Hərbi 20.12.2025 23:10

Qarabağ adı silah üzərində niyə təsvir olunurdu? - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “İrsimiz” rubrikasının növbəti buraxılışı hazırlanıb.

Rakus.az xəbər verir ki, buraxılışda tarix üzrə fəlsəfə doktoru, dosent Səbuhi Əhmədov Azərbaycan silahlarında Quran ayələrinin yer alması, milli dövlətlərimizi quran sərkərdələr və s. məsələlərdən danışıb.

O bildirib ki, qılınclar üzərindəki rəmzlər gizli mesajların daşıyıcısıdır: “Allahdan kömək və yaxın qələbə ifadəsi buradan qaynaqlanır. Bu yazı xanlıqların və cümhuriyyətin bayraqlarında yaşayır. Silah üzərindəki simvolizm dövlətçilik rəmzlərinə  çevrildi”.

Tarixçi Tiflisdə tapılan əlyazma Azərbaycan silah sənəti barədə hansı məlumatı verməsi, Azərbaycan qılınclarında səkkizguşəli ulduz nəyi simvolizə etməsi, Qarabağ adının silah üzərində təsvir olunması, arxeoloji tapıntılar silah üzərində hansı sirli elementləri açması, yandırıcı mərmilər və üzərindəki lənət yazılarının mənası ilə bağlı suallara aydınlıq gətirib.

S.Əhmədov İrəvan xanlığının rus imperiyasına necə müqavimət göstərməsi, kiçik bir xanlığın üç feldmarşalı necə məğlub etməsi, eləcə də İrəvan qalasının 1827-ci ildə süqutu və Qafqazın işğalının rus imperiyasına vurduğu itkilər, 44 günlük qələbənin mahiyyətindən söz açıb.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş dekabrın 20-də saat 19:00-da Baku Tv-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Hərbi / 20.12.2025 23:10
Qarabağ adı silah üzərində niyə təsvir olunurdu? - VİDEO
Siyasi, Təhlil / 18.12.2025 23:51
“İrəvanın Qərbi Azərbaycanla bağlı təklif etdiyi “yol xəritəsi”nin hədəfi nədir?” - VİDEO
Mətbuat / 18.12.2025 17:35
“Global Media Group”dan 55 nəfər mətbuatın 150 illik yubiley medalı ilə təltif edilib - FOTO
Siyasi / 18.12.2025 14:22
Paşinyanın “yol xəritəsi” – ANONS - VİDEO
Gündəm / 17.12.2025 23:29
1828-ci ildən sonra Qərbi Azərbaycanda başlayan proseslər - VİDEO
Elm və təhsil, Mətbuat / 17.12.2025 15:05
BDU-da “Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabının təqdimatı – GENİŞ HESABAT - FOTO - VİDEO
Elm və təhsil / 17.12.2025 14:22
“Erməni vilayəti” niyə yaradıldı? – ANONS
Siyasi, Sosial / 16.12.2025 22:35
Barzaxı, Basutçay, Batar, Bataxlı, Bacoğlu – türk tarixinin izi - VİDEO
Siyasi / 16.12.2025 19:02
“Yüz il əvvəl hüquqi qüvvəsini itirən müqavilələr təəssüf ki, bu gün də qüvvədədir” - FOTO - VİDEO
Sosial / 16.12.2025 14:16
Bacoğlu necə Haykavan oldu? – ANONS - VİDEO
Siyasi / 16.12.2025 13:22
Paşinyan “Kilsə girdabı”ndan çıxa biləcəkmi? – ANONS
Müsahibə / 15.12.2025 23:20
“Son deportasiyaya qədər Murğuzda 800 azərbaycanlı yaşayıb” - VİDEO
Elm və təhsil / 15.12.2025 14:00
Bir əsr tarixi olan Nərimanlı kənd orta məktəbi – TƏDBİRİN MƏNZƏRƏSİ - FOTO - VİDEO
Hərbi / 13.12.2025 23:18
Qərbi Azərbaycan toponimləri silahbəndlik tariximiz haqqında nə deyir? - VİDEO
Siyasi, Sosial / 12.12.2025 22:51
“Olimpiadalarda Paşinyanın doğulduğu kəndin komandasını udurduq” - FOTO - VİDEO
Gündəm / 12.12.2025 17:38
Azərbaycanda ümummilli lider Heydər Əliyevin xatirəsi yad edilir – YENİLƏNİB - FOTO - VİDEO
Siyasi, Sosial / 12.12.2025 13:22
“Ata yurdunu görmək üçün Allahdan möhlət istəyirəm” – Sabir Mirzəyevin “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Gündəm / 12.12.2025 10:44
İlham Əliyev və Mehriban Əliyeva ulu öndərin məzarını ziyarət ediblər - VİDEO
Gündəm / 12.12.2025 00:06
Ulu öndər Heydər Əliyevin vəfatından 22 il ötür
Siyasi, Təhlil / 11.12.2025 22:34
“Paşinyan azərbaycanlıların qayıdışına görə kilsəni sıradan çıxarır” - FOTO - VİDEO
Siyasi / 11.12.2025 14:22
İrəvana təqdim olunan tələb – ANONS - VİDEO
Elm və təhsil, Siyasi / 10.12.2025 23:22
“Qafqaz Rusiyanın xarici siyasətində həmişə əsas hədəf olub” - VİDEO
Elm və təhsil / 10.12.2025 14:19
Tarixi sənədlər və Rusiyanın Qafqaz niyyətləri – ANONS - VİDEO
Siyasi, Sosial / 09.12.2025 23:15
Basarkeçər, Basarkeçər daşt, Baraxlı – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 09.12.2025 19:10
“Rusiya imperiyası Azərbaycanı erməniləşdirməklə Qarabağdakı mövqeyini gücləndirirdi”
Sosial / 09.12.2025 14:56
Bazar/basar tayfasının keçib getdiyi yer – ANONS - VİDEO