Mədəni 21.03.2026 23:22

Qərbi Azərbaycanda ilaxır çərşənbə ayinləri

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “İrsimiz” rubrikasının növbəti buraxılışı hazırlanıb.

Rakus.az xəbər verir ki, buraxılışda filologiya üzrə fəlsəfə doktoru Aytən Cəfərova Qərbi Azərbaycanda ilaxır çərşənbə ayinlərindən söz açıb.

O bildirib ki, İlaxır çərşənbə gecəsi görülən yuxular həyat tərzinə təsir edir: “Duzlu kökə yuxuda su gətirən gənc taleyin işarəsidir. Qırmızı kəlağayı insanı şər ruhlardan qoruyur. İlaxır çərşənbə gecəsi yatan ilə oyaq qalanın taleyi fərqlənir. Yuxunu xeyrə yozmaq adəti insanın gələcək həyat mübarizəsinə güc verir. Qırmızı kəlağayı və səməninin qırmızı lenti Novruzda qoruyucu enerji kimi qəbul olunur. Qərbi Azərbaycanda ilaxır çərşənbə ayinləri unudulan mədəni qatları üzə çıxarır”.

Onun sözlərinə görə, martın 20-dən 23-dək havanın dəyişməsi ilə ilin fəsillərini proqnozlaşdırmaq mümkündür.

A.Cəfərova Yusif peyğəmbərin adı ilə yuxunu xeyrə yozmaq ənənəsi, söyüd ağacının suya səcdəyə gəlməsi inancı ilə bağlı maraqlı fikirlər səsləndirib.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş martın 21-də saat 18:00-da Baku Tv-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Mədəni / 21.03.2026 23:22
Qərbi Azərbaycanda ilaxır çərşənbə ayinləri
Gündəm, Mədəni / 20.03.2026 00:01
Azərbaycanda Novruz bayramı qeyd olunur
Siyasi, Sosial / 19.03.2026 14:50
Qərbi Azərbaycanlıların real həyat hekayələrinin məcmuəsi - FOTO
Gündəm / 18.03.2026 17:28
İlham Əliyev Azərbaycan xalqını Novruz münasibətilə təbrik edib
Mədəni / 18.03.2026 12:52
Ardanış Kənd İcması Ramazan və Novruz tədbiri keçirib - FOTO
Siyasi, Sosial / 17.03.2026 23:14
Boğutlu, Bozabdal, Bozavdal yaylası – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 17.03.2026 14:22
76 il əvvəl adı saxtalaşdırılan oğuz məskəni – ANONS - VİDEO
Mədəni / 17.03.2026 00:01
Bu gün Torpaq çərşənbəsidir
Mədəni / 14.03.2026 23:04
Qədim türk təfəkküründə od niyə sudan üstün tutulurdu? - VİDEO
Siyasi, Sosial / 13.03.2026 23:16
“Ulu babam ermənilərə görə oğlunu evində dəfn edib” - FOTO - VİDEO
Siyasi, Sosial / 13.03.2026 14:22
Çimənə qayıdacağı günü gözləyən Dürdanə Hümbətovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO