Siyasi 12.12.2025 22:51

“Olimpiadalarda Paşinyanın doğulduğu kəndin komandasını udurduq” - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

Rakus.az xəbər verir ki, “Polad camaatı kənddə 16-cı əsrin əvvəllərindən yaşayır” adlı veriliş əslən Şəmşəddil mahalı, Qaraqoyunlu dərəsi, Karvansara rayonunun, Polad kənd sakini Sabir Mirzəyevin həyat hekayəsinə həsr olunub.

O, 1946-cı ildə ziyalı ailəsində doğulduğunu, orada keçirdiyi xoş günlərdən danışıb: “O günlər yada düşdükcə  kövrəlirəm və dönə-dönə xatırlayıram. Polad və Tərsi çaylarının qovşaqında yerləşən kəndimizin təbiəti çox mənzərəli idi. Kəndin əhalisi 16-cı əsrin əvvəllərindən orada yaşayıb. 1905-1906, 1915-1917, 1948-ci illərdə camaat erməni  deportasiyasına məruz qalsa da doğma yurda qayıdıblar”.

Onun sözlərinə görə, ermənilər həmişə ayrı-seçkilk ediblər: “İdman olimpiadalarında erməniləri udanda onlar qəbul edə bilmirdilər ki,  azərbaycanlılar, türklər erməniləri udur. Hər yerdə millətçiliklərini göstərirdilər. Hər şeyi azərbaycanlılardan gizlədir, ərzaq, əşyaları vermək istəmirdilər. Camaat həmişə onlardan gileylənirdi. 1975-ci ildə ermənilər kənddə təbliğat aparırdılar ki, soyqrımı günü rayona, mağazalara getməyin.  Onlar camaatı qorxudurdular, şikayətlərə baxmırdılar. Deyirdilər, Azərbaycana gedin. İnsanları məcbur edirdilər ki, oradan köçsünlər, kənd yavaş-yavaş boşalsın”.

Polad kənd sakini bildirib ki, 1987-ci ildə bütün vəzifələr erməniləşdirilmişdi: “Bizim kənd sırf azərbaycanlılar idi. Erməni ailəsi yox idi. Buna baxmayaraq bütün vəzifələrə ermənilər qoyulurdu. Bunu düşünülmüş halda edirsilər ki, insanlar oradan çıxsın. 1988-ci ilin dekabr ayında, səhər tezdən rus qoşunlarının müşaiyəti ilə rayon rəhbərliyi  maşınlarla, avtobuslarla kəndə gəlib insanlara deyirlər ki, ancaq  paltarınızı götürüb kəndi tərk etməlisiniz. Sizi müvəqqəti olaraq Azərbaycana, Ağdərə rayonuna göndəririk. Əlavə heç nə götürməmək  şərtilə insanları maşınlara doldurub, yolda öldürülməklə hədələyiblər. Camaatı avtobusla gətirib  Qazaxda düşürüblər ki, Vətəninizə gedin. Onlar camaatı aldadıblar”.

Vətən həsrətinə görə həmişə kövrəldiyini vurğulayan S.Mirzəyev deyib: “Ulu öndər deyirdi ki, hər insana öz Vətəni, öz milləti əzizdir. Mənim üçün də o Vətən, ata Vətən, ata yurdu əzizdir, həmişə yuxalarıma girir, oranı görmək arzusu ilə yaşayıram. Ata-baba yurdlarımıza qayıdıb, ocaqlarımızı, çıraqlarımızı yandırmalıyıq. İnanıram ki, ora qayıdacağıq, o günü gözləyirəm. Ömürdən möhlət istəyirəm ki, o yerləri yenidən görüm”.

Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş dekabrın 12-də saat 19:00-da Baku TV-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 28.10.2026 12:11
Qərbi Azərbaycan həqiqətləri: Zəngəzurun tarixi kəndi necə məhv edildi? - FOTO
İdman / 28.10.2026 00:16
Xatirə Turnirinin 5-ci turu – yaddaqalan anlar və kadrlar - FOTO
Dünya, Təhlil / 27.10.2026 17:27
Avropanın iki dövlətində baş verənlərə qısa ekskurs – TƏHLİL - FOTO
Mətbuat / 27.10.2026 12:27
“Report”un yeni media mühitində 12 illik fəaliyyətinə BAXIŞ - FOTO
Siyasi, Sosial / 27.10.2026 10:16
Qərbi Azərbaycan Həqiqətləri: Daşkörpüdə tapılan qəbiristanlıq hansı həqiqətləri üzə çıxarır? - FOTO - VİDEO
İdman / 27.10.2026 00:04
Beşinci tur başa çatdı – qol epizodları, xal və bombardirlər CƏDVƏLİ - FOTO - VİDEO
Dünya, Təhlil / 26.10.2026 17:18
Tehran rejimi gözündə görmədiyi tiri niyə dəyişmək istəmir? – TƏHLİL - FOTO
Maraqlı, Mədəni / 26.10.2026 12:09
Özünü axmaq və gülünc kimi göstərən Kramarov kim idi? – ARAŞDIRMA – RETRO BAKU - VİDEO
İdman / 26.10.2026 00:02
Xatirə Turnirində 5-ci turun nəticələri - FOTO
Maraqlı, Siyasi, Sosial / 25.10.2026 10:40
Qərbi Azərbaycan həqiqətləri: Bəriabadın taleyi necə dəyişdi? - FOTO - VİDEO
Sosial / 25.10.2026 08:29
Ailəsi dağıldı, doğmaları xəyanət etdi – “Arzunun vaxtı” - VİDEO
Maraqlı, Siyasi / 24.10.2026 21:23
Qərbi Azərbaycan həqiqətləri: Ərincin bilinməyən tarixçəsi - FOTO - VİDEO
Sosial / 24.10.2026 11:03
“Qayınanam “kapriznıy” idi, kaş başqa cür danışardım” – O VAXTLAR - VİDEO
Maraqlı, Siyasi / 24.10.2026 09:42
Qərbi Azərbaycan həqiqətləri: Ardanışın unudulmuş Azərbaycan tarixi - FOTO - VİDEO
Dünya, Siyasi, Təhlil / 23.10.2026 16:37
Paşinyanın ismarışları – demokratiyadan sui-istifadə metodu – TƏHLİL - FOTO
İdman / 23.10.2026 00:01
Şəhid Jurnalistlərin Xatirə Turnirində 5-ci tur həyacanı başlayır - FOTO
Siyasi, Sosial / 21.10.2026 13:31
Qərbi Azərbaycan həqiqətləri: Almalıq kəndinin tarixi sirləri - FOTO - VİDEO
Sosial / 21.10.2026 12:25
Qarabağlı qayınana, ukraynalı gəlin – “Arzunun vaxtı” - VİDEO
İdman / 21.10.2026 00:22
Xatirə Turnirinin 4-cü turu – yaddaqalan anlar və kadrlar - FOTO - VİDEO
Dünya, Elm və təhsil / 20.10.2026 17:42
Məktəb və məktəblilərin təhlükəsizliyi – ehtiyac duyulan əməkdaşlıq – TƏHLİL
Hərbi / 20.10.2026 12:02
Bir ömrün xatirəsini 32 saniyəyə sığdıran şəhidin son sözləri – REPORTAJ - VİDEO
Siyasi, Sosial / 20.10.2026 11:10
Qərbi Azərbaycan həqiqətləri: “Yoxa çıxmış sivilizasiya – Gözə dəyməyən fəlakət” - FOTO - VİDEO
İdman / 20.10.2026 10:16
Dördüncü tur başa çatdı – qol epizodları, xal və bombardirlər CƏDVƏLİ - FOTO - VİDEO
Maraqlı, Mədəni / 19.10.2026 12:15
Ərkivanda 200 illik sirli əmanət və cehizlə başlayan böyük sərvət – KƏNDİNƏ QAYIT - VİDEO
İdman / 19.10.2026 00:41
Xatirə Turnirində 4-cü turun nəticələri - FOTO
Sosial / 18.10.2026 10:48
“İnternetdə tanış olduq, ailəm dağıldı” – “Arzunun vaxtı” - VİDEO