Siyasi 28.10.2025 23:14

Bayandur, Bayandur bulağı – türk tarixinin izi - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də “Qədim türk mirası – Bayandur toponiminin faciəsi” adlı süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, bugünkü süjetdə erməni saxtakarlığına, addəyişmə terroruna məruz qalan Bayandur toponimləri, urbanonimi və Bayandur bulağı hidronimi haqqında söz açılır.Bugünkü süjetdə erməni saxtakarlığına, addəyişmə terroruna məruz qalan Bayandur toponimləri, urbanonimi və Bayandur bulağı hidronimi haqqında söz açılır.

Bildirilir ki, Qərbi Azərbaycan torpaqlarında minillər boyu yaşayan azərbaycanlılara məxsus yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi, tamamilə yaddan çıxarılması daşnak  siyasətinin hədəfi və əsas istiqamətlərindən biri olub.

Bayandur – Şörəyel mahalının Düzkənd (Axuryan) rayonunda kənd adıdır. Adı “İrəvan əyalətinin icmal dəfətəri”ndə Bayandırlı formasında qeyd edilib. Ermənilər buraya 1828-1830-cu illərdə Türkiyədən köçürülüblər.

Bayandur – Zəngəzur mahalının Gorus rayonunda kənd adıdır. Adı Qafqazın 5 verstlik xəritəsində qeyd edilib. Erməni mənbələrində kəndin adı həm də I Bayandur, II Bayandur formalarında qeyd edilir. 1916-cı ildə kənd erməni təcavüzünə məruz qalıb və azərbaycanlılar tarixi-etnik torpaqlarından qovulublar. 1918-ci ildə kəndə xaricdən köçürülən ermənilər yerləşdirilib. 1969-cu ildə adı dəyişdirilib Vağatur qoyulub.

Bayandur – Zəngəzur mahalının Gorus rayonunda çay, Şörəyel mahalının Düzkənd (Axuryan) rayonunda vağzal adlarıdır.

Bayandur bulağı – Zəngəzur mahalının Meğri rayonunda bulaq adıdır. Rayondakı Nüvədi kəndinin Ternovit yaylağında yerləşir.

Sonda vurğulanır ki, Qərbi Azərbaycanda qədim türk tayfalarının qurub-yaratdığı yaşayış məskənlərinin süni şəkildə bu ərazilərə yerləşdirilən ermənilər tərəfindən izinin itirilərək unutdurulması hamımızın bildiyi və yaşadığı tarixi gerçəklikdir: “Təbii ki, bu gerçəklik Vətən həsrətilə yaşayan insanların doğma el-obaya qayıdış ümidini qıra bilməz. Əksinə, yurd niskili ilə yaşayan soydaşlarımızın tarixi toponimlərimizə sahib çıxmaq inamını daha da artırır”.

Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir. Hazırlanan süjetlədə ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası araşdırılır, həmçinin yer adlarının mənşəyi, mənası və sonrakı taleyi haqqında məlumat verilir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet teleaparıcı Ramin İbrahimovun təqdimatında oktyabrın 28-də  saat 19:00-da Baku TV-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
İdman / 29.10.2025 09:33
Turnirin 3-cü turu – yaddaqalan anlar və fotokadrlar - FOTO
Siyasi, Sosial / 28.10.2025 23:14
Bayandur, Bayandur bulağı – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 28.10.2025 19:09
“Ermənistan azərbaycanlıların geri qayıtmasının qaçılmazlığını anlayır” - FOTO - VİDEO
Sosial / 28.10.2025 14:46
Bayandurdan Vağatura – saxta erməni planı – ANONS - VİDEO
Müsahibə / 28.10.2025 13:22
Qərbi Azərbaycan – Vahid Vətənin tərkib hissəsi – ANONS - VİDEO
İdman / 28.10.2025 08:22
Xatirə Turnirinin YARIMFİNAL mənzərəsi - FOTO
Müsahibə / 27.10.2025 22:32
“Andranik ermənilərə yazdığı məktubda özünü ifşa edib” - VİDEO
Mətbuat / 27.10.2025 12:22
On bir yaşlı “Report”: Yeni nəsil jurnalistlərin ünvanı
İdman / 27.10.2025 08:24
“Veteranlar” və “AzTV” finala vəsiqə qazanıb - FOTO
İdman / 26.10.2025 09:35
Finalçılar bu gün bəlli olur
Hərbi / 25.10.2025 23:24
Silah tarixində Azərbaycan imzası - VİDEO
Siyasi, Sosial / 24.10.2025 23:03
“Babalarımız üç dəfə İran-Türkiyə ərazilərinə qaçqın düşüb” - FOTO - VİDEO
Sosial / 24.10.2025 13:22
“Aşağı Necili ilə nəfəs alan Hüseyn-Xəzər Məmmədovun “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
İdman / 24.10.2025 09:22
Şəhid Jurnalistlərin Xatirə Turnirində YARIMFİNAL oyunları başlayır
Siyasi, Təhlil / 23.10.2025 23:26
“Qafandan Naxçıvana qədər… – bu ərazilər Azərbaycana təhvil veriləcək?” - VİDEO
Təhlil / 23.10.2025 14:22
Zəngəzur həqiqəti və Paşinyan-kilsə mübarizəsi – ANONS - VİDEO
İdman / 23.10.2025 08:14
Xatirə Turnirinin yarımfinalçıları və bombardirlər CƏDVƏLİ
Elm və təhsil / 22.10.2025 23:38
“Zuban–Sevan qardaşlığı: Lənkərandan Göyçəyə uzanan izlər” - VİDEO
Elm və təhsil / 22.10.2025 14:35
Sevan adı qıpçaqlardan gəlir – ANONS - VİDEO
İdman / 22.10.2025 08:52
Turnirin 1/4 oyunları – yaddaqalan anlar və fotokadrlar - FOTO
Siyasi, Sosial / 21.10.2025 23:52
Bazarcıq, Bazarçay, Bayatlar, Bayat dağı – türk tarixinin izi - VİDEO
Hərbi, Müsahibə / 21.10.2025 18:34
“General Həzi Aslanov nəyə görə iki dəfə Sovet İttifaqı Qəhrəmanı adını alıb?” - FOTO - VİDEO
Sosial / 21.10.2025 14:22
Bazarçay necə Vorotana oldu? – ANONS - VİDEO
Hərbi / 21.10.2025 13:36
Hərb tariximizin itirilmiş səhifələri – ANONS
İdman / 21.10.2025 08:26
Xatirə Turnirinin 1/4 mənzərəsi: epizodlar, qollar, oyunların CƏDVƏLİ - FOTO - VİDEO
Elm və təhsil, Müsahibə / 20.10.2025 23:03
“Mir Cəfər Bağırovun qəzəbinə tuş gələn akademik bütün vəzifələrini itirib” - VİDEO