Sosial 21.05.2019 18:54

BX ilansancma ilə bağlı bildirdi

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti bildirir ki, havaların istiləşməsi ilə əlaqədar heyvanlar arasında ilansancmaları baş verə bilir.

Rakus.az xəbər verir ki, ilansancma adətən, heyvanların çınqıllı otlaq sahələrdə, güneylərdə, qaya ətrafı, yarımsəhra (meşə, çöllük, daş karxanası və s.) ərazilərdə otarılması zamanı baş verir. Vaxtında baytarlıq yardımı göstərilməzsə heyvanın zəhərli ilansancmadan ölümü qaçılmazdır.

Heyvanda ilansancması zamanı toxumaların ödemi (şişməsi) və dişlənən yerdə bərk ağrı, limfaangit və limfaadenit, sonra ümumi intoksikasiya (orqanizmin zəhərlənməsi) əlamətləri-hərarətin artması, zəiflik, süstlük halları müşahidə olunur.

Zəhərlənmə sürətlə, demək olar ki, sancmadan dərhal sonra inkişaf edir. Bu zaman ilan sancan heyvanın yaşı, növü və s. faktorlar da əhəmiyyət kəsb edir. İlanvurmaya təkdırnaqlı heyvanlar daha həssas və dözümsüzdür.

Zəhər heyvan orqanizmə yeridikcə zəhərlənmə əlamətləri tədricən inkişaf edir:
– İlan çalma yerində güclü ağrı, qızartı, göyərmə və şişkinlik;
– Heyvanda koordinasiyanın pozulması;
– Nəbzin artması;
– Təngnəfəslik;
– Ümumi zəiflik, süstlük;
– Yemdən imtina;
– Gövşəmənin dayanması;
– Titrəmə, soyuq tər buraxması;

Mütəxəssis gələnə kimi ilansancma arxa və ya ön ətraflardadırsa, mümkün qədər dişləmə yerindən azca yuxarı hissədən kəndir və ya kəmərlə sıxaraq qan işləməsinin qarşısı alınmalıdır. Zərərçəkmiş heyvanın vəziyyəti çox vaxt düzgün və vaxtında göstərilən baytarlıq yardımından asılı olur. Odur ki, dərhal rayon (şəhər) baytarlıq idarəsinə məlumat verilsin.

Bütün aparılan tədbirlər aşağıda qeyd edilən ardıcıllıqla həyata keçirilməlidir:
-Heyvanın hərəkətsizliyi təmin edilməli,
-Yaranın antiseptik maddələrlə (yod, hidrogen-peroksid, kalium-permanqanat və s.) işlənməsi aparılmalıdır.
Antiseptik maddələr olmadığı halda heyvanın yarası (ilan və ya əqrəb sancdığı yer) ayran və ya təmiz su ilə yuyulmalıdır.
İlanvurmaya məruz qalmış heyvan dərhal otlaq sahədən çıxarılmalı, sakit və kölgəli yerə gətirilməli və qısa müddət ərzində heyvana ilan zəhəri əleyhinə zərdab(serum) vurulmalıdır.

Xatırladırıq ki, zərdab(serum) vurulana qədər aşağıdakıları həyata keçirmək əks göstərişdir:
– Maksimum dərəcədə heyvanın hərəkətsizliyi təmin edilməli;
– Yem qəbulu dayandırılmalı;
– Yara yandırılmamalı, kəsilməməli və deşilməməli;
– İsidicilərdən istifadə edilməməli;
– Qoyulmuş sarğılar çıxarılmamalıdır.

Əgər zərərçəkən heyvanda ilan dişlərinin izi görünürsə, lakin zəhərlənməyə xas əlamətlər müşahidə edilmirsə belə, yenə də heyvana zərdab vurulmalıdır.
Heyvanlar təhlükəli sahələrdə (meşə, çöllük, daş karxanası və s.), xüsusi ilə gecələr otarılmamalıdır.

Fermerlər yadda saxlamalıdırlar ki, ilansancma zamanı yaranın ətrafına sıxıcı sarğı qoymaq və ya həmin nahiyəni yandırmaq, kəsikləri aparmaq və buz qoymaq qəti qadağandır. Hətta zəhərlənməyə xas əlamətlər olmasa belə, əgər ilanın dişlərinin izi görünürsə xəstə ən azı 12 saat ərzində müayinə olunmalı, 12-24 saat ərzində müşahidə altında saxlanmaqla ilan zəhəri əleyhinə zərdab vurulmalıdır. Əks halda heyvanın ölümü baş verə bilər.

İlansancmadan tələf olmuş heyvanın ətindən istifadə etmək qəti qadağandır.
Fermer profilaktik məqsədlə ilkin olaraq örüşdən qayıdan heyvanın arxa və ön ətraflarına, eləcə də yelininə, dodaqlarına və çənəaltı nahiyələrinə diqqət yetirməlidir. Çünki ilan ən çox heyvanı bu nahiyələrdən sanca bilir. Bütün bunları nəzər alaraq fermerlərin bir daha diqqətinə çatdırırıq ki, heyvanlar ilansancmalarına məruz qalığı halda dərhal ərazinin sahə baytarlıq məntəqəsinə və ya rayonun baytarlıq idarəsinə müraciət etsinlər!

Dövlət Baytarlıq Xidməti bildirir ki, mövsümlə əlaqədar bütün rayon(şəhər) baytarlıq idarələri ilan zəhəri əleyhinə zərdabla(serumla) təmin ediliblər. (Trend)

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO