Sosial 16.05.2019 18:14

Bakıda ARST-nın sammiti keçirildi - FOTO

Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Bakıda təşkil edilən Avropa Regional Sosial Təminat Forumu çərçivəsində Avropa Regional Sosial Təminat Sammiti keçirilib.

Rakus.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, BSTA-nın Baş katibi Marselo Abi-Ramia Kaetanonun moderatorluğu ilə baş tutan Sammitdə Beynəlxalq Əmək Təşkilatının Sosial müdafiə departamentinin müdir müavini Valeri Şmit məruzə ilə çıxış edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Azərbaycanın sosial təminat sisteminin inkişaf etdirilməsi və qarşıya çıxan çağırışlara uyğun olaraq təkmilləşdirilməsi üçün müəyyən edilən prioritetlər, atılan addımlar barədə məlumat verib. O, iştirakçıların suallarını cavablandırarkən, şəffaflığın, sosial ədalətin və sosial xidmətlərdə hesabatlılığın təmin edilməsinin sosial müdafiə və idarəetmənin etibarlı əsaslara istinad etməsi və bu sistemə inamlı yanaşma üçün vacib olduğunu qeyd edib. Bunun effektiv tənzimləyici qanunvericilik çərçivəsi və institutlar, ixtisaslı işçi heyəti və təkmil texnologiyalar sayəsində əldə edilə biləcəyini deyib. Nazir bu mənada Azərbaycanda sosial qanunvericiliyin təkmilləşdirilməsi işlərini, yeni qanunların qəbul olunduğunu diqqətə çatdırıb. Habelə yeni yaradılan qurumların, xüsusilə DOST Agentliyinin bu istiqamətdə xüsusi önəmini qeyd edib.

S.Babayev həmçinin müvafiq fəaliyyət sahələrində elektron texnologiyaların tətbiqi və e-xidmətlərin, eyni zamanda, proaktiv xidmətlərin əhatə dairəsinin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Milli sosial müdafiə sistemlərində bu sahədə aparılan işləri diqqətə çatdırıb.

Panel iclasında Rusiya Federasiyası Əmək və Sosial Müdafiə nazirinin müavini Andrey Pudov, BSTA-nın Prezidenti Yoakim Bröyer, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının baş iqtisadçısı Stijn Broek, Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyası Direktorunun müşaviri Ermek Kuanışev region ölkələrində sosial təminat sistemləri qarşısında mühüm çağırışlar və aktual vəzifələr barədə yanaşmalarını qeyd edib, sualları cavablandırıblar.

İclasda sosial rifah üçün vacib element olan sosial təminatda inkişaf və təkmilləşmənin davamlı olmasının, bu sahədə qarşıya çıxan çağırışlara uyğun ardıcıl strategiyaların hazırlanması və reallaşdırılmasının önəmi qeyd edilib.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO