“Ərzurumspor” Türkiyə Superliqasını tərk etdi
Futbol üzrə Türkiyə Superliqasının XXXIII turuna mayın 20-də yekun vurulub.
Rakus.az xəbər verir ki, turun son oyunlarında “Ərzurumspor” və “Ankaragücü” öz meydanlarında müvafiq olaraq “Fənərbağça” və “Sivasspor”la üz-üzə gəliblər.
“Kazım Qarabəkir” stadionunda keçirilən “Ərzurumspor” – “Fənərbağça” görüşü gərgin hücumlarla yadda qalsa da, birinci hissədə qapılara qol vurulmayıb. İkinci hissəyə fəal başlayan İstanbul təmsilçisi görüşün 59-cu dəqiqəsində Viktor Mozesin penalti zərbəsindən vurduğu qol sayəsində hesabda önə keçib – 0:1. Oyun elə bu hesabla başa çatıb.
Bununlada, “Akhisar Bələdiyyəspor”dam sonra Türkiyə Superliqasını tərk edən ikinci komanda “Ərzurumspor” oldu.
Ankarada keçirilən “Ankaragücü” – “Sivasspor” matçında isə meydan sahibləri 3:1 hesabı ilə qalib gəliblər.
Xatırladaq ki, “Qalatasaray” sona bir tur qalmış çempionluğunu rəsmiləşdirib. “Fənərbağça” isə 43 xalla 8-ci pillədə qərarlaşıb.