Siyasi 25.12.2025 23:41

“Azərbaycanlılar Ermənistan parlamentində təmsil olunacaqlar” - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb. 

Rakus.az xəbər verir ki, süjetdə Ermənistan parlamentinin keçmiş deputatı Naira Zohrabyanın fikirlərindən bəhs olunur.

Onun sözlərinə görə, azərbaycanlılar mərhələli şəkildə Ermənistana (Qərbi Azərbaycan) qayıdacaq və hər şey Prezident İlham Əliyevin dediyi kimi olacaq. Yəni onlar tanklarla deyil, maşınlarla İrəvana gələcəklər. Bununla bağlı hüquqi baza hazırlanır. Ermənistan Konstitusiyasında milli azlıqların da parlamentdə təmsil olunması nəzərdə tutulur ki, bu da azərbaycanlıların qanunverici orqana seçilməsi deməkdir”.

Bildirilir ki, N.Zohrabyan azərbaycanlıların qayıdışı ilə bağlı reallıqları Nikol Paşinyan hakimiyyətini ittiham etmək üçün dilə gətirsə də, beynəlxalq hüquq Qərbi Azərbaycana qayıdışı Ermənistan hakimiyyəti qarşısında tələb kimi irəli sürür. Qərbi Azərbaycana qayıdış hüququ artıq beynəlxalq müstəviyə çıxarılıb və ciddi dəstək əldə olunub. Baş nazir Nikol Paşinyanın Qərbi Azərbaycanla bağlı Bakıya “yol xəritəsi”nin hazırlanması təklifindən sonra İrəvanda belə müzakirələr daha da genişlənib.

“Fakt” qəzeti yazır ki, Paşinyanın təklifi əslində Əliyevin tələbini məharətlə qanuniləşdirməkdir: “Paşinyan ermənilərin Qarabağa qayıdışı ilə azərbaycanlıların Ermənistana qayıdışını bərabərləşdirir və bununla rəsmi Bakının Qərbi Azərbaycan planını beynəlxalq müstəvidə qanuniləşdirir”.

Ermənictan ictimai rəyində belə fikirlər dolaşır ki, Azərbaycandan neft məhsullarının idxal edilməsi Bakının təsir rıçaqlarını gücləndirəcək. Politoloqlar Artur Xaçikyan, Stepan Danielyan, jurnalist Hraçya Qalustan iddia edirlər ki, Ermənistanın Azərbaycana tabe edilməsi, onu vassal dövlətə çevirmək proqramı davam edir: “Paşinyan hakimiyyəti Bakıdan və Avropadan gələn bütün təlimatları yerinə yetirir. Ermənistan Azərbaycan vasitəsilə taxıl, neft, qaz, elektrik enerjisi və digər həyati əhəmiyyətli resurslar almalıdır. Seçkidə Paşinyanın qələbəsindən sonra səhifə çevriləcək və şərtlərin icrasına başlanılacaq. Ermənistan sürətlə növbəti güzəştə hazırlaşır. Prezident İlham Əliyev azərbaycanlıların qayıdışı məsələsini açıq şəkildə dilə gətirir və soydaşlarının qayıdışına, eləcə də Sünikin (Zəngəzur) nəzarətə götürülməsinə nail olacaq”.

Sonda vurğulanır ki, İrəvanda azərbaycanlıların geri dönəcəyinin real olduğunu anlayırlar.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında dekabrın 25-də saat 19:00-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO
Mətbuat / 18.02.2026 09:00
Etibarlı və dinamik xəbər mənbəyi olan Baku TV 8 yaşında - VİDEO