Vaşinqton və Moskva arasında “soyuq yel” əsir – TƏHLİL - FOTO - VİDEO
Xəbər verdiyimiz kimi, ABŞ dövlət katibi Mayk Pompeo Soçidə Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovla görüşdü.
Rakus.az xəbər verir ki, Pompeo Prezident Donald Trampın Rusiya ilə əlaqələrin yaxşılaşdırılmasını istədiyini açıqladı. Lakin Pompeo və Lavrov hər ikisi Vaşinqton və Moskva arasında Venesuela və İran kimi xarici siyasət məsələlərində fikir ayrılıqlarının qalmaqda olduğunu dilə gətirib.
Rusiya Prezidenti Vladimir Putin dövlət katibi Pompeo ilə görüşdə Prezident Trampın ABŞ-Rusiya münasibətlərini Trampın kampaniyası və Moksva arasında əlaqələrə dair “saxta” adlandırdığı iddialardan sonra bərpa etmək istəyinə inandığını söylədiyi zaman nikbin səslənirib.
Rusiya Prezidenti Vladimir Putin deyib: “Biz öz tərəfimizdən dəfələrlə demişik ki, biz də hərtərəfli əlaqələrin bərpa edilməsini istəyirik və mən ümid edirəm ki, indi bunun üçün əlverişli şərait yaranıb.”
Lakin dövlət katibi Mayk Pompeo və xarici işlər naziri Sergey Lavrovun bəzən gərgin görünən mətbuat konfransı zamanı fikir ayrılıqlarının olduğu da aşkar oldu.
Dövlət katibi Mayk Pompeo bildirib: “Bizim Venesuela ilə bağlı fikir ayrılıqlarımız var. Mən rusiyalı həmkarlarımı ölkəyə demokratiyanın qaytarılmasında Venesuela xalqına dəstək verməyə çağırdım. Birləşmiş Ştatlar və dünyanın 50-dən çox ölkəsi razılaşıb ki, Nikolas Maduronun hakimiyyətdən getməsinin vaxtı gəlib çatıb.”
Lavrov bildirib ki, ABŞ və İran arasında gərginliklərin artması Rusiyanın narahatlığına səbəb olub: “İranın nüvə probleminə gəldikdə mən ümid edirəm ki, ağıl üstün gələcək və ABŞ-ın 120 minlik əsgəri qüvvə göndərməsi haqda xəbərlər şayiə olaraq qalacaq. Mənim həmkarım Mayk bunu əsassız şayiə adlandırıb.”
Pompeo bildirib ki, Birləşmiş Ştatlar İranla müharibə istəmir, lakin hücuma məruz qalsa özünü müdafiə edəcək.
O, həmçinin Lavroa Rusiyanın Amerika seçkilərinə müdaxiləsinin qəbuledilməz olduğunu deyib: “Əgər ruslar 2020-ci ildə müdaxilə etsə, bu, bizim münasibətlərimizin daha da pisləşməsinə gətirib çıxaracaq. Mən onları bunu etməməyə təşviq edirəm. Biz buna tolerantlıq göstərməyəcəyik.”
Pompeo və Lavrov Suriya, Şimali Koreya və silahlara nəzarət məsələləri ilə bağlı danışıqların davam etdirilməsi ilə bağlı razılıq əldə edib.