Gündəm 20.01.2026 00:01

Qanlı 20 Yanvar faciəsindən 36 il ötür

Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələrinin 36-cı ildönümüdür.

Rakus.az xəbər verir ki, 1987-ci ilin sonlarında yenidən ortaya atılmış qondarma Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, torpaqlarımızın işğalına, Ermənistanda və Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının doğma yurdlarından qovulmasına yönəlmişdi.

Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına, radikal erməni millətçiləri tərəfindən qızışdırılan separatçılığa və soydaşlarımız əleyhinə törədilən kütləvi zorakılıqlara SSRİ rəhbərliyinin bilavasitə və ya dolayısı ilə dəstək verməsi, habelə Azərbaycanın o zamankı rəhbərlərinin qətiyyətsizliyi və milli maraqlara zidd addımları xalqımızı respublikanın ərazi bütövlüyünün qorunması naminə ayağa qalxmağa sövq etdi. Beləliklə, respublikada geniş sosial spektrli xalq hərəkatı yarandı və proseslərin gedişi onun tədricən milli azadlıq hərəkatına çevrilməsinə zəmin yaratdı.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi, Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib.

Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıb. Fövqəladə vəziyyət elan edildikdən sonra isə bir neçə gün ərzində Bakı şəhərində 21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin elan olunmadığı rayon və şəhərlərdə – yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilib.

Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarında 147 nəfər öldürülüb, 744 nəfər yaralanıb.

Həlak olanlar arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri, milis nəfərləri olub. Qoşunların qanunsuz yeridilməsi həm də dinc əhali arasında kütləvi həbslərlə müşayiət olunub. Əməliyyatların gedişi boyunca paytaxt Bakı və respublikanın digər şəhər və rayonlarından 841 nəfər qanunsuz həbs edilib, onlardan 112-si SSRİ-nin müxtəlif şəhərlərindəki həbsxanalara göndərilib. Hərbi qulluqçular tərəfindən 200 evə, 80 avtomobilə, o cümlədən təcili yardım maşınlarına atəş açılıb, yandırıcı güllələrin törətdiyi yanğınlar nəticəsində külli miqdarda dövlət və şəxsi əmlak məhv edilib.

Qətliamdan bir gün sonra, yanvarın 21-də xalqımızın böyük oğlu Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gedərək Bakıda kütləvi qırğın törətmiş SSRİ hakimiyyətini və Azərbaycan rəhbərliyini kəskin ittiham edən bəyanat verdi. Azərbaycan xalqının məruz qaldığı bu dəhşətli və amansız terroru dünyanın mütərəqqi qüvvələri də qətiyyətlə pislədi.

Hər il 20 Yanvar Azərbaycanda Ümumxalq Hüzn Günü kimi qeyd olunur.

XƏBƏR LENTİ
Gündəm / 20.01.2026 00:01
Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
Müsahibə / 19.01.2026 23:43
“Ermənilər maddi-mənəvi dəyərlərimizə böyük zərbə vurublar” - VİDEO
Gündəm / 18.01.2026 13:38
Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib - FOTO
Mədəni / 17.01.2026 23:46
“Xalçalar üzərindən oxunan deportasiya yaddaşı” - VİDEO
Siyasi, Sosial / 16.01.2026 23:50
“Erməni katib göstəriş vermişdi ki, bir nəfər sağ çıxmasın” - FOTO - VİDEO
Siyasi, Sosial / 16.01.2026 14:22
“Ata yurduma qayıdışı gözləyirəm” – Səfayə Həsənovanın “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 15.01.2026 23:18
“Zəngəzur məsələsində İsrail və İran faktoru nəyi dəyişir?” - VİDEO
Siyasi / 15.01.2026 14:22
Ermənistan türk dövlətinə çevriləcək – ANONS - VİDEO
Elm və təhsil, Siyasi / 14.01.2026 23:52
“Böyük Ermənistan” nağılı Avropa masalarında yazılıb” - VİDEO
Elm və təhsil / 14.01.2026 14:22
“Erməni kartı” – Avropanın geosiyasi aləti – ANONS - VİDEO
Siyasi, Sosial / 13.01.2026 23:08
Başköy, Baş Gərni, Baş Gözəldərə – türk tarixinin izi - FOTO - VİDEO
Sosial / 13.01.2026 14:22
Qarapapaqların yaşadığı qədim kənd – ANONS - FOTO - VİDEO
Müsahibə / 12.01.2026 23:59
“Daşnak qırğınları soydaşlarımızı doğma yurddan didərgin salıb” - VİDEO
Mədəni / 10.01.2026 22:37
Qərbi Azərbaycan xalçalarında gizlənən türk kosmoqoniyası - VİDEO
Siyasi, Sosial / 09.01.2026 23:11
“Babam araba ilə Gəncəyə, böyük qardaşı isə Türkiyəyə qaçıb” - FOTO - VİDEO
Siyasi, Sosial / 09.01.2026 14:22
“İrəvanım üçün çox darıxıram” – Gülbəniz Qəmərlinskayanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi / 08.01.2026 23:22
“Ermənistanda seçkidən sonra azərbaycanlıların qayıdışına strat veriləcək” - VİDEO
Siyasi / 08.01.2026 14:22
Bu il Qərbi Azərbaycana qayıdışla bağlı nələr gözlənilir? – ANONS - VİDEO
Elm və təhsil / 07.01.2026 22:58
“Hay etnogenezi mifdir və süni tarixi prosesdir” - VİDEO
Elm və təhsil / 07.01.2026 14:22
Hay–erməni fərqi niyə gizlədilir? – ANONS - VİDEO
Siyasi, Sosial / 06.01.2026 23:42
Başkənd toponimi – türk tarixinin izi - FOTO - VİDEO
Sosial / 06.01.2026 14:22
Ermənilər türk kəndini 4 formada necə dəyişdirdi? - FOTO - VİDEO
Elm və təhsil, Müsahibə / 05.01.2026 23:28
“Çəmbərək rayonunun adı bir neçə dəfə dəyişdirilib” - VİDEO
Mətbuat / 05.01.2026 10:04
Baku.ws saytının 22 yaşı tamam olur
Gündəm / 01.01.2026 00:01
Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət edib - VİDEO
Siyasi, Sosial / 31.12.2025 22:19
“Vaxtilə keşişlər səlib yürüşü edirdilər, indi arvad üstündə dalaşırlar” - VİDEO