Sosial 22.05.2019 17:33

Gəncədə konfrans keçirildi

Yeni Azərbaycan Partiyasının və Gəncə şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Gəncə şəhər Heydər Əliyev Mərkəzində “Gənclərin Dayanıqlı İnkişaf Məqsədləri” mövzusunda konfrans keçirilib.
Rakus.az xəbər verir ki, BMT-nin elan etdiyi 17 Dayanıqlı İnkişaf Məqsədinin (DİM) təmin olunması istiqamətində görülən işlərə töhfə vermək məqsədi daşıyan konfransın içtirakçıları əvvəlcə müasir müstəqil Azərbaycanın qurucusu və memarı Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər gül dəsətələri düzərək, Ulu öndərin xatirəsini ehtiramla yad ediblər.Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə öz işinə başlayıb.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov BMT-nin 2016–2030-cu illər üçün təsdiqlənmiş Dayanıqlı İnkişaf Məqsədləri təşəbbüsünə fəal qoşulan müstəqil ölkəmizin qarşıya qoyulmuş məqsəd və hədəflərin dayanıqlı inkişafın iqtisadi, sosial və ekoloji aspektləri istiqamətdə apardığı işlərin əhəmiyyətindən danışıb. Qlobal problemlərə toxunan Niyazi Bayramov Azərbaycan inkişafın dayanıqlılığının təmin olunması istiqamətində işlərə 2000-ci ildə Minilliyin İnkişaf Məqsədlərinə qoşulmaqla başladığını qeyd edib: Prezident İlham Əliyevin rəhbərliyi ilə “2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”, eləcə də “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın uğurlu həyata keçirilməsinin nəticəsində ölkədə yoxsulluğun və işsizliyin azaldılması istiqamətində mühüm nailiyyətlər əldə edilib.

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov çıxış edərək, Dünya Bankı tərəfindən hazırlanan “Doing Business 2019” hesabatında Azərbaycan 190 ölkə arasında 32 pillə irəliləyərək, 57-ci pillədən 25-c yerə yüksəldiyini diqqətə çatdırıb: Dünya Bankı kimi nüfuzlu bir qurumun hesabatında yüksək pilləyə qalxmağımız, uğurlarımız Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətin alternativsizliyini və aparılan islahatların cəmiyyətin bütün təbəqələrinin, mənafelərini əks etdirdiyini bir daha göstərir.

Dayanıqlı İnkişaf Məqsədlərində bəşəriyyət üçün ekoloji tarazlığın təmin edilməsi, dünya xalqlarının daha yaxşı yaşaması üçün əlverişli mühitin yaradılması, gender bərabərliyinin, insan hüquqlarının daha yüksək səviyyədə təmin edilməsi üçün nəzərdə tutulduğunu qeyd edən Seymur Orucov 17 əsas məqsəd və bunlara uyğun olaraq 169 hədəfi müəyyənləşdirən layihənin ölkəmizdə həm milli inkişafa, həm də dünya transformasiyası məqsədlərinə nail olunacağını qeyd edib.

Konfrans işini 2 paneldə davam etdirib.

YAP Gəncə şəhər təşkilaının sədri, millət vəkili Naqif Həmzəyev Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini, YAP Gənclər Birliyini sədr müavini Ramin Məmmədov, Ədliyyə Nazirliyinin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Aynur Sabitova, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı Tərəfdaşlıq və  Əlaqələndirmə Ofisinin rəhbərinin müavini Dinara Abbas, Azərbaycan Respublikasının Dayanaqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov, Kənd Təsərrüfatı yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Namiq Məmmədov, Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova panellərdə çıxış edərək, Dayanıqlı İnkişaf Məqsədlərinin icrası istiqamətində Azərbaycanda görülmüş işlər barədə iştirakçılara ətraflı məlumat veriblər. Natiqlər qlobal layihənin həyata keçirilməsində, daha yaxşı gələcək üçün yoxsulluğu aradan qaldırmaqda, bərabərsizliklərə qarşı tədbirlər görmək və iqlim dəyişikliyi ilə mübarizədə gənclərimizin fəal iştirakının, həmrəyliklərinin vacibliyini vurğulayıblar.

Konfransda qeyd olunan məsələlərlə bağlı ətraflı müzakirələr aparılıb, gənclərin sualları plenar üzvləri tərəfindən ətraflı cavablandırılrb.

Dayanıqlı İnkişaf Məqsədlərindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə fəal gənclərə Fəxri Fərman təqdim edilib.

Xatırladaq ki, konfrans Dayanıqlı İnkişafın 2-ci, 10-cu, 16-cı və 17-ci məqsədlərinə həsr olunub. Belə ki, 2-ci məqsəd “Aclığa son qoymaq, ərzaq təhlükəsizliyinə və daha yaxşı qidalanmaya nail olmaq və dayanaqlı kənd təsərrüfatını təşviq etmək”, 10-cu məqsəd “Ölkə daxilində və ölkələr arasında bərabərsizlikləri azaltmaq”, 16-cı məqsəd “dayanaqlı inkişaf üçün sülhpərvər və inklüziv cəmiyyətləri təşviq etmək, hamı üçün ədalət məhkəməsinə çıxış imkanını təmin etmək və bütün səviyyələrdə effektiv, məsuliyyətli, inklüziv təşkilatlar qurmaq”, 17-ci məqsəd isə icra vasitələrini gücləndirmək və dayanıqlı inkişaf naminə qlobal tərəfdaşlığı yenidən canlandırmaq məsələləridir.

XƏBƏR LENTİ
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO