İqtisadi 22.05.2019 14:45

Sahibkarlarla görüş keçirildi - FOTO

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə müvafiq dövlət qurumlarının və turizm sahəsində fəaliyyət göstərən 30-dan çox sahibkarlıq subyektinin iştirakı ilə görüş keçirilib.

Rakus.az xəbər verir ki, KOBİA-dan verilən məlumata görə, İqtisadiyyat, Xarici İşlər nazirliklərinin, Dövlət Miqrasiya, Dövlət Sərhəd xidmətlərinin, Dövlət Turizm Agentliyinin, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, “Azərbaycan Hava Yolları” QSC-nin, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Turizm və xidmət üzrə iş komissiyasının və Azərbaycan Turizm Assosiasiyasının nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbirdə sahibkarların fikirləri dinlənilib, sahənin inkişafına dair müxtəlif təkliflər səsləndirilib.

Görüşdə turizm sahəsində fəaliyyət göstərən şirkətlərin nümayəndələri tərəfindən vahid turizm reyestrinin yaradılması, turizm sahəsində qanunvericiliyin müasir tələblərə uyğunlaşdırılması, hava daşımaları, otel və restoranlarda xidmət səviyyəsi, 2-3 ulduzlu otellərin tikintisi və bunun üçün aşağı faizli kreditlərin ayrılması, kadr hazırlığı, bu sahədə qaynar xəttin yaradılması, bələdçilərə sertifikatların verilməsi, ölkəyə gələn turistlərin məlumatlandırılması və digər istiqamətlərdə müxtəlif təkliflər səsləndirilib, onları maraqlandıran suallar cavablandırılıb.

KOBİA-nın İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənov qeyri-neft sektorunun prioritet istiqamətlərindən olan turizmin böyük potensiala malik olduğunu, turizm sahəsində xeyli sayda kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyini qeyd edib. Bildirilib ki, Agentliyin təşkilatçılığı ilə mütəmadi olaraq dövlət və özəl qurumların iştirakıyla iqtisadiyyatın müxtəlif sektorları üzrə görüşlər və digər tədbirlər keçirilir. Bu görüşlərin təşkilində məqsəd sahibkarlarla dövlət qurumları arasında səmərəli əməkdaşlığa nail olmaq, müxtəlif sahələr üzrə müzakirələr aparmaq, sahibkarların müvafiq sahənin inkişafı ilə bağlı fikir və təkliflərini öyrənməkdir. Belə görüşlərin müxtəlif sahələr üzrə davamlı olaraq keçirilməsi nəzərdə tutulur.

Görüş çərçivəsində həmçinin, aidiyyəti dövlət qurumlarının nümayəndələri sahibkarları turizm sahəsində yeniliklər, bu sahədə mövcud qanunvericilik və dəyişikliklər, dövlət dəstəyi tədbirləri barədə məlumatlandırıblar.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO