Mətbuat 23.05.2019 16:29

Televiziyamızın Zaur Kamal müsibəti

TV aparıcılarının öz verilişlərinə qonaq tapmaq sarıdan kasadlıq çəkdikləri, alternativlərinin “məhdud”luğu bu mətbəxə az-çox bələd olan hər kəsə məlumdur.

Hansı kanalı açırsan sifətlər eynidir – həmin ifaçılar, həmin “çalançı”lar…

Başa düşürük, efirə çıxmağı, danışmağı,  xalqın, tamaşaçının gözünə girməyi hamı istəyir. Amma bunun da bir qədəri, əndazəsi olmalıdır, axı…

Lətifəsi bizim müğənnilərdən uzaq, “mən motalı buraxıram, motal məni buraxmır…”

Hər gün efirdə Manaf Ağayevi, Elnarə Abdullayevanı, Könül Kərimovanı, Şəbnəm Tovuzlunu, Tacir Şahmalıoğlunu görməkdən gözlər yağır olub. Çevir tatı, vur tatı, hər gün eyni mövzuları təkrarlamaq, “Youtube” trendləri və rəqəmləri ətrafında gəzişmək, toy ab-havasından çıxmamaq, hərdən çıxanda da yas ab-havasına düşmək, sözün əsl mənasında, tamaşaçını zinhara gətirib.

Elnarə Abdullayevanın “Oğluma müğənni qız almaram” mövzusu, Şəbnəmin bayağı mahnılar ifa etməsinin qınanılması ətrafında dəyirmi masalar qurulması, Manafın “kriminalni kruq”u, “dost yolunda boran olar, qar olar” devizinin qanlı və canlı müzakirəsi, Mətanət Əsədovanın ərə getməsi, gedəcəyi, gedə bilməməsi… və daha nələr, nələr… – efiri, həm də evlərimizi işğal edən belə söhbətlər əsl işgəncədir. Tamaşaçı cana doysa da, belə mövzulardan nə danışanlar usanır, nə də danışdıranlar. Bu məşəqqəti çəkmək isə, təbii ki, tamaşaçılara qalır.

Son günlər isə efirimiz daha bir “performans”la üz-üzə qalıb. Zaur Kamal verilişinə qonaq çağırdığı müğənnilərə həkim paltarı geyindirib öz həmkarlarını “əməliyyat etdirir”. Həkim libası geyinmiş kişi müğənnilər isə “əməliyyat etmək” əvəzinə, onlara şəkilləri göstərilən qadın həmkarlarını yeməyi üstün tutduqlarını deyirlər.

Məsələn, Tacir Şahmalıoğlu Aşıq Tellini yemək istəyir, Nadir Qafarzadə Röyanın “şokolad bədəni”ni. Özü də bədənin hər hansı bir üzvünü yeməklə kifayətlənmirlər. Necə deyərlər, iştah diş altındadır, onlar da öz həmkarlarının hər yerini, bütöv yemək istəyirlər. Hər halda özləri belə deyirlər…

Beləcə, onlar efirdə öz həmkarlarını yeyir, ekran qarşısında əyləşənlərin isə beyni yeyilir, psixologiyası pozulur. Yerindən duran müğənni olmaq istəyi ilə alışıb-yanır, başqa istiqamətlərdə inkişaf etmək istəyənlər isə yox səviyyəsinə düşür.

Halbuki bizə belə müğənnilər yox, Eynşteynbeyinli insanlar lazımdır – parlaq gələcəyə aparan gənclər…

Pərviz Hüseyn
(Axşam.az)

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO