Siyasi 25.11.2025 23:23

Baldırğanlıq, Baldırğanlı, Baldırğanlı dağ, Balıqlı, Balıqçay – türk tarixinin izi - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də “Zəngəzurda Dağlıq Altay toponimi – Baldırğanlıq” adlı süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, bugünkü süjetdə erməni saxtakarlığına, addəyişmə terroruna məruz qalan Baldırğanlıq, Baldırğanlı, Baldırğanlı dağ, Balıqlı və Balıqçay toponimi, oronimi və hidronimi haqqında söz açılır.

Bildirilir ki, indiki Ermənistan ərazisi qədim Azərbaycan torpağıdır və toponimlərin mütləq əksəriyyəti oğuz-türk mənşəlidir.

Baldırğanlıq və Baldırğanlı dağ – Zəngəzur mahalının Qafan və Gorus rayonunda dağ adıdır.

Baldırğanlı – Şəmşəddil mahalının Şəmşəddin, sonralar Berd adlandırılan  rayonu ərazisində qışlaq adıdır və 1930-cu ildə ləğv edilib.

BALIQLI – Ağbaba mahalının Amasiya rayonunda kənd adıdır. Kənddə 1886-cı ildən yaşayan azərbaycanlılar 1918-ci ildə ermənilər tərəfindən qovulub və bir hissəsi vəhşicəsinə qətlə yetirilib. Kəndin əhalisi Türkiyəyə pənah aparıb. 1920-ci ilin noyabrında sakinlər yenidən ata-baba torpaqlarına qayıdıblar. 1988-ci ilin noyabr-dekabr aylarında onlar yenidən tarixi-etnik torpaqlarından zorla qovulublar. 1991-ci ildə kəndin adı dəyişdirilib Zorakert qoyulub.

Balıqçay – Şəmşəddil mahalının, Karvansaray, sonralar İcevan adlandırılan, həmçinin Dilican şəhəri ərazisindən axan çay adıdır.

Sonda vurğulanır ki, Azərbaycan türklərinin dədə-baba yurdlarından olan bu toponimlər erməni saxtakarlığının qurbanı olub: “Tarixi reallığın unudulmaması naminə bu ərazidə ta qədimdən yaşayıb məskən salan insanların yenidən doğma yurda qayıtması isə zamandan doğan zərurətdir. Əminik ki, bu məqsədlə aparılan haqlı mübarizə uğurlu olacaq, o yerlərin əsl sahibləri isti ocaqlarına yenidən qovuşacaqlar”.

Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir. Hazırlanan süjetlədə ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası araşdırılır, həmçinin yer adlarının mənşəyi, mənası və sonrakı taleyi haqqında məlumat verilir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet teleaparıcı Ramin İbrahimovun təqdimatında noyabrın 25-də saat 19:00-da Baku TV-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 06.02.2026 23:58
“Dörd yaşlı kiçik oğlum qarda 14 kilometr piyada gəldi” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.02.2026 14:22
“Bizim də yurd həsrətimiz bir gün bitəcək” – Şakir Mikayılovun “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Təhlil / 05.02.2026 22:38
“Erməni ritorikasında yeni xətt: sülh adı ilə dilənçilik” - VİDEO
Siyasi / 05.02.2026 14:22
İrəvanın qorxusu: torpaq, yoxsa həqiqət? – ANONS - VİDEO
Siyasi / 04.02.2026 23:43
“Osmanlıda alınmayan planlar Cənubi Qafqaza daşındı” - VİDEO
Siyasi / 04.02.2026 14:22
“Çar Rusiyası erməni terroruna niyə dözdü?” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.02.2026 22:46
Beşbarmaq, Bəbirli, Bəbirli Yeri, Bəzirxana, Bəybalı, Bəybuğan – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.02.2026 14:22
Bəybuğan dağı necə Bağaysar oldu? – ANONS - FOTO - VİDEO
Elm və təhsil / 02.02.2026 10:01
“Basarkeçər həkimləri” kitabının təqdimatı keçirilib – FOTO - FOTO
Gündəm / 02.02.2026 00:02
Azərbaycanda Gənclər Günü qeyd olunur
Hərbi / 31.01.2026 23:40
Türk silah mədəniyyəti və Avropa zirehlərindən fərqi - VİDEO
Siyasi, Sosial / 30.01.2026 23:12
“Atam evdə “İravanda xan qalmadı” mahnısını oxuyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 30.01.2026 14:22
Arınc sevgisi ilə yaşayan Nigar Həsənovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi / 29.01.2026 22:56
“Azərbaycan dilinin hüquqi statusu Ermənistan parlamentində müzakirə oluna bilər” - VİDEO
Siyasi / 29.01.2026 14:22
“Seçkilərdə Paşinyanın Qərbi Azərbaycan kartı” – ANONS - VİDEO
Mədəni, Siyasi / 28.01.2026 23:40
“Spendiarovun musiqisi ermənilərin İrəvan saxtakarlığını ifşa etdi” - VİDEO
Mədəni / 28.01.2026 14:22
“İrəvan etüdləri” – səsli türk portreti – ANONS - VİDEO
Siyasi, Sosial / 27.01.2026 22:55
Beybudabad, Berdateğ, Berdi Xaraba, Berdtəpə, Bekciqazlı – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 27.01.2026 14:22
Tarixi XV əsrə dayanan türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 27.01.2026 11:00
Göygöldə Abbas Göyçəgölün 2 kitabının təqdimatı olub - FOTO
Mətbuat / 25.01.2026 12:07
“Yeni Sabah” 7 yaşını qeyd edir
Hərbi / 24.01.2026 23:45
Azərbaycanda yerli silah ənənələri necə formalaşıb? - VİDEO
Siyasi, Sosial / 23.01.2026 23:26
“Rus generallar bizə dedilər ki, burada yaşaya bilməzsiniz, köçün” - FOTO - VİDEO
Siyasi, Sosial / 23.01.2026 14:22
“Atamı daşnaklar öldürmək istəyirdilər” – Arif Orucovun “Həyat Hekayəsi” – ANONS - FOTO
Siyasi / 22.01.2026 22:56
“Göyçə” adı niyə Ermənistan cəmiyyətində qıcıq yaradır?” - VİDEO
Siyasi / 22.01.2026 14:22
Erməniləri qorxudan Qərbi Azərbaycan anlayışı – ANONS - VİDEO