Siyasi 04.11.2025 23:09

Bayburd, Bəydağ, Baydarçay – türk tarixinin izi - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də “Əhalisi erməni kimi göstərilən yaşayış məskəni” adlı süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, bugünkü süjetdə erməni saxtakarlığına, addəyişmə terroruna məruz qalan Bayburd, Bəydağ toponimi və Baydarçay hidronimi haqqında söz açılır.

Bildirilir ki, şovinist, daşnak ermənilər tərəfindən Qərbi Azərbaycan ərazisində yox edilən türk izləri, müxtəlif mənbələrdən silinən toponim adları Azərbaycanın var olan torpaqlarının tarixi gerçəkliyinin sübutudur.

Bayburd – Gərnibasar mahalının Qəmərli, sonralar Artaşat adlandırılan rayonda kənd adıdır. Adı “İrəvan əyalətinin icmal dəftəri”ndə qeyd edilib və 5-ci əsrdən mövcuddur. Kənddə 1831-ci ildən yaşayan azərbaycanlılar 1918-1919-cu illərdə ermənilər tərəfindən qırğınlarla qovulub. 1920-ci ildə indiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar geri qayıdıblar. Onlar SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə 1948-1949-cu illərdə yenidən tarixi-etnik torpaqlarından deportasiya ediliblər.

Bəydağ – Zəngəzur mahalının Qafan rayonunda kənd olub. 1918-ci ildə kənd sakinləri erməni təcavüzünə məruz qalaraq vəhşicəsinə qovulub,  1923-1924-cü illərdə yenidən doğma ocaqlarına dönüblər. Ermənilər buraya 1929-1930-cu illərdə köçürülüb və kənd 1959-cu ildə Qafan şəhərinə birləşdirilib.

Baydarçay – Pəmbək mahalının Böyük Qarakilsə, sonralar Quqark adlandırılan rayonun Mollaqışlaq kəndində çay adıdır.

Sonda vurğulanır ki, indiki Ermənistan ərazisində tarixən mövcud olmuş Azərbaycan mənşəli toponimlərin erməni saxtakarlığı nəticəsində dəyişdirilməsi və bu yerlərdən azərbaycanlıların deportasiya edilməsi danılmaz tarixi həqiqətdir: “Təbii ki, bu gün həqiqət işığına toplaşan yüzminlərlə insanın doğma ocaqlara yenidən qayıdışı ilə tarixi ədalət bərpa olunacaq, soydaşlarımızın yurd həsrətinə son qoyulacaq”.

Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir. Hazırlanan süjetlədə ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası araşdırılır, həmçinin yer adlarının mənşəyi, mənası və sonrakı taleyi haqqında məlumat verilir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet teleaparıcı Ramin İbrahimovun təqdimatında noyabrın 4-də saat 19:00-da Baku TV-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 04.11.2025 23:09
Bayburd, Bəydağ, Baydarçay – türk tarixinin izi - VİDEO
Müsahibə, Təhlil / 04.11.2025 18:57
“Azərbaycanın bütün enerji layihələri regional sabitliyə yönəlib ” - FOTO - VİDEO
Elm və təhsil / 04.11.2025 16:04
Əli Hüseynli: “Elm və texnologiyanın sintezi – innovativ inkişafın əsasıdır”
Siyasi / 04.11.2025 15:00
V əsrdən mövcudolan türk yurdu – ANONS - VİDEO
Mətbuat / 04.11.2025 14:06
“AnewZ” 1 yaşını qeyd edir
Müsahibə, Siyasi / 04.11.2025 13:22
“Misirdə imzalanan sənəd çox “kövrəkdir” – ANONS - FOTO
İdman / 04.11.2025 09:25
Xatirə Turniri başa çatır: final matçı və bombardirlər CƏDVƏLİ
Müsahibə, Video müsahibə / 03.11.2025 22:56
“Tarixi abidələr sübut edir ki, Dərələyəzin köklü sakinləri azərbaycanlılardır” - VİDEO
Mədəni, Siyasi / 01.11.2025 23:11
“1937 repressiyaları və irəvanlı ziyalıların faciəsi” - VİDEO
Siyasi, Sosial / 31.10.2025 23:34
“Ermənilər dedilər ki, getməlisiniz, bura bizimdir” - FOTO - VİDEO
Siyasi, Sosial / 31.10.2025 14:22
“İti üstümüzə qısqırdırdılar” – Müzəffər Qəhrəmanovun “Həyat Hekayəsi” – ANONS - FOTO
Mətbuat / 31.10.2025 11:22
İqtisadiyyat.az 7 yaşını qeyd edir
Təhlil / 30.10.2025 23:44
“Seçkidən sonra Qərbi Azərbaycana qayıdışa strat verilə bilər” - VİDEO
Siyasi / 30.10.2025 14:42
Ermənistan bazarına daxil oluruq – ANONS - VİDEO
Elm və təhsil / 29.10.2025 23:51
“Ararat adının kökü Arar və Urar mələkləri ilə bağlıdır” - VİDEO
Elm və təhsil / 29.10.2025 14:45
Qaraçılarla ermənilər niyə oxşardır? – ANONS - VİDEO
İdman / 29.10.2025 09:33
Turnirin YARIMFİNAL oyunları – yaddaqalan anlar və fotokadrlar - FOTO
Siyasi, Sosial / 28.10.2025 23:14
Bayandur, Bayandur bulağı – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 28.10.2025 19:09
“Ermənistan azərbaycanlıların geri qayıtmasının qaçılmazlığını anlayır” - FOTO - VİDEO
Sosial / 28.10.2025 14:46
Bayandurdan Vağatura – saxta erməni planı – ANONS - VİDEO
Müsahibə / 28.10.2025 13:22
Qərbi Azərbaycan – Vahid Vətənin tərkib hissəsi – ANONS - VİDEO
İdman / 28.10.2025 08:22
Xatirə Turnirinin YARIMFİNAL mənzərəsi - FOTO
Müsahibə / 27.10.2025 22:32
“Andranik ermənilərə yazdığı məktubda özünü ifşa edib” - VİDEO
Mətbuat / 27.10.2025 12:22
On bir yaşlı “Report”: Yeni nəsil jurnalistlərin ünvanı
İdman / 27.10.2025 08:24
“Veteranlar” və “AzTV” finala vəsiqə qazanıb - FOTO
İdman / 26.10.2025 09:35
Finalçılar bu gün bəlli olur