Mətbuat
21.01.2026
12:33
“Global Media Group” ötən il media sahəsində yüksək nəticələr qazanıb
“Global Media Group” üçün 2025-ci il əlamətdar olub.
Rakus.az xəbər verir ki, ötən il ərzində şirkətlər qrupu fəaliyyətini daha da inkişaf etdirərək informasiya istehsalı və yayımını davam etdirib, beynəlxalq əməkdaşlıqları gücləndirib və rəqəmsal mühitdə davamlı olaraq aparıcı mövqeyini qoruyub.
Hesabat dövründə “Global Media Group”a daxil olan “Oxu.az” xəbər portalı, “Global Management ” autsorsinq şirkəti, “Report” İnformasiya Agentliyi və “Baku TV” kanalında beynəlxalq idarəetmə standartları üzrə təkrar sertifikatlaşdırma auditi “TÜV Austria Azərbaycan” MMC tərəfindən aparılıb. Audit çərçivəsində təşkilatlarda tətbiq olunan ISO 9001:2015 – Keyfiyyət İdarəetmə Sistemləri, ISO 14001:2015 – Ətraf Mühitin İdarə Edilməsi Sistemləri və ISO 45001:2018 – Sağlamlıq və Əməyin Təhlükəsizliyinin İdarə Edilməsi Sistemləri üzrə idarəetmə mexanizmləri beynəlxalq tələblərə uyğunluğu baxımından qiymətləndirilib. Auditin nəticələri “Global Media Group“a daxil olan şirkətlərin institusional idarəetmə prinsiplərinə sadiqliyini və proseslərin davamlı təkmilləşdirilməsini təsdiqləyib.
2025-ci il ərzində “Global Media Group”un və ona daxil olan şirkətlərin beynəlxalq əməkdaşlıqları genişlənib. “Baku TV” və “Report” İnformasiya Agentliyi tərəfindən Qazaxıstan, Özbəkistan və Səudiyyə Ərəbistanının aparıcı media qurumları ilə imzalanan əməkdaşlıq memorandumları qarşılıqlı informasiya mübadiləsinin gücləndirilməsinə, regional media əlaqələrinin inkişafına və ortaq layihələrin həyata keçirilməsinə imkan yaradıb.
İl ərzində “Global Media Group”un media sahəsində fəaliyyəti dövlət səviyyəsində yüksək qiymətləndirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə mətbuatın inkişafında göstərdikləri xidmətlərə görə “Global Media Group“un rəhbər heyəti və əməkdaşlarından 10 nəfər “Tərəqqi” medalı, 1 nəfər isə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb. Bundan başqa, “Global Media Group”a daxil olan media subyektlərinin rəhbər və jurnalist heyətindən ümumilikdə 55 nəfər “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib. Yubiley medalı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 fevral 2025-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş müvafiq qanunvericilik dəyişiklikləri əsasında təsis edilib.
Bununla yanaşı, bir sıra əməkdaşlar media sahəsində peşəkar fəaliyyətlərinə və müxtəlif müsabiqələrdə qalib gəldiklərinə görə dövlət, özəl və beynəlxalq qurumlar tərəfindən müxtəlif diplom və sertifikatlarla təltif olunublar. Eyni zamanda, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən “10-cu Anadolu Media Mükafatları” mərasimində “Haber Global” mükafata layiq görülüb, “Kontra” proqramı isə ilin idman proqramı seçilib.
“Global Media Group”a daxil olan media platformaları 2025-ci il ərzində müxtəlif istiqamətlərdə yüksək nəticələr göstərib. “Social Blade” analitik portalına əsasən “Baku TV” televiziya kanalı “YouTube” platformasında 11 ay ərzində Azərbaycan telekanalları arasında lider mövqeyini qoruyaraq rekorda imza atıb və yayımlanan video məzmunları ümumilikdə 1 milyarddan çox baxış toplayıb. “Report” İnformasiya Agentliyi bürolarının sayını artıraraq informasiya əlçatanlığı təmin edib, yerli və xarici mediada istinad sayının artırılmasına nail olub. “Baku.WS”in “Instagram” səhifəsində paylaşılan postları 17,5 milyon unikal insan tərəfindən ümumilikdə 1,9 milyard dəfə izlənib. “Caliber” informasiya-analitik portalı maraqlı, eksklüziv məqalə və müsahibələri sayəsində izləyici auditoriyasını 200%-dən çox artırıb. “Haber Global” televiziya kanalı “YouTube”da bir il ərzində 3,8 milyard baxış toplayaraq Türkiyənin ən çox izlənən xəbər kanalı olub. “Media.az” “Google News”un siyahılarında və “Dzen” tövsiyə sistemində mövqeyini möhkəmləndirib və beynəlxalq informasiya məkanında istinad olunan resurslar sırasında yer alıb. “Oxu.az” rekord sayda – 365 mindən çox xəbər materialı hazırlayaraq ölkənin ən çox oxunan xəbər portalı olub. “Photostock” fotobankı isə ölkədə baş verən hadisələr üzrə yüksək sayda foto-kontent istehsal edib. ”Kaspi” və “Каспий” qəzetlərin ümumi tirajı 230 mini ötüb.
“Global Media Group” il ərzində korporativ sosial məsuliyyət və dayanıqlı inkişaf istiqamətində də fəaliyyətini davam etdirib. Ekoloji təşəbbüslər, maarifləndirici layihələr, təlimlər və gənclərin inkişafına yönəlmiş proqramlar bu fəaliyyətlərin əsas istiqamətlərini təşkil edib. Ən önəmli layihələrdən biri olan “Media Akademiya” layihəsi çərçivəsində fəaliyyət göstərən müxtəlif media məktəblərində təşkil olunan təlimlərdə 41 gənc məzun olub.
2025-ci il üzrə ümumi göstəricilər “Global Media Group”un regionun aparıcı media ekosistemlərindən biri kimi mövqeyini qoruduğunu təsdiqləyib. Əldə olunan nəticələr həm yerli, həm də beynəlxalq media məkanında “Global Media Group”un dayanıqlı inkişaf strategiyasını uğurla reallaşdırdığını nümayiş etdirib.
Xatırladaq ki, Azərbaycanın ən böyük media şirkətlər qrupundan biri olan “Global Media Group” 2017-ci ildən fəaliyyətə başlayıb. “Global Media Group”a Azərbaycanda və ölkə xaricində fəaliyyət göstərən televiziya kanalları, informasiya agentlikləri, xəbər portalları, qəzetlər və digər şirkətlər daxildir. “Global Media Group” haqqında daha ətraflı məlumat əldə etmək üçün https://gmg.az/ veb-saytına və ya şirkətin müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə – |Facebook | Instagram | LinkedIn | YouTube müraciət edə bilərsiniz.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
Mətbuat
/
21.01.2026
12:33
“Global Media Group” ötən il media sahəsində yüksək nəticələr qazanıb
Siyasi, Sosial
/
20.01.2026
23:32
Sosial
/
20.01.2026
14:22
Başnalı necə Bağramyan oldu? – ANONS - FOTO - VİDEO
Gündəm
/
20.01.2026
12:01
20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi
Gündəm
/
20.01.2026
11:54
Siyasi
/
20.01.2026
11:22
Millətin azadlıq eşqini söndürə bilməyən qanlı cinayət
Gündəm
/
20.01.2026
08:43
Xalq 20 Yanvar şəhidlərinin məzarlarını ziyarət edir - FOTO - VİDEO
Gündəm
/
20.01.2026
00:01
Müsahibə
/
19.01.2026
23:43
“Ermənilər maddi-mənəvi dəyərlərimizə böyük zərbə vurublar” - VİDEO
Gündəm
/
18.01.2026
13:38
Mədəni
/
17.01.2026
23:46
“Xalçalar üzərindən oxunan deportasiya yaddaşı” - VİDEO
Siyasi, Sosial
/
16.01.2026
23:50
Siyasi, Sosial
/
16.01.2026
14:22
“Ata yurduma qayıdışı gözləyirəm” – Səfayə Həsənovanın “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Elm və təhsil, Siyasi
/
15.01.2026
23:18
“Zəngəzur məsələsində İsrail və İran faktoru nəyi dəyişir?” - VİDEO
Siyasi
/
15.01.2026
14:22
Ermənistan türk dövlətinə çevriləcək – ANONS - VİDEO
Elm və təhsil, Siyasi
/
14.01.2026
23:52
“Böyük Ermənistan” nağılı Avropa masalarında yazılıb” - VİDEO
Elm və təhsil
/
14.01.2026
14:22
“Erməni kartı” – Avropanın geosiyasi aləti – ANONS - VİDEO
Siyasi, Sosial
/
13.01.2026
23:08
Sosial
/
13.01.2026
14:22
Qarapapaqların yaşadığı qədim kənd – ANONS - FOTO - VİDEO
Müsahibə
/
12.01.2026
23:59
“Daşnak qırğınları soydaşlarımızı doğma yurddan didərgin salıb” - VİDEO
Mədəni
/
10.01.2026
22:37
Qərbi Azərbaycan xalçalarında gizlənən türk kosmoqoniyası - VİDEO
Siyasi, Sosial
/
09.01.2026
23:11
Siyasi, Sosial
/
09.01.2026
14:22
“İrəvanım üçün çox darıxıram” – Gülbəniz Qəmərlinskayanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi
/
08.01.2026
23:22
Siyasi
/
08.01.2026
14:22
Bu il Qərbi Azərbaycana qayıdışla bağlı nələr gözlənilir? – ANONS - VİDEO
Elm və təhsil
/
07.01.2026
22:58
“Hay etnogenezi mifdir və süni tarixi prosesdir” - VİDEO














