Komitə rəsmisi ittiham etdi
Azərbaycanda qadınlara qarşı zorakılıqla bağlı statistikaların saxtalaşdırılması faktları var.
Rakus.az xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova bildirib.
O deyib ki, bu, daha çox açılan cinayət işlərinin maddəsinin dəyişdirilməsində özünü büruzə verir:
“Məişət zorakılığına məruz qalma halları ilə bağlı rəqəmlər üst-üstə düşmür. Məsələn, ilin ortasında komitəyə Cinayət Məcəlləsinin 125-ci maddəsilə açılmış işlərlə bağlı təqribən 60 məlumat daxil olur. İlin sonunda statistikada rəqəm 37 göstərilir. Daxili İşlər Nazirliyindən rəqəmlərdəki fərqin səbəbini soruşanda, deyirlər ki, araşdırma nəticəsində açılmış cinayət işinin maddəsi dəyişdirilib”.
Komitə rəsmisinin sözlərinə görə, problemləri gizlətmək yox, açmaq lazımdır:
“Rayonlara səfər zamanı hüquq-mühafizə orqanlarından erkən nikah, zorlama halları ilə bağlı məlumat istəyəndə tarixdən, Tomrisdən danışırlar. Deyirəm, mənə bu lazım deyil. Mən tarixi də bilirəm, Tomrisi də tanıyıram. Mənə fakt lazımdır, zorlama, erkən nikahla bağlı fakt verin”. (axar.az )