Siyasi 20.05.2019 16:38

Erməni bayrağı ilə konsert – Təşklatçıdan açıqlama - VİDEO

Xalq artisti Eyyub Yaqubovun mayın 17-də İsveçdə konsert verdiyi barədə xəbərlər yayılıb. Müğənninin Laçının işğal günü səhnəyə çıxması Azərbaycanda ciddi etirazla qarşılanıb. Xüsusilə həmin konsertdə İsveçdə yaşayan bəzi azərbaycanlıların da iştirak etməsi hiddət doğurub.

E.Yaqubovun işğal günü konsert verməsi bir yana dursun, səhnədəki video-kadrlarda erməni bayrağı da yer alıb. Bu da ciddi sualların yaranmasına səbəb olub. Məsələ ilə bağlı müğənninin özü ilə əlaqə saxladıq. Zəngimizə onun köməkçisi cavab verdi və mayın 30-da E.Yaqubovun Azərbaycana qayıdacağını, ondan sonra açıqlama verəcəklərini bildirdi.

E.Yaqubovun mahnı səsləndirdiyi tədbirin təşkilatçısı Vahid Azərbaycan Dərnəyi olub.

Rakus.az xəbər verir ki, dərnəyin rəhbəri Ayə Coşqun “Yeni Müsavat”a açıqlamasında bunun təxribat olduğunu söylədi: “Biz İsveçin Malmö şəhərində fəaliyyət göstəririk. Hər il Cümhuriyyət bayramına iki ay qalmış planımızı hazırlayırıq. İsveç hökumətinə bu barədə məlumat veririk. Bu tədbirin Azərbaycanla heç bir əlaqəsi yoxdur. İsveçdə keçirilən bütün tədbirlərin məsuliyyəti bu hökumətin üzərinə düşür. Hər il Cümhuriyyət gününü qeyd etdiyimiz üçün təqvimə əvvəlcədən baxırıq. İşğal və digər bizim üçün ağrılı günlərə tədbirlər salmırıq. Allaha şükür oxumuşuq, bilirik ki, 17 may Laçının işğal günüdür. Mən aidiyyəti şəxslərə dedim ki, bizə 17 maydan savayı hansı gün konsert zalı təşkil edə bilərsiniz. Onlar bizə dedilər ki, ya cümə, ya da şənbə günü ola bilər. 17-nə qəti etiraz bildirmişəm. İndi burada belə bir məsələ qaldırmaq ki, Eyyub bəy 17 may günü konsert verib, bu, ona qarşı çox böyük haqsızlıqdır. Çünki konsert 18-də baş tutub. İsveç hökuməti bizə 2 gündən birini təklif edib və biz də məcbur qalıb 18 mayı seçmişik. Bu, mənim Azərbaycan Dərnəyinin rəhbəri kimi fəaliyyətimə haqsızlıqdır. Feysbuqda Eyyub bəyin erməni bayrağı ilə fotosu verilir. Buna çox üzüldüm. Əvvəla, o çəkdiyimiz filmdən bir fraqmentdir. Əvvəldə, şəhidlərimizin, Böyük Məmməd Əmin Rəsulzadənin ruhu yad edilir. 1918-ci ildən bu yana qədər tarixi şəxsiyyətlərimizlə bağlı film göstərilib. İşğal edilən ərazilərimiz o filmdə göstərilib və orada Rusiya, İran, Türkiyə, Ermənistan bayraqları da keçib. Niyə məhz erməni bayrağı ilə Eyyub bəyin fotosu verilib? Bu Eyyub bəyə hörmətsizlikdir. Çünki Eyyub bəy heç zaman Azərbaycanda siyasətə qarışmayıb. Onun kimi insana bunları etmək ilk növbədə, mənə qarşı həqarətdir. Bu mənim və İsveç dövlətinin əməyinə də həqarətdir.

Sizlərdən xahiş edirəm ki, diaspora təşkilatımızın 10 illiyinə qarşı olan bu hörmətsizliyə imkan verməyin. Çünki tədbirdə Azərbaycanla bağlı tarixi film göstərilib. Film 15 dəqiqə sürüb. Tədbirin əvvəlində Rəsulzadədən, işğal altında olan torpaqlarımızdan və digər məsələlərdən söhbət açılıb. Bizə təbii ki, sərhəd olan ölkələr filmdə keçməli idi. Ermənilər torpaqlarımızı işğal ediblər və o hissədə onların bayrağı keçib. Mənim adıma yaraşmaz ki, səhnədə düşmənlərimin bayrağını göstərək. Mən xalq şairi İsgəndər Coşqunun qızıyam. Dövlətçiliyimiz bizim üçün əsasdır. İsveç parlamentində “erməni soyqırımı”nı tanıdıqları üçün məsələ qaldırmışıq. Belə bir əmək verdiyim yerdə əməyimin bu cür yerə vurulmasına çox üzüldüm. Bunu kim edibsə, şəxsən onun gözlərinin içinə baxıb danışmaq istəyirəm. Bu filmi kim istəyirsə, bütövlükdə göndərə bilərəm. Heç kimə hesabat vermək zorunda deyiləm. Sadəcə, olanları deyirəm. Biz tarixi göstərmişik. Məntiqlə düşünün, səbəbsiz necə tədbirimdə erməni bayrağını nümayiş etdirə bilərəm? Məni tanıyan yaxşı tanıyır. Kim istəsə, buradakı fəaliyyətimlə maraqlanar. Burada Eyyub bəylik heç nə yoxdur. Eyyub bəy İsveç dövlətinin dəvəti ilə gəlib”.

İsveçdə fəaliyyət göstərən “Azərbaycan Evi”nin təmsilçisi  Kənan Hacıəkbəroğlu isə kifayət qədər sərt danışdı: “İstənilən iş görüləndə tarixə çox diqqət edilir. Burada tədbirin təşkilatçısı birbaşa məsuliyyət daşıyır. Eyyub Yaqubov da birbaşa günahkardır. Ortada bir razılıq var ki, filan vaxtı, filan saatda konsert olacaq. Bu da azından bir ay öncədən məlum olur. Təşkilatçının bunu bilərəkdən və ya bilməyərəkdən etdiyini deyə bilmərəm, sadəcə, günahkar olduğunu əminliklə söyləyirəm. Bu azərbaycanlıların tarixlərini unutmaq üçün təşkil edilmiş kampaniyanın tərkib hissələrindən biri də ola bilər. Necə 17 mayı unutmaq olar? Belə işlərə diaspora da diqqət etməlidir. Doğrudur, diaspora dərnəklərin işinə qarışa bilmir. Buradakı fürsətdən istifadə edib məlumat verirəm ki, iyulun 23-də Ağdamın işğal günündə BMT-nin Almaniyadakı ofisi qarşısında aksiya keçirəcəyik. Öz torpaqlarımıza getmək istədiyimizi bəyan edəcəyik. Vətənpərvər insanlar kimi bunu ardıcıl şəkildə etmək istəyirik. Kimsə pul qazanacaqsa, bunu tariximizə hörmətsizlik etməklə əldə etməməlidir. Konsertdə iştirak edən azərbaycanlılar olub, hətta rəqs də ediblər. Onların 90%-i feysbuq qəhrəmanlarıdır. Onların belə hərəkətləri yolverilməzdir. Onlara necə vətənpərvər demək olar? Onlar vətən üçün mübarizə aparmayıblar. Şəxsi maraqlarını öndə tutan insanlardır. O tədbirdə iştirak edənlər vətənpərvər deyillər. Orada erməni bayrağının ayaqqabı altında olması önəmli deyil, Laçının işğal günü konsert verməsi daha önəmlidir. Xalq artisti öz tarixini bilmir? Bilmirsə, demək problem özündədir. Xocalı soyqırımı günü toy etmək olar? 27 ildir 26 fevralın soyqırımı olduğunu təbliğ etmişik. Laçının işğal günü pul qazanmaq eşqi ilə konsert vermək bu təbliğata zərbə deyilmi?”

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO