Maraqlı 20.05.2019 08:43

BÜRCLƏR – 20 may

Qoç – Günün ilk yarısından başlayaraq maraqlarınızın təminatına çalışın. Emosional davranmayın, hisslərinizə hakim olun. Romantikaya qapılmayın.

Ailə üzvlərinizdən və ya qohumlarınızdan birinin qayğıya ehtiyacı var.

Çətin məsələlərin həllinə başlayın. Problemlərin həllini təxirə salmayın.

Günün ikinci yarısında işdə problemlər yarana bilər. Ön sıralarda olun. Məhz sizin aktivliyiniz tarıma çəkilmiş əsəblərin sakitləşdirilməsində həlledici rol oynaya bilər. Axşam saatları müzakirələr və ya toplantılar üçün əlverişlidir.

Buğa – Yaxın gələcəklə bağlı planlarda mütləq dəyişikliklər olmalıdır. Vəziyyətdəki yenilənmələri nəzərə alın. Məqsəd və prioritetləri dəqiqləşdirin. Süst və apatik olmayın. Problemlərin həllində alternativ variantlara xüsusi fikir verin.

Günün ikinci yarısında psixoloji baxımdan çevik olun. Sürətli reaksiya, aqressiv hücum taktikası tələb edən işlərə başlamaq üçün münasib zaman deyil. Rəqiblərin davranışlarını səhih şəkildə izləyin.

Axşam saatlarını yaxınlarınıza həsr edin.

Əkizlər – Günün ilk yarısında harasa tələsəndə fikirlərinizin ümumi axarının pozulmasına imkan verməyin. Vurnuxmalar sizi təbdən çıxarmasın. Yaxın gələcəklə bağlı perspektiv planların hazırlanmasına başlayın.

Müvazinətin dəyişməsi işlərin xeyrinə deyil.

Günün ikinci yarısında sayıq və sərvaxt olun. Mənasız söhbətlərin iştirakçısına çevrilməyin. Situasiyada qeyri-müəyyənlik varsa, alışdığınız və dəqiq bildiyiniz metoddan yararlanın.

Axşam saatlarındakı durumda özünüzü suda balıq kimi hiss edəcəksiniz.

Seçim zərurəti var.

Xərçəng – İslahatlara və yeniliklərə başlamaq üçün əlverişli zamandır. Fəaliyyətinizdə stabilliyə nail olun. Cari problemlərin kəskinliyi azalacaq. Təsadüfi anlaşılmazlıqların çözümü var.

Günün ikinci yarısında sinirlərinizi gərəcək situasiyada təmkinli davranın. Məqsədə nail olmaq üçün iradəli olun. Mövqelərinizdən əsla geri çəkilməyin. Qarşı tərəfin fikirlərini qulaqardına vurmayın.

Qarşılıqlı anlaşma ən ağır problemin həllinə imkan verəcək.

Axşam saatlarında diqqətli olun.

Şir – Ballasta, mənasız yükə çevrilən nə varsa, ondan qurtulun. Köhnəlmiş münasibətlər, önəmini itirmiş əlaqələr, dünyaya və hadisələrə hələ də idealist baxan insanlardan qurtulun. Məqsədə doğru qətiyyətlə irəliləyin.

Günün ikinci yarısında nikbin olun. İnsanların gur olduğu yerlərə qatılmayın. Fəaliyyətinizdə müstəqil olun. Nisgil istisna deyil. Kövrəlməyin.

Axşam saatlarında gəzintiyə çıxın.

Qız – Münasibətlərinizdəki gərgin məqamlardan qurtulmaq üçün tərəf-müqabil seçimində diqqətli olun. Təsadüfi işbirliyi və ya aktuallığını itirmiş əməkdaşlıqla bağlı qəti qərar vermək zamanıdır. Dəyər verdiyiniz əlaqələrisə inkişaf etdirin.

Fəaliyyətinizdə müşahidə olunan ziddiyyətləri günün ikinci yarısında aradan qaldırmaq olar. Əməkdaşlıqda rolları müəyyənləşdirin, iş bölgüsünü konkretləşdirin. Qarşı tərəfin fikrini mütləq nəzərə alın. Romantik əlaqələr üçün münasib zaman deyil. Hisslərin əsiri olmayın.

Ümumi arzular və planları müzakirə edin.

Tərəzi – Aldığınız məlumatlardan istifadə edərək fəaliyyətinizi intensivləşdirin. Yarımçıq işləri başa vurun. Dövr aktivlik tələb edir.

Təxirə saldığınız işlərin yaxşı perspektivləri var. Sizə yardım etmək istəyən insanın təklifindən imtina etməyin. Ev işlərində və ailə məsələlərində ciddi yeniliklərə, köklü dəyişikliklərə başlamaq məsləhət deyil.

Yaxın gələcəklə bağlı planlar qurun. İdeyanızı reallaşdırmağa başlayın.

Sizi maraqlandıran təcrübəyə, biliyə malik insanlarla ünsiyyətdə olun. İşləri təkmilləşdirmək olar.

Əqrəb – Günün ilk yarısındakı ab-hava işlərinizə müsbət təsir edəcək. Daxili durumunuz stabilləşsin. Təşəxxüslü və eqoist olmayın.

Şəxsi münasibətlərdə qarşı tərəfin maraqlarını mütləq nəzərə alın.

Günün ikinci yarısında fəaliyyətinizdə yeni mərhələyə keçid üçün əlverişli şərait yaranacaq. Diqqətli davransanız, bəzi təfərrüatları görə bilərsiniz. Məkrli və kinli insanla əlaqələri kəsin. Sentimental olmayın, hisslərə qapılmayın.

Axşam saatları passiv dövrdür. Yaxşı istirahət edə bilərsiniz.

Oxatan – Günün ilk yarısında passiv olmayın. Aktual olaylarla bağlı neytral mövqe tutmayın. İşlərdəki təbii fasilələr diqqətinizi önəmli məsələlərə yönəltməyə imkan verir. Yaşam arealında yeniliklərə başlaya bilərsiniz.

Günün ikinci yarısında situasiyanın qeyri-müəyyənliyi sizi sıxa bilər. Bir işi başa vurmamış başqasına başlamayın. Seçim qarşısındasınızsa, tələsik qərar verməyin. Təmkinli, müdrik olun.

Yaxın ətrafınızdakı insanlarla taktiki şəkildə davranın.

Oğlaq – Ətrafınızdakı vurnuxma və tələskənliyə uymayın, düşünülməmiş qərarlar verməyin. Qəribə məlumatlar və təsadüfi görüşlər sizi məqsədə aparan yoldan sapdırmamalıdır.

Günün ikinci yarısında sakitləşin, aram şəkildə çalışın. Ailə üzvləri və dəyər verdiyiniz insanların maraqlarını nəzərə alın. Sevdiyiniz insanın dediklərini dinləyin. Öz maraqlarınızı hər şeydən və hamıdan üstün tutmayın.

Müəmmalı durumdan çıxış yolunu axtarmaq üçün axşam saatları əfzəldir.

Dolça – Maddi durumunuza və ümumiyyətlə, imkanlarınızın səviyyəsinə bir daha nəzər salın. Yaşam arealında təftişə başlamaq olar. Gərəksiz əşyaları ehtiyacı olan insana bağışlayın.

Günün ikinci yarısında təsadüfi hadisələr istisna deyil. Əhvalınız sürətlə dəyişə bilər. Orqanizminizi sınağa çəkməyin. Rasionunuza fikir verin.

Axşam saatlarında normal istirahət edin.

Balıqlar – Adi gündür. Rahat, sakit şəraitdə çalışa bilərsiniz. Ünsiyyətdə heç bir gərginlik olmayacaq. Situasiyaya kəskin müdaxilə etməyin. Fəaliyyət planlarınız barədə yaxın ətrafınızdakı insanlara geniş, müfəssəl məlumat verməyə heç bir ehtiyac yoxdur.

Günün ikinci yarısında gərəkli məlumatı əldə edin. Alış-verişdə simiclik etməyin. Yenilənmələrdən bəhrələnərək tərəfdaşlarla müzakirələr aparın. Təmaslar spontan, hətta xaotikdir. Mənasız əlaqələrdən qurtulun. (Milli.Az)

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO