Müsahibə 15.12.2025 23:20

“Son deportasiyaya qədər Murğuzda 800 azərbaycanlı yaşayıb” - VİDEO

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Rakus.az xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi tibb elmləri doktoru, professor Sədrəddin Atakişizadə olub. O, doğulub boya-başa çatdığı Qarakilsə rayonunun Murğuz kəndindən söhbət açıb.

Professor qeyd edib ki, Murğuz toponimi türk dilində “təpə” mənasında işlənən “mar” sözünün fonetik variantı olan “mur” sözü ilə “ğuz” etnonimi əsasında əmələ gəlib. “Ğuz” ərəb mənbələrində “Oğuz” etnoniminin adını təşkil edir. Bu faktın özü Murğuzun tarixən türklərin yaşadığı qədim kənd olduğunu sübut edir.

Müsahibin sözlərinə görə, ötən əsrin əvvəlində Qarakilsə rayonu, o cümlədən Murğuz kəndi bir neçə dəfə ermənilərin silahlı basqınlarına məruz qalıb. 1918-ci ildə isə buradakı azərbaycanlılara qarşı soyqırımı və deportasiya törədilib. Murğuz sakinləri Naxçıvana və Azərbaycanın digər yaşayış məntəqələrinə pənah aparıblar. 1920-ci ildə indiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra isə sağ qalan soydaşlarımız tədricən öz evlərinə qayıda biliblər. 1988-ci il deportasiyasına qədər Murğuzda 800 azərbaycanlı yaşayıb.

S.Atakişizadə vurğulayıb ki, Murğuz kəndi erməni daşnaklarının hücumlarına məruz qalanda anasının dayısının başını kəsiblər. Sovet hakimiyyəti illərində ermənilər bu siyasəti ən müxtəlif adlar altında həyata keçiriblər. Kəndin sayılıb-seçilən şəxsləri daim ermənilərin fiziki-mənəvi təzyiqləri, şər-böhtanları ilə üzləşib. Soydaşlarımız məcburiyyət qarşısında qalıb öz ata-baba yurdlarını tədricən tərk ediblər. 1988-ci ilin sonuncu deportasiyası da azərbaycanlılar üçün itkisiz başa gəlməyib.

Professorun dediyinə görə, 1988-ci ildə ermənilər onun əmi və xala oğlanlarını huşunu itirənə qədər döyüb, öldüklərini zənn edərək birini dərəyə, digərini çaya atıblar. Xoşbəxtlikdən onlar bir neçə saat sonra özlərinə gələrək yaxınlıqdan keçən köç karvanlarına özlərini çatdıra, öz həyatlarını xilas edə biliblər. Müsahibin ailə üzvlərinin köç maşınını da silahlı ermənilər gülləbaran ediblər.

S.Atakişizadə Qərbi Azərbaycan İcmasındakı fəaliyyətindən, gənclər arasında apardığı maarifləndirmə işlərindən də danışıb. Deyib ki, el-obanın tarixini, adət-ənənələrini gənclərə çatdırır, bu yolla tarixi torpaqlarımıza dair həqiqətləri yaşadırlar.

Ata-anasının Vətən həsrəti ilə vəfat etdiyini xatırladan professor S.Atakişizadə vurğulayıb ki, o, valideynləri kimi Murğuz həsrəti ilə dünyadan köçmək istəmir, doğma kəndə köçəcəyi günü səbirsizliklə gözləyir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Müsahibə dekabrın 15-də saat 19:00-da Baku Tv-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.

 

XƏBƏR LENTİ
Müsahibə / 15.12.2025 23:20
“Son deportasiyaya qədər Murğuzda 800 azərbaycanlı yaşayıb” - VİDEO
Elm və təhsil / 15.12.2025 14:00
Bir əsr tarixi olan Nərimanlı kənd orta məktəbi – TƏDBİRİN MƏNZƏRƏSİ - FOTO - VİDEO
Hərbi / 13.12.2025 23:18
Qərbi Azərbaycan toponimləri silahbəndlik tariximiz haqqında nə deyir? - VİDEO
Siyasi, Sosial / 12.12.2025 22:51
“Olimpiadalarda Paşinyanın doğulduğu kəndin komandasını udurduq” - FOTO - VİDEO
Gündəm / 12.12.2025 17:38
Azərbaycanda ümummilli lider Heydər Əliyevin xatirəsi yad edilir – YENİLƏNİB - FOTO - VİDEO
Siyasi, Sosial / 12.12.2025 13:22
“Ata yurdunu görmək üçün Allahdan möhlət istəyirəm” – Sabir Mirzəyevin “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Gündəm / 12.12.2025 10:44
İlham Əliyev və Mehriban Əliyeva ulu öndərin məzarını ziyarət ediblər - VİDEO
Gündəm / 12.12.2025 00:06
Ulu öndər Heydər Əliyevin vəfatından 22 il ötür
Siyasi, Təhlil / 11.12.2025 22:34
“Paşinyan azərbaycanlıların qayıdışına görə kilsəni sıradan çıxarır” - FOTO - VİDEO
Siyasi / 11.12.2025 14:22
İrəvana təqdim olunan tələb – ANONS - VİDEO
Elm və təhsil, Siyasi / 10.12.2025 23:22
“Qafqaz Rusiyanın xarici siyasətində həmişə əsas hədəf olub” - VİDEO
Elm və təhsil / 10.12.2025 14:19
Tarixi sənədlər və Rusiyanın Qafqaz niyyətləri – ANONS - VİDEO
Siyasi, Sosial / 09.12.2025 23:15
Basarkeçər, Basarkeçər daşt, Baraxlı – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 09.12.2025 19:10
“Rusiya imperiyası Azərbaycanı erməniləşdirməklə Qarabağdakı mövqeyini gücləndirirdi”
Sosial / 09.12.2025 14:56
Bazar/basar tayfasının keçib getdiyi yer – ANONS - VİDEO
Müsahibə, Siyasi / 09.12.2025 13:22
“SSRİ-nin siyasəti Azərbaycanı erməniləşdirmək idi” – ANONS - FOTO - VİDEO
Müsahibə / 08.12.2025 23:56
“Hüseynquluağalı kəndinə erməni adı verilməsinin qarşısı alınıb” - VİDEO
Siyasi / 08.12.2025 17:53
Heydər Əliyevin zəngin irsi bu gün də yaşayır - FOTO
Mətbuat / 08.12.2025 10:59
“Global Media Group” 8 yaşımı qeyd edir
Hərbi / 06.12.2025 23:22
Təhrif olunmuş Azərbaycan hərb tarixinin gerçəkləri - VİDEO
Siyasi, Sosial / 05.12.2025 22:03
“Ermənilər azərbaycanlıların evlərini xaçla işarələyiblər” - FOTO - VİDEO
Siyasi, Sosial / 05.12.2025 14:22
“Atamın doğma yurd xəyallarını gerçəkləşdirəcəm” – Pərvanə Vəliyevanın “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Təhlil / 04.12.2025 23:49
“Ermənistanın Qərbi Azərbaycana qayıdışla bağlı əlindəki kart sıradan çıxdı” - FOTO - VİDEO
Siyasi / 04.12.2025 14:22
Ermənilərin cırılan “Minsk kartı” – ANONS - VİDEO
Mədəni / 03.12.2025 23:52
“İrəvanda silinən Azərbaycanın şəhər mədəniyyəti” - VİDEO
Mədəni / 03.12.2025 13:22
“Qırmızı körpü” kimindir? – ANONS - VİDEO