Siyasi 13.01.2026 23:08

Başköy, Baş Gərni, Baş Gözəldərə – türk tarixinin izi - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də “Başköy necə Başqyuğ və Saralanc oldu?” adlı süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, bugünkü süjetdə erməni saxtakarlığına, addəyişmə terroruna məruz qalan Başköy, Baş Gərni və Baş Gözəldərə toponimi haqqında söz açılır.

Bildirilir ki,  Azərbaycan ərazilərinə ermənilərin süni şəkildə yerləşdirilməsi XIX əsrin əvvəllərindən başlayaraq həyata keçirilib və məhz fitnəkar Çar Rusiyasının erməni siyasətindən sonra oğuz türklərinə məxsus məkanların izinin itirilməsi prosesinə start verilib.

Başköy – Ağbaba mahalının Qızılqoç, sonralar Qukasyan adlandırılan  rayonda kənd olub. Kənddə 1830-cu ilə kimi qarapapaqlar yaşayıb. Həmin ildən bura Türkiyənin Muş vilayətindən köçürülən ermənilər yerləşdirilib və azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunublar. XX əsrin 20-cı illərində kəndin adı erməni dilinə kalka edilərək Başqyuğ qoyulub.

Başköy – Şörəyel mahalının Ərtik, sonralar Artik adlandırılan rayonda kənd adıdır. Adı “İrəvan əyalətinin icmal dəftəri”ndə Başkənd, Qafqazın 5 verstlik xəritəsində Baş kyoq formasında qeyd edilib. 1946-cı ildə adı dəyişdirilib Saralanc qoyulub.

Baş Gərni – Qırxbulaq mahalının Ellər, sonralar Kotayk/Abovyan adlandırılan rayonda kənd olub. Kənd Gərni çayının mənbəyində salınıb. 1935-ci ildə adı dəyişdirilib Gərni qoyulub.

Baş Gözəldərə – Göyçə mahalının Qaranlıq, sonralar Martuni adlandırılan rayonda kənd adıdır. Kəndə həm də Yuxarı Gözəldərə deyilir. Ermənilər bura 1828-ci ildən sonra Türkiyədən köçürülüblər. 1905-1906-cı illərdə azərbaycanlılar ermənilər tərəfindən qovulub.

Sonda vurğulanır ki, qədim türk torpağı olan bu məkanların çox zəngin tarixi, burada yaşamış azərbaycanlı əhalinin dərin kökü və irsi var: “Məhz bu irsi qoruyub saxlamaq, yaşatmaq hər bir Qərbi azərbaycanlının mənəvi borcudur. Mənfur ermənilərin özlərinə məkan saydıqları tarixi oğuz yurdlarına qayıdıb yaşamaq isə vacib şərt olmaqla yanaşı, beynəlxalq hüquqa dayanan təməl haqdır”.

Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir. Hazırlanan süjetlədə ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası araşdırılır, həmçinin yer adlarının mənşəyi, mənası və sonrakı taleyi haqqında məlumat verilir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet teleaparıcı Ramin İbrahimovun təqdimatında yanvarın 13-də saat 19:00-da Baku TV-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Siyasi / 15.01.2026 14:22
Ermənistan türk dövlətinə çevriləcək – ANONS
Elm və təhsil, Siyasi / 14.01.2026 23:52
“Böyük Ermənistan” nağılı Avropa masalarında yazılıb” - VİDEO
Elm və təhsil / 14.01.2026 14:22
“Erməni kartı” – Avropanın geosiyasi aləti – ANONS - VİDEO
Siyasi, Sosial / 13.01.2026 23:08
Başköy, Baş Gərni, Baş Gözəldərə – türk tarixinin izi - FOTO - VİDEO
Sosial / 13.01.2026 14:22
Qarapapaqların yaşadığı qədim kənd – ANONS - FOTO - VİDEO
Müsahibə / 12.01.2026 23:59
“Daşnak qırğınları soydaşlarımızı doğma yurddan didərgin salıb” - VİDEO
Mədəni / 10.01.2026 22:37
Qərbi Azərbaycan xalçalarında gizlənən türk kosmoqoniyası - VİDEO
Siyasi, Sosial / 09.01.2026 23:11
“Babam araba ilə Gəncəyə, böyük qardaşı isə Türkiyəyə qaçıb” - FOTO - VİDEO
Siyasi, Sosial / 09.01.2026 14:22
“İrəvanım üçün çox darıxıram” – Gülbəniz Qəmərlinskayanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi / 08.01.2026 23:22
“Ermənistanda seçkidən sonra azərbaycanlıların qayıdışına strat veriləcək” - VİDEO
Siyasi / 08.01.2026 14:22
Bu il Qərbi Azərbaycana qayıdışla bağlı nələr gözlənilir? – ANONS - VİDEO
Elm və təhsil / 07.01.2026 22:58
“Hay etnogenezi mifdir və süni tarixi prosesdir” - VİDEO
Elm və təhsil / 07.01.2026 14:22
Hay–erməni fərqi niyə gizlədilir? – ANONS - VİDEO
Siyasi, Sosial / 06.01.2026 23:42
Başkənd toponimi – türk tarixinin izi - FOTO - VİDEO
Sosial / 06.01.2026 14:22
Ermənilər türk kəndini 4 formada necə dəyişdirdi? - FOTO - VİDEO
Elm və təhsil, Müsahibə / 05.01.2026 23:28
“Çəmbərək rayonunun adı bir neçə dəfə dəyişdirilib” - VİDEO
Mətbuat / 05.01.2026 10:04
Baku.ws saytının 22 yaşı tamam olur
Gündəm / 01.01.2026 00:01
Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət edib - VİDEO
Siyasi, Sosial / 31.12.2025 22:19
“Vaxtilə keşişlər səlib yürüşü edirdilər, indi arvad üstündə dalaşırlar” - VİDEO
Siyasi / 31.12.2025 14:22
Ermənilər erməni olmaq istəmirlər – ANONS - VİDEO
Gündəm / 31.12.2025 00:02
Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
Siyasi, Sosial / 30.12.2025 23:31
Baş Abaran, Baş Abdalar, Başkənd – türk tarixinin izi - VİDEO
Elm və təhsil / 30.12.2025 16:00
Təhsil həm də ən yaxşı dostdur – tələbə adını qazanan ardanışlı gənclərlə görüş– GENİŞ HESABAT - FOTO - VİDEO
Sosial / 30.12.2025 14:22
X əsrdən yadigar qalan türk yurdu – ANONS - VİDEO
Müsahibə / 29.12.2025 23:32
“Böyük Məzrədə tarixən oğuz türkləri yaşayıb” - VİDEO
Elm və təhsil / 29.12.2025 10:20
Vəli Abduyev – 10 yaşında Fəxri Fərmana layiq görülən istedadlı övlad - FOTO