Siyasi 23.05.2019 18:04

Məmmədyarov Çin naziri ilə danışdı - FOTO

Xarici İşlər naziri Elmar Məmmədyarov ölkəmizə rəsmi səfəri çərçivəsində Çinin xarici işlər naziri Van İ ilə görüşüb və danışıqlar aparıb.

Rakus.az xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, tərəflər Azərbaycan və Çin arasında ənənəvi əməkdaşlığın uğurlu inkişafından məmnunluqlarını bildiriblər.

Nazirlər hər iki tərəfin bir-birilərinin suverenliyinə, ərazi bütövlüyünə və müstəqilliyinə birmənalı dəstəyin göstərilməsinə dair öz prinsipial mövqelərini dəyişməz saxladıqlarını, Azərbaycan-Çin münasibətlərinin möhkəm siyasi və beynəlxalq hüquqi əsaslarının mövcudluğunu vurğulayıblar.

Nazirlər hər iki dövlətin başçıları səviyyəsində qarşılıqlı əlaqələrin xüsusi əhəmiyyətini vurğulayıblar və Prezident İlham Əliyevin Çinə sonuncu işgüzar səfərinə və onun 24 aprel 2019-cu il tarixində baş tutmuş Çin Xalq Respublikasının sədri Si Cinpin ilə görüşünün nəticələrinin ruhuna uyğun olaraq, əməkdaşlığın daha da genişləndirilməsinin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Tərəflər bildiriblər ki, Azərbaycan Çinin Avrasiya məkanında əsas tərəfdaşlarından biridir və “Bir Kəmər, Bir Yol” layihəsinin icrasında fəal iştirak edir. Şərq və Qərbi, Asiya və Avropanı birləşdirən bu layihənin icrası artıq iki ölkənin və bütövlükdə regionun xalqları üçün bir sıra nəticələr və maddi faydalar gətirib. Bu xüsusda, “Bir Kəmər, Bir Yol” strategiyası çərçivəsində Trans-Xəzər Nəqliyyat Dəhlizinin vacibliyi bir daha vurğulanıb.

Nazirlər bu prosesin dinamik davam etdirilməsinin birgə inkişaf və rifah maraqlarına uyğun olaraq, bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın ardıcıl şəkildə dərinləşdirilməsinə kömək edəcəyinə əminlik ifadə ediblər.

Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın mövcud olduğunu məmnuniyyətlə qeyd etdilər və gələcəkdə də bunu davam etdirmək niyyətlərini bildiriblər.

Görüş nəticəsində, tərəflər arasında mövcud olan qarşılıqlı anlaşmanın səviyyəsini yüksək qiymətləndirən nazirlər Azərbaycan-Çin əməkdaşlığının davam edən inkişafının hər iki ölkənin xalqlarının mənafeyinə uyğun həyata keçirilməsində və qlobal və regional səviyyələrdə sülh və təhlükəsizliyin möhkəmləndirilməsində maraqlı olduqlarını bildiriblər.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO