İdman 19.05.2019 23:00

Bakıda Türkiyənin gənclik və idman bayramı - FOTO

Mayın 19-da Heydər Əliyev Sarayında gənclik və idman bayramı münasibətilə konsert proqramı təşkil olunub.

Rakus.az xəbər verir ki, əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.

Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral gənclik və idman bayramının tarixi əhəmiyyətindən danışıb.

Səfir bildirib ki, 100 il əvvəl Mustafa Kamal Atatürk Samsunda milli mübarizəyə başlayıb: “Atatürk bu mübarizənin nəticəsində Türkiyə dövlətini qurmağa müvəffəq oldu. Ancaq qurtuluş savaşı hər bir türkün içində eyni istəklə davam edir. Çünki dövləti, vətəni hər zaman müdafiə etmək millətin borcudur”.

Bildirilib ki, millət bir-birinə sahib çıxdıqca hər zaman güclü olacaq. 19 may 1919-cu ildə bütün türk milləti bir yumruq oldu və bunun sayəsində vətənlərində olan düşmənləri ölkəsindən qova bildi: “Biz bütün çətinliklərə baxmayaraq istədiyimizə nail ola bilərik. Bir araya gəldikcə bu gün nələrə qadir olacağımızı birlikdə görə biləcəyik. 23 apreldə uşaqların necə bir araya gəldiklərini gördük, bu gün də gənclərin növbəsidir”, – deyə səfir vurğulayıb.

Bu əlamətdar günün 100 illiyinin qeyd edildiyini deyən səfir may ayının türk dünyası üçün əlamətdar ay olduğunu, bu ayda ulu öndərlər Mustafa Kamal Atatürkün və Heydər Əliyevin anadan olduqlarını diqqətə çatdırıb.

Sonra konsert proqramı davam edib. Konsertdə Azərbaycan Pedaqoji Universitetinin tələbələri, Atatürk və Türkiyə Dəyanət Vəqfi litseyinin şagirdləri türk milli geyimlərilə rəqslər edib, rok musiqiləri səsləndiriblər.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 03.02.2026 22:46
Beşbarmaq, Bəbirli, Bəbirli Yeri, Bəzirxana, Bəybalı, Bəybuğan – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.02.2026 14:22
Bəybuğan dağı necə Bağaysar oldu? – ANONS - FOTO - VİDEO
Elm və təhsil / 02.02.2026 10:01
“Basarkeçər həkimləri” kitabının təqdimatı keçirilib – FOTO - FOTO
Gündəm / 02.02.2026 00:02
Azərbaycanda Gənclər Günü qeyd olunur
Hərbi / 31.01.2026 23:40
Türk silah mədəniyyəti və Avropa zirehlərindən fərqi - VİDEO
Siyasi, Sosial / 30.01.2026 23:12
“Atam evdə “İravanda xan qalmadı” mahnısını oxuyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 30.01.2026 14:22
Arınc sevgisi ilə yaşayan Nigar Həsənovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi / 29.01.2026 22:56
“Azərbaycan dilinin hüquqi statusu Ermənistan parlamentində müzakirə oluna bilər” - VİDEO
Siyasi / 29.01.2026 14:22
“Seçkilərdə Paşinyanın Qərbi Azərbaycan kartı” – ANONS - VİDEO
Mədəni, Siyasi / 28.01.2026 23:40
“Spendiarovun musiqisi ermənilərin İrəvan saxtakarlığını ifşa etdi” - VİDEO
Mədəni / 28.01.2026 14:22
“İrəvan etüdləri” – səsli türk portreti – ANONS - VİDEO
Siyasi, Sosial / 27.01.2026 22:55
Beybudabad, Berdateğ, Berdi Xaraba, Berdtəpə, Bekciqazlı – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 27.01.2026 14:22
Tarixi XV əsrə dayanan türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 27.01.2026 11:00
Göygöldə Abbas Göyçəgölün 2 kitabının təqdimatı olub - FOTO
Mətbuat / 25.01.2026 12:07
“Yeni Sabah” 7 yaşını qeyd edir
Hərbi / 24.01.2026 23:45
Azərbaycanda yerli silah ənənələri necə formalaşıb? - VİDEO
Siyasi, Sosial / 23.01.2026 23:26
“Rus generallar bizə dedilər ki, burada yaşaya bilməzsiniz, köçün” - FOTO - VİDEO
Siyasi, Sosial / 23.01.2026 14:22
“Atamı daşnaklar öldürmək istəyirdilər” – Arif Orucovun “Həyat Hekayəsi” – ANONS - FOTO
Siyasi / 22.01.2026 22:56
“Göyçə” adı niyə Ermənistan cəmiyyətində qıcıq yaradır?” - VİDEO
Siyasi / 22.01.2026 14:22
Erməniləri qorxudan Qərbi Azərbaycan anlayışı – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 22.01.2026 10:50
XIII əsrdə Göyçədən yüksələn dua
Elm və təhsil / 21.01.2026 23:03
Ermənilər yeni geosiyasi reallığa uyğunlaşa biləcək, yoxsa Ermənistanı tərk edəcək? - VİDEO
Elm və təhsil / 21.01.2026 14:22
Erməni kartı necə işə salınıb? – ANONS - VİDEO
Mətbuat / 21.01.2026 12:33
“Global Media Group” ötən il media sahəsində yüksək nəticələr qazanıb
Siyasi, Sosial / 20.01.2026 23:32
Başnalı, Başsız, Berd qalacıq, Berdadağ – türk tarixinin izi - FOTO - VİDEO
Sosial / 20.01.2026 14:22
Başnalı necə Bağramyan oldu? – ANONS - FOTO - VİDEO