Sosial 23.05.2019 10:59

Salyanda dövlət tapşırıqları belə icra olunur - FOTO

Ölkə başçısı tərəfindən regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarında nəzərdə tutulan tədbirlərin uğurlu icrası ölkəmizin bütün bölgələrində olduğu kimi Salyanın da inkişafına böyük təkan vermişdir. Rayonda həyata keçirilən sosial-iqtisadi islahatlar, salyanlıların həyatında, onların maddi rifah halının yüksəlməsində mühüm rol oynamış, rayona investisiya qoyuluşu davamlı xarakter almışdır.

Emal müəssisələrinin yaradılmasına xüsusi diqqət göstərilir

Rakus.az xəbər verir ki, ötən beş ildə Salyanda kənd təsərrüfatının inkişaf etdirilməsi, yeni istehsal sahələrinin yaradılması istiqamətində davamlı olaraq müvafiq tədbirlər həyata keçirilib. Rayonda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Sahibkarlığa Kömək Milli Fondunun kreditləri və sahibkarların vəsaiti hesabına yeni istehsal və emal sənayesi sahələrinin yaradılması istiqamətində işlər aparılıb. Belə ki, ölkə başçısı tərəfindən sahibkarlığın inkişafına yaradılmış münbit şəraitin nəticəsi olaraq rayonda “BRM üzüm” MMC, “Gilə” MMC, “Qaraçala” MMC, “Balacans” MMC, Qarabağlı kooperasiya və sair kimi iri təsərrüfatlar yaradılmışdır. Eyni zamanda Kürsəngi kəndində “NNEM Fermer təsərrüfatı” MMC tərəfindən illik istehsal gücü 100 min dekalitr olan şərab zavodunun və “Ələddin Fermer” MMC-nin illik istehsal gücü 600 ton olan meyvə qurutma müəssisəsinin, Qaraçala qəsəbəsində 2400 başlıq heyvandarlıq kompleksinin, Kür Qaraqaşlı kəndində “Nurgün Aqro” MMC-də 400 başlıq heyvandarlıq kompleksinin və 40 başlıq müasir tələblərə cavab verən kompüterləşmiş sağım sexinin tikintisi başa çatdırılmışdır. Heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədi ilə 14 süni mayalama məntəqəsi fəaliyyət göstərir. Rayonda müasir tələblərə cavab verən quşçuluq təsərrüfatlarının yaradılması istiqamətində tədbirlər aparılıb. Xələc kəndi ərazisində “Ranço” MMC quşçuluq müəssisəsi yaradılıb.

Kənd təsərrüfatının bütün sahələrində məhsuldarlığın yüksəldilməsi üçün tədbirlər görülür

Salyan rayonunda faraş tərəvəz istehsalının artırılması və ixracının təşviq edilməsi istiqamətində mütəmadi olaraq tədbirlər aparılır. Belə ki, rayonun Qaraçala qəsəbə, Yenikənd və Qarabağlı kənd ərazilərində istixanalarda yetişdirilən faraş tərəvəzlər (xiyar, pomidor) xarici bazarlara, əsasən Rusiyaya göndərilir. Beş illik dövrün ortalarında, 2016-cı ildə Salyan rayonunda 503,2 tondan çox üzüm tədarük edilmişdir. Üzümçülüyün inkişaf etdirilməsi, süfrə üzüm sortlarının istehsalının artırılması istiqamətində tədbirlər həyata keçirilir. Hazırda rayonda 1187 hektar üzüm bağları var, bundan 951,9 ha bar verən üzüm bağlarıdır. Qeyd olunan tarixə rayonda mövcud meyvə bağlarının bərpası və yeni bağların salınması istiqamətində tədbirlər həyata keçirilmiş, 1125,5 tondan çox meyvə tədarük edilmişdir. Rayonda 21239 ha taxıl sahəsindən 64850 ton olmaqla, 30,5 sentner məhsul toplanmışdır. Bundan 14738 ha arpa sahəsindən 43248 ton olmaqla, 29,3 sentner, 6501 ha buğda sahəsindən 21602 ton olmaqla, 33,2 sentner məhsul toplanmışdır. 2016-cı il də rayonda 2284 ha sahədə pambıq əkilmiş bundan 2168 ha sahədə çıxış alınmışdır. Rayonda hal-hazırda pambıq yığımı aparılır. 870 ha sahədə qarğıdalı sahəsinin 283,5 hektarından 2401,3 ton olmaqla, 84,7 sentner məhsul toplanmışdır. 423 ha kartof sahəsindən 5107,5 ton olmaqla 120,7 sentner məhsul yığılmışdır. 1092 ha bostan sahəsindən 15708 ton olmaqla 143,8 sentner məhsul toplanmışdır. Rayonda 1272 hektar tərəvəz sahəsindən 11909,6 ton olmaqla 93,6 sentner məhsul yığılmışdır.

Qazlaşdırma bütün rayonu əhatə edir

Salyan rayonunun kəndlərinə təbii qaz yanacağı verilişi üzrə işlər ötən il də uğurla davam etdirilib. Belə ki, 30 oktyabr 2018-ci il tarixində dövlət başçısının tapşırığına əsasən Salyan rayonunun növbəti yaşayış məntəqəsi – 970 nəfər əhalisi olan Düzənlik kəndinə təbii qazın verilməsi ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak etmişdilər. Sevindik Hətəmov çıxış edərək bu əlamətdar hadisə münasibətilə kənd sakinlərini təbrik etmiş, son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlərdən danışmışdır. Öz çıxışında İcra başçısı qeyd etmişdir ki, hal-hazırda Azərbaycanın bütün bölgələrində olduğu kimi, Salyan rayonunda da inkişaf yüksək dinamika ilə gedir. Xatırladaq ki, ümumilikdə 151 abonenti olan kəndin qazlaşdırılması üçün tikinti işlərinə müxtəlif ölçülü 2282 metr polietilen və 17500 metr müxtəlif diametrli polad borularla daşıyıcı, həmçinin məhəllədaxili qaz xətləri çəkilmiş, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.

Həmçinin 01 noyabr 2018-ci il tarixində Salyan rayonunun 1350 nəfər əhalisi olan Peyk kəndinə təbii qazın verilməsi ilə əlaqədar tədbir keçirilmişdir. Qeyd edək ki, Peyk kəndinə təbii qazın verilməsi 1992-ci ildən dayandırılmışdı. Kənddə əhalinin təbii qazla təmin olunması məqsədilə tikinti işlərinə müxtəlif ölçülü 3300 metr polietilen və 27710 metr polad borularla qaz xətləri çəkilmiş və təbii qazla təmin olunacaq 232 evə fərdi qaz sayğacları quraşdırılmışdır.

Vətəndaşlarla keçirilən görüşlər bir çox problemlərin həllində həlledici amil kimi çıxış edir

Salyan Rayon İcra Hakimiyyətinin başçısı cənab Sevindik Hətəmovun fəaliyyətinin əsaslarını təşkil edən iş prinsiplərindən biri də rayonun əhalisi ilə mütəmadi görüşlərin keçirilməsidir. Belə ki, yerlərdə əhali ilə əlaqələri möhkəmləndirmək, onları narahat edən sosial problemləri öyrənmək və həlli istiqamətində müvafiq tədbirlər görmək, bununla əlaqədar müntəzəm səyyar görüş və qəbulların keçirilməsi kimi məsələlər daim icra başçısı tərəfindən diqqət mərkəzində saxlanılır. Mütəmadi olaraq keçirilən belə görüşlərdə vətəndaşlar tərəfindən qaldırılan tənqidi qeyd və təkliflər nəzarətə götürülür, onların həlli istiqamətində aidiyyəti üzrə müvafiq yuxarı orqan və təşkilatlar qarşısında məsələlər qaldırılır və həlli yerlərdə mümkün olan problemlərin aradan qaldırılması ilə əlaqədar təcili tədbirlər həyata keçirilir. O cümlədən, cari ildə də cənab Sevindik Hətəmov tərəfindən artıq bir sıra belə görüşlər keçirilmişdir. Qeyd edək ki, İcra başçısının İH-nin inzibati binasında qəbul günləri hər həftənin 3-cü gününə təyin edilmişdir. Bunlardan başqa isə, mütəmadi olaraq rayonun kəndlərində əhali ilə səyyar görüşlər də təşkil olunur. Təkcə may ayı ərzində təşkil olunan belə səyyar görüşlərin sayı üç olmuşdur. Belə ki, 07 may 2019-cu il tarixində Salyan rayon İcra Hakimiyətinin başçısı Sevindik Hətəmov rayonun Çuxanlı kəndində növbəti səyyar-qəbul keçirmişdir. 15 may 2019-cu il tarixində Salyan rayon İcra Hakimiyətinin başçısının növbəti səyyar qəbulu rayonun Qarabağlı kəndində keçirilmişdir. Hələlik sonuncu belə görüş isə 21 may 2019-cu il tarixində rayonun Peykı kəndində keçirilmişdir. Vurğulamaq lazımdır ki, bu görüşlərdən hər biri, insanların sosial-məişət problemlərinin həlli baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Salyanda yaxşı bilirlər ki, qarşıda duran vəzifələri uğurla həyata keçirmək üçün, ilk növbədə sadə vətəndaşların mövcud problemlərilə maraqlanmaq, onların həllinə çalışmaq və məhz bu yolla da rayonda əhali ilə icra strukturları arasında qarşılıqlı hörmət və etimad əsasında qurulmuş birliyə nail olmaq lazımdır.

Salyanda məşğulluğun artırılması məqsədilə xüsusi tədbirlər həyata keçirilir

15 aprel 2019-cu il tarixində Salyan Rayon İcra hakimiyyətində rayonda məşğulluğun artırılması məqsədilə haqqı ödənilən müvəqqəti işlərin təşkili ilə əlaqədar yaradılan komissiyanın iclası keçirilmişdir. İclası giriş sözü ilə rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov açmışdır. O, qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın 4.4.5-ci bəndində işsiz və işaxtaran vətəndaşların müvəqqəti məşğulluğunun çevik və səmərəli təşkili məqsədilə haqqı ödənilən ictimai işlərin təşkili mexanizminin yeniləşdirilməsi əsas prioritetlərindən biri kimi müəyyən edilmişdir. Bu istiqamətdə Salyan rayonunda da müəyyən işlər görülmüşdür. “İşsizin DOSTU” proqramına uyğun olaraq 2019-cu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyinin) “DOST İş Mərkəzi” MMC ilə müvafiq saziş bağlanmış və 480 nəfər haqqı ödənilən ictimai işlərlə təmin edilmişdir. Daha 120 nəfərin işlə təmin edilməsi üçün müvafiq sənədləşdirmə işləri aparılmış və yaxın günlərdə onlar da müvafiq işlərlə təmin ediləcəyi gözlənilir. İşlə təmin olunmuş şəxslər artıq ictimai faydalı xarakter daşıyan işlərin (abadlaşdırma, ərazilərin ekoloji sağlamlaşdırılması, yaşıllaşdırma işləri, parklara, ictimai yerlərə qulluq və s.) yerinə yetirilməsinə başlamışlar.

İclasda çıxış edənlər vətəndaşların tam şəffaf olaraq öz arzularına müvafiq surətdə bu işlərə qəbul edildiklərini bildirmişlər. İclasda həmçinin görülən tədbirlərlə yanaşı, yaradılan müvəqqəti iş yerlərinə işçi qəbulu, əmək haqlarının ödənişi qaydalarının icrası və ümumilikdə bu işin təşkilində neqativ hallara yol verilməməsi, şəffaflığın təmin edilməsi mühüm vəzifə kimi qarşıya qoyulduğu bildirilmişdir.

Bütün bu sadaladığımız işlər bu gün Salyanda gedən dinamik iqtisadi-sosial inkişafı təmin edən proseslərdən bəziləridir. Həmin bu prosesləri müşahidə etməklə belə bir qənaətə gəlmək olur ki, Salyan RİH-nin başçısı cənab Sevindik Hətəmovun rəhbərliyi altında rayonun sosial-iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması istiqamətində işlər yüksək effektivliklə həyata keçirilməkdədir. Bu quruculuq işlərini görməzdən gələrək, RİH-nin, eləcə də sadalanan işlərə cəlb olunan digər müəssisə və təşkilatların fəaliyyətlərində olmayan nöqsanları axtarmaq isə yalnız və yalnız təxribat xarakterli addımlar kimi qiymətləndirilə bilər. (Aia.az)

 

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO