Siyasi 16.05.2019 19:35

Təsdiqedici sənədin verilmə Qaydası təsdiqləndi

“Azərbaycan Respublikasında keçirilən UEFA 2019 Avropa Liqasının final oyunu və UEFA 2020 Futbol çempionatının oyunları ilə əlaqədar vergi və gömrük güzəştləri və azadolmalarının tətbiqi üçün təsdiqedici sənədin verilməsi Qaydası” təsdiq olunub.

Rakus.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Bu Qayda AFFA-ya hüquqi və fiziki şəxslərə UEFA 2019 Avropa Liqasının final oyunu və UEFA 2020 Futbol çempionatının oyunları ilə əlaqədar vergi və gömrük güzəştləri və azadolmalarının tətbiqi üçün təsdiqedici sənəd verməsi qaydasını müəyyən edir. Təsdiqedici sənəd Vergi Məcəlləsi və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş güzəştləri və azadolmaları əldə etməyə əsas verən sənəddir. Sənəd yalnız Məcəllədə və Qanunda nəzərdə tutulmuş şəxslərə verilir. Təsdiqedici sənədin verilməsi üçün malların təqdim edilməsi, işlər görülməsi və xidmətlər göstərilməsi, habelə malların idxalı ilə əlaqədar nəzərdə tutulan şəxslərin siyahısını UEFA təsdiq etməli və elektron qaydada AFFA-ya göndərməlidir. Vergilər Nazirliyinin və ya Dövlət Gömrük Komitəsinin müraciəti əsasında AFFA-nın malların təqdim edilməsi, işlər görülməsi və xidmətlər göstərilməsi ilə bağlı müqavilələrin surətlərinin təqdim edilməsini UEFA-dan tələb etmək hüququ var.

Təsdiqedici sənəddə onun verildiyi şəxslərə dair aşağıdakı məlumatlar – fiziki şəxsdirsə – adı, atasının adı, soyadı, fərdi identifikasiya nömrəsi, futbol klubunun oyunçusu və ya işçisi olmasına dair məlumat; hüquqi şəxsdirsə – adı, qeydiyyatda olduğu ölkədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, ünvanı, UEFA-nın yaratdığı və ya onu təmsil edən, yaxud onun tərəfindən səlahiyyətləndirilmiş hüquqi şəxs olmasına dair məlumat öz əksini tapmalıdır.

Sənəd bu Qayda ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla UEFA tərəfindən rəsmi təqdim edilmiş siyahıda adları sadalanan şəxslərlə bağlı həmin şəxslərin müraciəti olmadan, UEFA-nın müraciəti əsasında AFFA tərəfindən 3 iş günü ərzində UEFA-ya və bu Qaydanın 3-cü hissəsində qeyd olunan şəxslərə verilir. AFFA verdiyi təsdiqedici sənədlə birgə aşağıda göstərilən məlumatları da elektron qaydada və ya kağız daşıyıcıda 3 iş günü ərzində Vergilər Nazirliyinə və Gömrük Komitəsinə təqdim etməlidir: xidmət (mal, iş) əldə edən və təqdim edən vergi ödəyicisinin adı; xidmət əldə edən və təqdim edən vergi ödəyicisinin qeydiyyatda olduğu ölkədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi; xidmət əldə edən və təqdim edən vergi ödəyicisinin rezidenti olduğu ölkə; xidmətin adı və məzmunu; müqavilənin tarixi, nömrəsi, dəyəri, icrasının başlanma və bitmə tarixləri.

Təsdiqedici sənədin formasını AFFA təsdiq edir.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO