Siyasi 21.10.2025 23:52

Bazarcıq, Bazarçay, Bayatlar, Bayat dağı – türk tarixinin izi - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də “Muş və Alaşkert ermənilərinin yerləşdirildiyi oğuz yurdu” adlı süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, bugünkü süjetdə erməni saxtakarlığına, addəyişmə terroruna məruz qalan Bazarcıq, Bazarçay, Bayatlar toponimi, Bazarçay hidronimi və Bayat dağı oronimi haqqında söz açılır.

Bildirilir ki, Qərbi Azərbaycanda yerli sakinlərin deportasiyaya məruz qalmasından, qədim türk yurdlarının mədəni işğalından sonra toponimlərin adının dəyişdirilməsi prosesinə başlanılıb və unudulmayan tarixi keçmişə sahib olan bu kəndlərimiz ermənilərin məkrli niyyətinin qurbanı olub.

Bazarcıq – Abaran mahalının Abaran, sonra Aparan və daha sonra Nairi adlandırılan rayonda kənd adıdır. Adı “İrəvan əyalətinin icmal dəfətəri”ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilib. Ermənilər buraya 1829-1830-cu illərdə Türkiyənin Muş, Alaşkert və Bulanixdən köçürülüblər. 1946-cı ildə kəndin adı dəyişdirilib Arayi qoyulub.

Bazarçay – Zəngəzur mahalının Qarakilsə, sonralar Sisian adlandırılan rayonda kənd adıdır. Kənddə yaşayan azərbaycanlılar 1918-ci ildən sonra deportasiya olunub və bura xaricdən köçürülən ermənilər yerləşdirilib.

Bayatlar – Pəmbək mahalının Böyük Qarakilsə, sonralar Quqark adlandırılan rayon ərazisində qışlaq adıdır. 1930-cu illərdə ləğv edilib.

Bazarçay – Zəngəzur mahalının Qarakilsə, sonralar Sisian adlandırılan rayonda çay adıdır. Adı dəyişdirilib Vorotan qoyulub.

Bayat dağı – Pəmbək mahalının Böyük Qarakilsə, sonralar Quqark adlandırılan rayonun Hallavar kəndində dağ adıdır.

Sonda vurğulanır ki, “Kitabi-Dədə Qorqud”dan günümüzə qədər qorunaraq yaşadılan yer-yurd adlarımız Çar Rusiyasına və bəd niyyətlərə söykənən ermənilər tərəfindən zaman-zaman yadlaşdırılıb: “Təbii ki, bu əməllər tarixdə başqalarına məxsus torpaqlar üzərində süni yaradılmış Ermənistan adlı dövlətin əsl mahiyyətini göstərir. Lakin əminliklə deyə bilərik ki, bu gün dünyada yaranan yeni reallıqlar ermənilərin əsl həqiqətlərlə üzləşməsi və barışması üçün tarixi imkan yaradıb”.

Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir. Hazırlanan süjetlədə ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası araşdırılır, həmçinin yer adlarının mənşəyi, mənası və sonrakı taleyi haqqında məlumat verilir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet teleaparıcı Ramin İbrahimovun təqdimatında oktyabrın 21-də  saat 19:00-da Baku TV-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 21.10.2025 23:52
Bazarcıq, Bazarçay, Bayatlar, Bayat dağı – türk tarixinin izi - VİDEO
Hərbi, Müsahibə / 21.10.2025 18:34
“General Həzi Aslanov nəyə görə iki dəfə Sovet İttifaqı Qəhrəmanı adını alıb?” - FOTO - VİDEO
Sosial / 21.10.2025 14:22
Bazarçay necə Vorotana oldu? – ANONS - VİDEO
Hərbi / 21.10.2025 13:36
Hərb tariximizin itirilmiş səhifələri – ANONS
İdman / 21.10.2025 08:26
Xatirə Turnirinin 1/4 mənzərəsi: epizodlar, qollar, oyunların CƏDVƏLİ - FOTO - VİDEO
Elm və təhsil, Müsahibə / 20.10.2025 23:03
“Mir Cəfər Bağırovun qəzəbinə tuş gələn akademik bütün vəzifələrini itirib” - VİDEO
İdman / 20.10.2025 00:34
“Dəmir Yumruq” və “Veteranlar” növbəti mərhələyə adlayıb - FOTO - VİDEO
İdman / 19.10.2025 08:45
Daha iki komanda adını bu gün yarımfinala yazdıracaq
Mədəni / 18.10.2025 23:53
“Nadir Şahdan bu günə gəlib çıxan qalxanın yaddaşı” - VİDEO
İdman / 18.10.2025 23:53
“İctimai TV” və “AzTV” yarımfinalda - FOTO
İdman / 18.10.2025 09:34
“İctimai TV”-“APA”, “AzTV”-“Zəfər 44” – kim yarımfinalçı olacaq?
Gündəm / 17.10.2025 23:17
“Kəndimiz Malatyadan gələn Yılanoğulları tayfasının adı ilə bağlıdır” - FOTO - VİDEO
Sosial / 17.10.2025 14:22
İlanlıda itməyən xatirələr – Şəmsi Qocanın “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
İdman / 17.10.2025 08:22
Şəhid jurnalistlərin xatirə turnirində 1/4 oyunları həftə sonu başlayır - FOTO
Siyasi / 16.10.2025 23:20
Doğum azalır, gediş artır: Ermənistan niyə əhalisini itirir? - VİDEO
Təhlil / 16.10.2025 14:22
Ermənilər Zəngəzuru sürətlə tərk edir – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 15.10.2025 23:10
“Türk” adlı yarımtanrı: Herakl analoqu kim idi? - VİDEO
Elm və təhsil, Mədəni / 15.10.2025 14:56
“Armeniak” arxasında gizlənən tarix – ANONS - VİDEO
Siyasi / 14.10.2025 23:07
Bağçacıq, Bazarkənd toponimi – türk tarixinin izi - VİDEO
Müsahibə, Mədəni / 14.10.2025 18:31
“Qoca İrəvan yer üzündən silinib, amma rəsmlərdə qalıb” - VİDEO
Sosial / 14.10.2025 15:03
İtirilmiş kəndlərin ağrılı tarixçəsi – ANONS
Müsahibə, Mədəni / 14.10.2025 13:45
“Qoca İrəvan rəsmlərdə qalıb” – ANONS - FOTO - VİDEO
İdman / 14.10.2025 09:22
Turnirin 3-cü turu – yaddaqalan anlar və fotokadrlar - FOTO
Müsahibə, Siyasi / 13.10.2025 21:43
“Hüseynquluağalı kəndinin adı bir neçə dəfə dəyişdirilib” - FOTO - VİDEO
İdman / 13.10.2025 11:58
Üçüncü turun mənzərəsi: epizodlar, qollar, növbəti oyunlar və bombardirlər – CƏDVƏL - FOTO - VİDEO
İdman / 13.10.2025 00:44
“Baku TV” və daha 3 komanda adını 1/4 yazdırdı - FOTO