Siyasi 09.01.2026 23:11

“Babam araba ilə Gəncəyə, böyük qardaşı isə Türkiyəyə qaçıb” - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

Rakus.az xəbər verir ki, “Qəmərlinski nəsli 1919-cu ildə İrəvandan məcbur köçürülüb” adlı veriliş əslən İravan şəhərindən olan Qərbi azərbaycanlı Gülbəniz Qəmərlinskayanın həyat hekayəsinə həsr olunub.

O, 1946-cı ildə Gəncədə, baba və nənəsinin isə İrəvanda doğulduğunu, orada ibtidai məktəbdə müəllim işlədiyini deyib: “Babam və nənəmin iki uşağı var idi. Kiçik oğlu atam Firudun Qəmərlinski, böyük qızları isə Zəkiyyə xanım Qəmərlinskaya idi və onlar 1953-cü ildə Bakı şəhərinə köçüblər. Babam general Əli Qəmərlinski İravanda məşhur müəllim Məhəmmədvəli Qəmərlinskinin oğludur. O, çar ordusunun generalu olub və onun adı ilə qədim Küzülü kəndi Qəmərli adlanıb. Çünki general onlara çox xidmət edib, xeyirxah işlər görüb. O vaxt İrəvanda ilk məktəb – Rus-Tatar Məktəbi açılmışdı. Babamın atası Məhəmmədvəli Qəmərlinski həmin məktəbi bitirib, sonra müəllim işləyib. İstəyirdi ki, gələcək nəsli böyüdən qadınlar savadlı, gözü açıq olsun. O, bu fikirlərlə İravanda Qadınlar Gimnaziyasının açılmasında fəal iştirak edib”.

Onun sözlərinə görə, o vaxt daşnaklar azərbaycanlıların İravanda qalmasına imkan verməyiblər: “Çünki İravan şəhəri onlara paytaxt kimi verilmişdi. Daşnaklar orada azərbaycanlılara hücum edirdilər. Babam atası ilə birlikdə 1919-cu ildə köçmək məcburiyyətində qalıb və araba ilə Gəncəyə, böyük qardaşı isə Türkiyəyə qaçıb. Nənəm, babam danışanda həmişə ağlayır, gözləri yaşarırdı. Deyirdilər ki, oradakı ikimərtəbəli evimizi ermənilər xəstəxana ediblər. Doğma yurdumuzu, evlərimizi, mühiti qoyub başqa yerdə yaşamağa məcbur olduq. Daşınaklar istəmirdilər ki, İrəvanda bir nəfər azərbaycanlı qalsın. Azərbaycan ailələrini izləyir, qılınc, tüfənglə onları qorxudur, Ermənistandan çıxıb getməyə məcbur edirdilər”.

İrəvanı cənnət bir məkan kimi xatırlayan G.Qəmərlinskaya söyləyib ki, orada çox gözəl məscidlər var idi: “İnsanın doğulduğu yer həmişə əzizdir. İnsanın nəsli, kökü haradırsa, o yerə bağlıdır. Mən indi xaricdə yaşasam da öz Vətənimi çox sevirəm. Babamın, nənəmin elini, yurdunu, İrəvanın abu-havasını görmək istəyirəm. Əminəm ki, nə vaxtsa, bu, bizlərə qısmət olacaq”.

Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş yanvarın 9-da saat 19:00-da Baku TV-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Dünya, Siyasi, Təhlil / 10.07.2026 16:26
Avropa Parlamentinin türklərsiz Kipr siyasəti – qərəzli və təhrif olunmuş yanaşma – TƏHLİL - FOTO
Dünya, Siyasi, Təhlil / 09.07.2026 17:07
Suriyanın inteqrasiyası – Trampın Şaraa sevgisi – TƏHLİL - FOTO
Dünya, Təhlil / 08.07.2026 13:17
Moskva körpüləri yandırır – TƏHLİL - FOTO
Dünya, Hərbi, Təhlil / 06.07.2026 17:43
Türkiyəyə üz tutan NATO Sammiti – alyansdaxili ziddiyyətlər – TƏHLİL - FOTO
Siyasi, Təhlil / 03.07.2026 16:54
Paşinyanın müxalifəti təmizləmək işi – TƏHLİL - FOTO
Dünya, Siyasi, Təhlil / 02.07.2026 17:50
Gürcüstanın Mərkəzi Asiyaya üz tutması – TDT-nin etibarlı istiqaməti – TƏHLİL - FOTO
Dünya, Təhlil / 01.07.2026 16:15
ABŞ-İran danışıqlarına mane olan əllər – TƏHLİL - FOTO
Dünya, Təhlil / 30.06.2026 16:04
“Ana Ermənistan” – 102 saylı bazadan xilas olmaq hədəfi – TƏHLİL - FOTO
Dünya, Təhlil / 29.06.2026 16:50
Mümkünsüz görünən ABŞ-İran sülhü – Sepahın oynadığı baş rol – TƏHLİL - FOTO
Dünya, Təhlil / 25.06.2026 16:41
Fransanın cinayətkar hərəkətləri – Parisin cani erməni sevdası – TƏHLİL - FOTO
Dünya, Təhlil / 24.06.2026 17:51
ABŞ-nin Havana təhdidləri – Venesuela variantına hazırlıq – TƏHLİL - FOTO
Təhlil / 23.06.2026 15:06
Brexit də baş verdi, Britaniya da dağılmadı – TƏHLİL - FOTO
Siyasi, Təhlil / 22.06.2026 17:46
ABŞ və İranın yol xəritəsi – dayanmayan normallaşma prosesi – TƏHLİL - FOTO
Təhlil / 19.06.2026 17:19
Moskvanın itən qüdrəti – Rusiya üçün dirilik suyu – TƏHLİL - FOTO
Siyasi, Təhlil / 11.06.2026 17:25
Qaçqınlıq və məcbur köçkünlük – dünya güclərinin toqquşan maraqları – TƏHLİL - FOTO
Siyasi, Təhlil / 10.06.2026 15:16
Afina ilə Parisin müdafiə sazişi – Türkiyənin etirazı – TƏHLİL - FOTO
Siyasi, Təhlil / 08.06.2026 15:02
Müctəbadan sonra İranın rəhbəri Pezeşkian deyilsə, kimdir? – TƏHLİL
Gündəm, Mətbuat / 05.06.2026 17:32
“Bir ümidlə dərhal Məhərrəmin telefon nömrəsinə zəng etdim ki…” - FOTO - VİDEO
Hərbi, Mətbuat / 04.06.2026 16:04
Yarımçıq qalan müqəddəs missiya – Məhərrəm İbrahimovun şəhadətindən 5 il ötür - FOTO - VİDEO
Gündəm, Hərbi, Mətbuat / 04.06.2026 13:12
Şəhid jurnalistin məzarı 5-ci ildönümündə ziyarət olunub - FOTO
Gündəm, Mədəni, Mətbuat / 04.06.2026 10:22
“Bir Məhərrəm yarası var ürəyimin” – YENİ MAHNI - FOTO - VİDEO
Gündəm, Hərbi, Mətbuat / 04.06.2026 08:00
Həqiqət izində həqiqətin axtardığı ADAM - FOTO
Gündəm, Hərbi / 04.06.2026 00:01
“Susuzluq faciəsi” – Şəhid jurnalistlərin minaya düşməsindən 5 il ötür - FOTO - VİDEO
Gündəm / 01.06.2026 00:03
Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Gündəm / 28.05.2026 00:01
Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur
Gündəm / 27.05.2026 00:01
Azərbaycanda Qurban bayramıdır