İdman 27.10.2025 08:24

“Veteranlar” və “AzTV” finala vəsiqə qazanıb - FOTO

Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi, eləcə də Müstəqilliyin Bərpası Günü (18 oktyabr) və Zəfər Günü (8 Noyabr) münasibətilə sentyabrın 27-dən noyabrın 8-dək təşkil olunan  şəhid jurnalistlərin xatirəsinə həvəskar komandalardan ibarət 4-cü Ənənəvi Minifutbol  Turniri çərçivəsində yarımfinal oyunları keçirilib.

Rakus.az xəbər verir ki, oktyabrın 26-da Bakı Tennis Akademiyasında keçirilən oyunları AFFA-nın hakimləri Vüsal Balaşov və İmran Məhərrəmov idarə ediblər.

İlk olaraq saat 22:00-da sahəyə “Veteranlar” və “Dəmir Yumruq” komandaları çıxıb. Oyunun ilk dəqiqələrində “Veteranlar”dan Əsgər İbrahimov ilk qolu vurub. Ardınca Ramiz Hüseynov vurduğu zərbə ilə hesabda tarazlıq yaradıb. Ardınca Ramiz Vəlizadənin və İmaməddin Zeynalovun dəqiq zərbələri ilə” Veteranlar” hesabı 3:1-ə çatdırıblar. İlk hissənin bitməsinə 3 dəqiqə qalmış İlqar Xələfli vurduğu qolla dəmir yumruqları ümidləndirib və hesab minimuma enib – 3:2.

Komandalar bu hesabla fasiləyə yollanıblar.

Fasilədən sonra heyətlər təzyiqi gücləndiriblər. “Veteranlar” daha təmkinli oyun nümayiş etdirib və Ramiz Vəlizadənin qolu ilə hesab fərqini ikiyə çatdırıb. “Dəmir Yumruq” rəqibinə qarşı hücum sayını artırsa da nəticə verməyib. Qarşılaşma 4:2 hesabı ilə veteranların xeyrinə başa çatıb və komanda ilk finalçı adını qazanıb.

xxx

Bakı Tennis Akademiyası

26 oktyabr – YARIMFİNAL

22:00 – “Veteranlar” – “Dəmir Yumruq” – 4:2

Qollar – Ramiz Vəlizadə 2, Əsgər İbrahimov, İmaməddin Zeynalov.

Ramiz Hüseynov, İlqar Xələfli

Sarı kart – Natiq Vəliyev (“Veteranlar”), Ramiz Hüseynov (“Dəmir Yumruq”)

xxx

Saat 23:00-da isə televiziyaçıların mübarizəsi başlayıb. “İctimai TV”  ilə “AzTV” adını finala yazdırmaq üçün tərk töküblər. Bərabər səviyyədə keçən oyunda İTV təmsilçiləri Samir Əlizadənin baxımlı qolu ilə önə keçiblər. Fasiləyədək oyun bu hesabla davam edib. Fasilədən sonra ilk hissədə Emil Mirzəyevin zədələnməsi komandanın müdafiəsində müəyyən boşluq yaradıb. Bu fürsətdən istifadə edən qara formalı AzTV komandası Mahir Qafarov, Fuad Eldarov və Bəhrəm Cəbrayılovun qolları ilə 3:1 önə keçib. Gərgin mübarizə, müxtəlif epizodlar və qarşılıqlı hücumlarla zəngin olan bu oyunun sonunda rəqibindən üstün olan “AzTV” adını finala yazdırıb.

Bakı Tennis Akademiyası

26 oktyabr – YARIMFİNAL

23:00 –  “İctimai TV” – “AzTV” – 1:3

Qollar – Mahir Qafarov, Fuad Eldarov, Bəhram Cəbrayılov.

Samir Əlizadə

Sarı kart – Teymur Mikayılov (“İctimai TV”)

xxx

Beləliklə, noyabrın 1-də keçiriləcək final qarşılaşmasında “AzTV” və “Veteranlar”, üçüncü yer uğrunda görüşdə isə “Dəmir Yumruq” ilə “İctimai TV” iüz-üzə gələcək. Oyunlardan sonra mükafatlandırma və bağlanış mərasimi olacaq.

xxx

OYUNLARIN ÜMUMİ TƏQVİMİ

27 sentyabr – AÇILIŞ

A qrupu 19:00 – “Real TV” – “Baku WS”

D qrupu 20:00 –”AzTV” – “AZƏRTAC”

28 sentyabr

C qrupu 22:00 – “Dəmir Yumruq” – “Zəfər 44”

B qrupu 23:00  – “İctimai TV” – “Veteranlar”

4 oktyabr

A qrupu 22:00 – “APA” – “Baku WS”

D qrupu 23:00 – “Baku TV” – “AZƏRTAC”

5 oktyabr

C qrupu 22:00 – “Yurd Media” – “Zəfər 44”

B qrupu 23:00 – “Vətən” – “Veteranlar”

11 oktyabr

A qrupu 23:00 – “Real TV” – “APA”

B qrupu 22:00 – “Vətən” – “İctimai TV”

12 oktyabr

C qrupu 23:00 –  “Dəmir Yumruq” – “Yurd Media”

D qrupu 22:00 – “Baku TV” – “AzTV”

18 oktyabr  –  1/4

B1 – A2  22:00 – “İctimai TV” – “APA”

D1 – C2  23:00 – “AzTV” – “Zəfər 44”

19 oktyabr –  1/4

C1-D2  22:00 – “Dəmir Yumruq” – “Baku TV”

A1 – B2  23:00 – “Real TV” – “Veteranlar”

26 oktyabr – YARIMFİNAL

22:00 A1/B2 – C1/D2  – “Veteranlar” – “Dəmir Yumruq”

23:00 B1/A2 – D1/C2 – “İctimai TV” – “AzTV”

1 noyabr

3-cü yer – 19:00

FİNAL – BAĞLANIŞ – MÜKAFATLANDIRMA – 20:00

Xatırladaq ki, Ardanış Futbol Akademiyasının və Rakus.az saytının təşkilatçılığı, Bakı Tennis Akademiyasının dəstəyi, Azərbaycan Dövlət Televiziyası (AzTV), Baku TV, Real TV, AZƏRTAC, APA, Yurd Media agentliklərinin və BAKU.WS portalının informasiya dəstəyi, “Bee Tours”, “Mister Tum”un tərəfdaşlığı ilə keçirilən turnirin məqsədi Birinci və İkinci Qarabağ savaşında canlarını fəda etmiş mərd mübarizlərin xatirəsini anmaq, 44 günlük Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıq nümunələrini yaşatmaq, şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun timsalında erməni terrorunun qurbanı olan media nümayəndələrimizin – Çingiz MustafayevKazımağa KərimovOsman MirzəyevAlı MustafayevFəxrəddin ŞahbazovArif Hüseynzadə və Salatın Əsgərovanın öz peşələrindən əlavə, yeni nəslin sağlam ruhda vətənpərvər böyüməsinə töhfə verməkdir.

İldə bir dəfə təşkil olunan turnirin ilk ilində,  yəni 2022-ci ildə 6 komanda – “Ardanış”, “Göyçə”, “Sadaxlı”, “Ada Təpə”, “Novoivanovka” və “Media” təmsil olunub. 2023-cü ildə tarixi torpaqlarımız olan İrəvan, Göyçə, Qaraqoyunlu, Loru-Borçalı, Zəngəzur, Vedibasar, Dərələyəz, Talin, Sərdarabad, Ağbaba, Abaran, Dərəçiçək, Amasiya, Çəmbərək, Qəmərli, Ardanış, Qırxbulaq kimi digər mahal, şəhər, rayon və yurdlarımızı təmsil eməsi xüsusi məna daşıyıb. Komandaların sayı 8 olub –  “Qərbi Azərbaycan”, “Zəngəzur”, “Göyçə”, “Loru-Borçalı”, “İrəvan”, “Çəmbərək”, “Ardanış” və “Qaraqoyunlu” adı altında mübarizə aparıb. Medianı “Qərbi Azərbaycan” adı ilə AZƏRTAC, “Zəngəzur” adı ilə AzTv təmsil edib.

2024-cü ildə turnirdə 12 komanda – “Ardanış, AzTv, AZƏRTAC, BAKU.WS, “Report” “Nərimanlı”, “Veteranlar”, “Turan”,  “Hərbçilər”, “Gənclər”, “Qoşabulaq” və “Göyçə” adı altında mübarizə aparacaq. Yəni medianı 4 komanda təmsil edib.

Bu il – 2025-ci ildə isə turnirdə 12 komanda – AzTv, Baku TV Real Tv, “İctimai TV”, AZƏRTAC, APA, Yurd Media, Baku.WS, “Vətən”, “Veteranlar”, “Zəfər 44”, “Dəmir Yumruq” adı altında mübarizə aparacaq. Medianı 8 komanda təmsil edir.

Turnir hər birində 3 komanda olmaqla 4 qrupdan ibarətdir, sentyabrın 27-də başlayıb noyabrın 1-də başa çatacaq. Qruplar üzrə dairəvi sistemlə keçiriləcək mübarizə nəticəsində qrupda xal və top hesabına 1 və 2-ci yeri tutan komandalar 4/1-ə yüksələcək. Bu  oyunlarında iştirak edəcək 8 komandadan qalib gələn 4 komanda yarımfinala çıxacaq. Yarımfinalda A1-B2, C1-D2, B1-A2, D1-C2 ilə görüşəcək. Qruplar üzrə qalib komandalar FİNAL-da, məğlublar isə 3-cü yer uğurunda qarşılaşacaq. Turnirin razılaşdırılmış qaydasına əsasən, qarşılaşmalar hər biri 25 dəqiqə olmaqla iki hissədən ibarətdir. Yarımfinal və final oyunları zamanı əsas vaxtda qalib müəyyənləşməzsə, penalti təyin olunacaq. AFFA hakimlərinin idarə edəcəyi turnirin Təşkilat Komitəsi iştirakçı komandaların nümayəndələrindən təşkil olunur və hər bir problemli məsələ komitə tərəfindən verilən qərarla həll edilir. Komandaların 12-14 nəfərlik heyətində yarış başa çatanadək heç bir dəyişiklik reallaşdırılmayacaq.

Xatirə turnirində qalib komandalara, eləcə də “ən yaxşı oyunçu”“ən çox qol vuran”“ən yaxşı qapıçı” və “nümunəvi komanda” nominasiyaları üzrə kubok, medal və hədiyyələr nəzərdə tutulur. İştirakçılar arasında 44 günlük Vətən müharibəsi zamanı ön cəbhələrdən şəhid həmkarları kimi operativ xəbərlər, reportajlar hazırlayan jurnalistlər də var. Şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov “Veteranlar” komandasında çıxış edir. Oyunların şənbə və bazar günləri (açılış günü şənbə saat 19:00 və 20:00-dan başqa) saat 22:00/23:00-da keçirilir. Komandalar özlərinin idman geyimləri ilə yaşıl meydana çıxacaqlar. Oyunları AFFA-nın hakimləri idarə edəcək. Final oyunu bə bağlanış mərasimi noyabrın 1-də şənbə günü saat 19:00/20:00-da baş tutacaq.

XƏBƏR LENTİ
İdman / 27.10.2025 08:24
“Veteranlar” və “AzTV” finala vəsiqə qazanıb - FOTO
İdman / 26.10.2025 09:35
Finalçılar bu gün bəlli olur
Mədəni / 25.10.2025 23:24
“Silah tarixində Azərbaycan imzası” – Qərbi Azərbaycan Xronikası
Siyasi, Sosial / 24.10.2025 23:03
“Babalarımız üç dəfə İran-Türkiyə ərazilərinə qaçqın düşüb” - FOTO - VİDEO
Sosial / 24.10.2025 13:22
“Aşağı Necili ilə nəfəs alan Hüseyn-Xəzər Məmmədovun “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
İdman / 24.10.2025 09:22
Şəhid Jurnalistlərin Xatirə Turnirində YARIMFİNAL oyunları başlayır
Siyasi, Təhlil / 23.10.2025 23:26
“Qafandan Naxçıvana qədər… – bu ərazilər Azərbaycana təhvil veriləcək?” - VİDEO
Təhlil / 23.10.2025 14:22
Zəngəzur həqiqəti və Paşinyan-kilsə mübarizəsi – ANONS - VİDEO
İdman / 23.10.2025 08:14
Xatirə Turnirinin yarımfinalçıları və bombardirlər CƏDVƏLİ
Elm və təhsil / 22.10.2025 23:38
“Zuban–Sevan qardaşlığı: Lənkərandan Göyçəyə uzanan izlər” - VİDEO
Elm və təhsil / 22.10.2025 14:35
Sevan adı qıpçaqlardan gəlir – ANONS - VİDEO
İdman / 22.10.2025 08:52
Turnirin 1/4 oyunları – yaddaqalan anlar və fotokadrlar - FOTO
Siyasi, Sosial / 21.10.2025 23:52
Bazarcıq, Bazarçay, Bayatlar, Bayat dağı – türk tarixinin izi - VİDEO
Hərbi, Müsahibə / 21.10.2025 18:34
“General Həzi Aslanov nəyə görə iki dəfə Sovet İttifaqı Qəhrəmanı adını alıb?” - FOTO - VİDEO
Sosial / 21.10.2025 14:22
Bazarçay necə Vorotana oldu? – ANONS - VİDEO
Hərbi / 21.10.2025 13:36
Hərb tariximizin itirilmiş səhifələri – ANONS
İdman / 21.10.2025 08:26
Xatirə Turnirinin 1/4 mənzərəsi: epizodlar, qollar, oyunların CƏDVƏLİ - FOTO - VİDEO
Elm və təhsil, Müsahibə / 20.10.2025 23:03
“Mir Cəfər Bağırovun qəzəbinə tuş gələn akademik bütün vəzifələrini itirib” - VİDEO
İdman / 20.10.2025 00:34
“Dəmir Yumruq” və “Veteranlar” növbəti mərhələyə adlayıb - FOTO - VİDEO
İdman / 19.10.2025 08:45
Daha iki komanda adını bu gün yarımfinala yazdıracaq
Mədəni / 18.10.2025 23:53
“Nadir Şahdan bu günə gəlib çıxan qalxanın yaddaşı” - VİDEO
İdman / 18.10.2025 23:53
“İctimai TV” və “AzTV” yarımfinalda - FOTO
İdman / 18.10.2025 09:34
“İctimai TV”-“APA”, “AzTV”-“Zəfər 44” – kim yarımfinalçı olacaq?
Gündəm / 17.10.2025 23:17
“Kəndimiz Malatyadan gələn Yılanoğulları tayfasının adı ilə bağlıdır” - FOTO - VİDEO
Sosial / 17.10.2025 14:22
İlanlıda itməyən xatirələr – Şəmsi Qocanın “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
İdman / 17.10.2025 08:22
Şəhid jurnalistlərin xatirə turnirində 1/4 oyunları həftə sonu başlayır - FOTO