikləri intuitiv olaraq hiss edin. Fərqlərə bilavasitə dəlalət edən anlar və ya məqamlar zəif olsa belə, diqqətli davranın.

Günün ikinci yarısında yaranan imkanlardan, şanslardan maksimum dərəcədə istifadə edin. İşdə rəhbərliklə mübahisə etməyin. Bilik və bacarıqlarınızın nümayişindən çəkinməyin.

Maaş və ya gəlirlərin artırılması barədə düşünə bilərsiniz. Zəiflik etməyin, mövqelərinizdən əsla geri çəkilməyin. Yeni, modern vasitələrlə metodlardan istifadə etməyə çalışın. Yalnız belə olarsa, rəqibləri üstələyərək peşəkarlığınızı artıra bilərsiniz. (Milli.Az)

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO