İqtisadi 17.05.2019 09:32

Bakıdan Həştərxana reys həyata keçirildi

“Buta Airways” aşağıbüdcəli aviaşirkəti Bakıdan Rusiya Federasiyasının daha bir şəhərinə – Həştərxana birbaşa reyslər həyata keçirməyə başlayıb.

Rakus.az xəbər verir ki, mayın 16-da Bakıdan Həştərxana və geriyə ilk birbaşa aviareys həyata keçirilib. Aviasiyanın çoxdankı ənənəsinə görə, yeni aviareysin açılışı təyyarənin uçuş meydanında su tağından keçməsi ilə qeyd edilib. Həştərxanın Nərimanov Aeroportunda ilk reysin sərnişinlərini duz-çörək və musiqi ilə qarşılayıblar. Sərnişin tutumu 106 nəfər olan “Embraer” təyyarəsi Həştərxana 92 sərnişin gətirib.

“Buta Airways” aviaşirkətinin direktoru Nazim Səmədov da ilk reysin sərnişinləri arasında olub. Onun sözlərinə görə, Bakı və Həştərxan arasında birbaşa hava nəqliyyatının açılması şəhərləri birləşdirəcək, Azərbaycan ilə Rusiya Federasiyası arasında iqtisadi və biznes münasibətlərinin genişlənməsində mühüm rol oynayacaq.

Nazim Səmədov bildirib ki, Həştərxan loukosterin Rusiyada altıncı istiqamətidir. Aviaşirkət Bakıdan Moskvaya, Sankt-Peterburqa, Kazana, Mineralnı Vodıya və Ufaya artıq müntəzəm reyslər həyata keçirir. O deyib: “Buta Airways” uçuşların coğrafiyasını daim genişləndirir. Bu da turizmin inkişafı nöqteyi-nəzərindən çox əhəmiyyətlidir. Aviaşirkətin birbaşa reyslər həyata keçirəcəyi növbəti istiqamət Batumidir”.

Aviaşirkətin Bakı-Həştərxan istiqamətində (Nərimanov Aeroportu, IATA: ASF) minimal tarifi digər istiqamətlər kimi, bir tərəfə 29 avrodur. Uçuşlar həftədə iki dəfə – bazar ertəsi və cümə axşamı günlərində həyata keçiriləcək.

Biletləri aviaşirkətin rəsmi saytında (“Büdcə” və Standart” tarifləri üzrə), habelə satış ofislərində (“Super” tarifi üzrə) əldə etmək olar.

Aviaşirkət loukoster olaraq “Büdcə” minimal tarifində baqajın, əl yükünün, isti içkilərin daşınması, aeroportda qeydiyyat, habelə təyyarədə yer seçmək kimi əlavə xidmətləri pullu opsiyalar şəklində təklif edir.

Satış ofislərində satılan “Super” tarifinə 23 kiloqramadək baqajın, 10 kiloqramadək əl yükünün daşınması, habelə aeroportda pulsuz qeydiyyat daxildir.

Saytda onlayn-qeydiyyat uçuşdan 24 saat əvvəl açılır, uçuşa 2 saat qalmış bağlanır. Bu xidmət bütün tariflərdə pulsuzdur.

Həştərxan turistləri böyük balıq ovu vəd edən coğrafi mövqeyi ilə cəlb edir, eyni zamanda, burada Volqa çayı boyu kruizlər təklif edilir. Hisə verilmiş nərə balığına və qaxac ağ balığa biganə olan səyyahlar belə çoxsaylı memarlıq və mədəniyyət abidələrini görüb burada bir neçə gün ləngiməyə üstünlük verirlər.

Azərbaycanın ilk aşağıbüdcəli aviaşirkəti, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin struktur bölməsi olan “Buta Airways” 2016-cı ilin dekabrında yaradılıb. Aviaşirkət ilk reysini 2017-ci il sentyabrın 1-də həyata keçirib. Aviaşirkətin hava gəmiləri donanması müasir “Embraer” təyyarələrindən ibarətdir. “Buta Airways” Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO