Müsahibə 22.12.2025 23:51

“Nizami rayonunda 48 mindən çox Qərbi azərbaycanlı məskunlaşıb” - VİDEO

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Rakus.az xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi Qərbi Azərbaycan İcmasının Nizami rayon nümayəndəsi Xəqani Səfərov olub. O, doğulub boya-başa çatdığı Vedi rayonunun Məngük kəndindən söhbət açıb.

Qeyd edib ki, Məngük tarixən Azərbaycan türklərinin yaşadığı qədim kəndlərdən biridir. Bu yaşayış məntəqəsi 1590-cı il tarixli “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə Mənkik, 1728-ci il tarixli “İrəvan əyalətinin icmal dəftəri”ndə Mənkük kimi, Qafqazın beşverstlik xəritəsində “Mangyuk” formasında qeydə alınıb. Kənd 1905-1907 və 1918-1920-ci illərdə erməni silahlı quldur dəstələrinin hücumlarına məruz qalıb, azərbaycanlılara qarşı kütləvi qırğınlar törədilib. Məngük sakinləri öz həyatlarını xilas etmək üçün məcburən ata-baba yurdlarını tərk ediblər.

X.Səfərov vurğulayıb ki, indiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan bir neçə il sonra Məngük sakinləri hissə-hissə öz kəndlərinə qayıda biliblər. Lakin SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən Məngükün azərbaycanlı əhalisi yenidən deportasiya olunub.

Müsahibin sözlərinə görə, onun valideynləri də bu deportasiya illərində Məngükü tərk edib Azərbaycana pənah gətiriblər. O vaxt iki əmisi ermənilər tərəfindən qətlə yetirilib. Ümumiyyətlə, öz evindən zorla çıxarılan Qərbi azərbaycanlılar, o cümlədən məngüklülər Azərbaycanın aran zonasına köçürülüblər. Burada iqlim dəyişməsinə məruz qalan soydaşlarımızın bir çoxu dünyasını dəyişib. Azərbaycanlılar tamam çıxarıldıqdan sonra ermənilər Məngük kəndini xarabalığa çeviriblər. Beləliklə də tarixən azərbaycanlıların yaşadığı daha bir kənd yer üzündən silinib.

X.Səfərov Qərbi Azərbaycan İcmasının Nizami rayon nümayəndəliyinin gördüyü işləri də diqqətə çatdırıb. Deyib ki, rayon ərazisində silsilə görüşlər keçirilir, Qərbi Azərbaycan və Qayıdış Konsepsiyası mövzusunda geniş maarifləndirmə işləri aparılır. Onun sözlərinə görə, təkcə 1987-1991-ci illərin deportasiyasından sonra Nizami rayonunda 48 minə yaxın Qərbi azərbaycanlı məskunlaşıb. Bu gün onların mütləq əksəriyyəti ata-baba yurdlarına qayıtmaq ümidi ilə yaşayırlar.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Müsahibə dekabrın 22-də saat 19:00-da Baku Tv-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Müsahibə / 22.12.2025 23:51
“Nizami rayonunda 48 mindən çox Qərbi azərbaycanlı məskunlaşıb” - VİDEO
Hərbi / 20.12.2025 23:10
Qarabağ adı silah üzərində niyə təsvir olunurdu? - VİDEO
Siyasi, Təhlil / 18.12.2025 23:51
“İrəvanın Qərbi Azərbaycanla bağlı təklif etdiyi “yol xəritəsi”nin hədəfi nədir?” - VİDEO
Mətbuat / 18.12.2025 17:35
“Global Media Group”dan 55 nəfər mətbuatın 150 illik yubiley medalı ilə təltif edilib - FOTO
Siyasi / 18.12.2025 14:22
Paşinyanın “yol xəritəsi” – ANONS - VİDEO
Gündəm / 17.12.2025 23:29
1828-ci ildən sonra Qərbi Azərbaycanda başlayan proseslər - VİDEO
Elm və təhsil, Mətbuat / 17.12.2025 15:05
BDU-da “Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabının təqdimatı – GENİŞ HESABAT - FOTO - VİDEO
Elm və təhsil / 17.12.2025 14:22
“Erməni vilayəti” niyə yaradıldı? – ANONS
Siyasi, Sosial / 16.12.2025 22:35
Barzaxı, Basutçay, Batar, Bataxlı, Bacoğlu – türk tarixinin izi - VİDEO
Siyasi / 16.12.2025 19:02
“Yüz il əvvəl hüquqi qüvvəsini itirən müqavilələr təəssüf ki, bu gün də qüvvədədir” - FOTO - VİDEO
Sosial / 16.12.2025 14:16
Bacoğlu necə Haykavan oldu? – ANONS - VİDEO
Siyasi / 16.12.2025 13:22
Paşinyan “Kilsə girdabı”ndan çıxa biləcəkmi? – ANONS
Müsahibə / 15.12.2025 23:20
“Son deportasiyaya qədər Murğuzda 800 azərbaycanlı yaşayıb” - VİDEO
Elm və təhsil / 15.12.2025 14:00
Bir əsr tarixi olan Nərimanlı kənd orta məktəbi – TƏDBİRİN MƏNZƏRƏSİ - FOTO - VİDEO
Hərbi / 13.12.2025 23:18
Qərbi Azərbaycan toponimləri silahbəndlik tariximiz haqqında nə deyir? - VİDEO
Siyasi, Sosial / 12.12.2025 22:51
“Olimpiadalarda Paşinyanın doğulduğu kəndin komandasını udurduq” - FOTO - VİDEO
Gündəm / 12.12.2025 17:38
Azərbaycanda ümummilli lider Heydər Əliyevin xatirəsi yad edilir – YENİLƏNİB - FOTO - VİDEO
Siyasi, Sosial / 12.12.2025 13:22
“Ata yurdunu görmək üçün Allahdan möhlət istəyirəm” – Sabir Mirzəyevin “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Gündəm / 12.12.2025 10:44
İlham Əliyev və Mehriban Əliyeva ulu öndərin məzarını ziyarət ediblər - VİDEO
Gündəm / 12.12.2025 00:06
Ulu öndər Heydər Əliyevin vəfatından 22 il ötür
Siyasi, Təhlil / 11.12.2025 22:34
“Paşinyan azərbaycanlıların qayıdışına görə kilsəni sıradan çıxarır” - FOTO - VİDEO
Siyasi / 11.12.2025 14:22
İrəvana təqdim olunan tələb – ANONS - VİDEO
Elm və təhsil, Siyasi / 10.12.2025 23:22
“Qafqaz Rusiyanın xarici siyasətində həmişə əsas hədəf olub” - VİDEO
Elm və təhsil / 10.12.2025 14:19
Tarixi sənədlər və Rusiyanın Qafqaz niyyətləri – ANONS - VİDEO
Siyasi, Sosial / 09.12.2025 23:15
Basarkeçər, Basarkeçər daşt, Baraxlı – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 09.12.2025 19:10
“Rusiya imperiyası Azərbaycanı erməniləşdirməklə Qarabağdakı mövqeyini gücləndirirdi”