Siyasi 22.05.2019 12:04

Məmmədyarov diplomatik rəhbərləri qəbul etdi

Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov ölkəmizdə təmsil olunan Meksika, Kolumbiya, Perunun və Çilinin diplomatik missiyalarının rəhbərlərini qəbul edib.

Rakus.az xəbər verir ki, Xarici İşlər Nazirliyindən  verilən məlumata görə, görüşdə Nazir Azərbaycanın Sakit okean Alyansının (SOA) 10 may tarixində Meksikanın Mexiko şəhərində keçirilən Nazirlər Şurasının görüşündə müşahidəçi statusu almasını təqdirəlayiq hal kimi dəyərləndirib. O, adları çəkilən 4 üzv ölkəni, habelə qurumun 4 tərəfdaşı olan Avstraliya, Kanada, Yeni Zelandiya və Sinqapuru, eləcə də 57 müşahidəçi ölkəni birləşdirən SOA-nın regional ticari əlaqələrin inkişafında mühum platforma olduğunu bildirib.

Nazir vurğulayıb ki, Azərbaycan xarici siyasətində Latın Amerikası ölkələri ilə əməkdaşlığa xüsusi önəm verir və bu xüsusda, sözügedən regionda mövcud olan təşkilatlar və iqtisadi birliklərlə fəal əməkdaşlıq edir. Bu kontekstdə SOA-nın müxtəlif iqtisadi əməkdaşlıq formatları və ayrı-ayrı ölkələrlə inkişaf edən tərəfdaşlığını nəzərə alaraq, Sakit okean məkanının Avropa məkanı ilə birləşdirilməsində vacib rol oynayan Azərbaycanın SOA ölkələri üçün də potensial imkanlar aça biləcəyi qeyd olunub.

Hal-hazırda SOA-da sədrlik edən Perunun səfiri Mariya Milaqros Kastanyon Seoane Azərbaycanın bu quruma müşahidəçi qismində qosulmasını rəsmi olaraq təsdiq edən sənədi təqdim edib.

Sonra SOA ölkələri diplomatik missiyalarının rəhbərləri Azərbaycanla əlaqələrinin dinamik inkişafından bəhs ebib və bu prosesdə səfirliklərin böyük rol oynadıqlarını söyləyiblər. Onlar, ölkəmizin apardığı qlobal və regional tərəqqiyə xidmət edən fəal xarici siyasəti yüksək dəyərləndirərək, təmsil etdikləri dövlətlərin Azərbaycanla əməkdaşlığın həm ikitərəfli, həm də çoxtərəfli formatlarda daha da inkişaf edəcəyinə dair əmin olduqlarını bildiriblər.

Tərəflər iqtisadi əməkdaşlıqla yanaşı, humanitar sahədə və s. istiqamətlər üzrə mövcud perspektivlər ətrafında fikir mübadiləsi aparıblar. Qarşılıqlı əməkdaşlığın inkişafında özəl sektorun fəal cəlb olunması, biznes forumlarının keçirilməsi əlverişli formatlar kimi nəzərdən keçirilib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO