İdman 23.11.2025 08:05

Bakıda Zəfər Gününə həsr olunmuş Minifutbol Festivalı keçirilib - FOTO - VİDEO

Bakıda Zəfər gününə həsr olunmuş jurnalistlər arasında minifutbol üzrə festival keçirilib.

Rakus.az xəbər verir ki, festivalda iştirak edən Rusiyanın idman jurnalistlərindən ibarət komandası ölkəmizin 3 yerli jurnalistlərindən ibarət komandası ilə qarşılaşıb. İlk görüş Sumqayıtın jurnalistlərdən ibarət komandası ilə olub. Sumqayıtlılar 19:1 hesabıyla yenilib.

Növbəti oyun günündə Rusiya komandası “Media 1” komandasına 10:3 hesabı ilə qalib gəlib. Bu qarşılaşmada hesabı açan jurnalistlərimiz olsa da yekun nəticədə qalib Rusiya təmsilçiləri olub.

Noyabrın 22-də baş tutan sonuncu görüş gərgin mübarizə şəraitində keçib. “Media 2” komandası ilə qarşılaşan rusiyalılar ilk hissənin sonlarına yaxın hesabı bərabərləşdirə biliblər. İlk qolu vuran və hesabda önə çıxan yerli jurnalistlərimiz ikinci hissədə də çox baxımlı oyun nümayiş etdiriblər. Sonda 9:8 hesabı ilə rusiyalı qonaqlar qalib gəlib.

Rusiya komandası bu festivalda məğlubiyyətsiz seriyasını qoruyaraq Qalib elan olunub.

Sonda şimal qonşumuzun təmsilçiləri kubok və medallarla təltif olunub, görüşün ən yaxşı oyunçularına hədiyyə təqdim edilib.

Qonaqlar təşkilatçılıqdan razı qaldıqlarını, bu festivalın dostluq baxımından əhəmiyyətindən danışıb, bunun ənənəvi hal almasını arzuladıqlarını bildirib və azərbaycanlı həmkarlarını Moskvaya dəvət ediblər. Onlar Bakı şəhərinin gündən-günə gözəlləşdiyini, Azərbaycan paytaxtını  çox bəyəndiklərini, xalqımızın səmimiyyətinə və qonaqsevərliyənə valeh olduqlarını söyləyiblər.

Qeyd edək ki, idman jurnalistləri komandasına dəstək nümayiş etdirən “YaaRa” tekstil fabrikinin rəhbəri Yaqut Bayram da tədbirdə fəxri qonaq kimi iştirak edib və təşkilatçılar tərəfindən ona “Zəfər” hədiyyələri təqdim olunub.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO
Mətbuat / 18.02.2026 09:00
Etibarlı və dinamik xəbər mənbəyi olan Baku TV 8 yaşında - VİDEO