Sosial 24.05.2019 15:38

Azərbaycanla Rusiya arasında Saziş imzalandı - FOTO

Əmək, məşğulluq və sosial müdafiə sahəsində Azərbaycanla əlaqələrin genişləndirilməsi və gələcək əməkdaşlıq istiqamətlərinin müzakirəsi məqsədilə ölkəmizə səfərə gəlmiş Rusiya Federasiyası Əmək və Sosial Müdafiə naziri Maksim Topilinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində görüş olub.

Rakus.az xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycanla Rusiya arasında müxtəlif sahələrdə zəngin tarixə malik qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin getdikcə genişlənərək inkişaf etdiyini, ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində olduğunu vurğulayıb. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində ölkəmizdə bütün sahələrdə dayanıqlı inkişafa nail olunduğunu bildirib, ölkəmizin əldə etdiyi mühüm tarixi nailiyyətləri diqqətə çatdırıb.

S.Babayev Azərbaycanın sosial inkişaf strategiyası, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində ölkəmizdə atılan mühüm addımlar, əmək, məşğulluq, sosial müdafiə sisteminin innovativ yanaşmalar əsasında təkmilləşdirilməsi üçün aparılan islahatlar, ölkəmizin sosial sahədə yeni uğurlu təcrübəsi olan DOST layihəsi barədə məlumat verib. O, əmək, məşğulluq və sosial müdafiə sahəsində aparılan islahatlarda Rusiya ilə fəal əməkdaşlıq təcrübəsinin olduğunu və əlaqələrin daim genişləndiyini deyib.

Nazir qeyd edib ki, ötən dövrdə Azərbaycanla Rusiya arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində bir sıra əməkdaşlıq sənədləri imzalanıb. Əlilliyi olan şəxslərin reabilitasiyası, əmək miqrasiyası proseslərinin tənzimlənməsi, əmək hüquqlarının qorunması, əməyin mühafizəsi, peşə standartlarının hazırlanması, əlilliyin qiymətləndirilməsi, işsiz və işaxtaran vətəndaşların peşə hazırlığı və digər müvafiq sahələrdə əməkdaşlıq, ardıcıl təcrübə mübadilələri həyata keçirilib. Eyni zamanda, iki ölkə arasında pensiya təminatı sahəsində Müqavilənin layihəsinin hazırlanması üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri ilə Rusiya Federasiyası Əmək və Sosial Müdafiə Nazirliyinin əməkdaşları arasında ekspert görüşlərinin, müvafiq mövzuda müzakirələrin davam etdirilməsi əməkdaşlıqda daha bir müsbət məqam kimi qeyd edilə bilər.

S.Babayev beynəlxalq təşkilatlar – Beynəlxalq Əmək Təşkilatı, Beynəlxalq Sosial Təminat Assosiasiyası, MDB dövlətlərinin Əmək, miqrasiya və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurası çərçivəsində də iki nazirlik arasında əlaqələrin, tərəflərin sosial sahəyə dair təşkil etdiyi elmi konfrans, seminar və s. tədbirlərdə qarşılıqlı iştirakının məmnunluq doğurduğunu bildirib. O, hazırlanmış yeni Saziş layihəsinin iki nazirlik arasında əməkdaşlıq müstəvisinin yeni istiqamətlər üzrə genişlənməsini nəzərdə tutduğunu vurğulayıb.

M.Topilin Azərbaycana səfəri ilə bağlı xoş təəssüratlarını bölüşüb, ölkəsinin Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığının ildən-ilə genişlənməsindən məmnunluğunu ifadə edib. O, hər iki nazirliyin fəaliyyət sahələrində yeni çağırışlara uyğun islahatların geniş vüsət aldığını, bu islahatlar prosesində qarşılıqlı faydalı əlaqələrin əhəmiyyətini vurğulayıb. M.A.Topilin əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlıq əlaqələrinin, təcrübə mübadilələrinin uğurla davam etdirilməsi və genişlənməsi üçün rəhbəri olduğu nazirlik tərəfindən müvafiq işlərin aparıldığını qeyd edib.

Görüşdə əlaqələrin mövcud vəziyyəti və gələcək istiqamətləri ətraflı müzakirə olunub.

Daha sonra S.Babayev və M.Topilin tərəfindən “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Rusiya Federasiyasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb.

Saziş iki nazirlik arasında əmək, məşğulluq və əhalinin sosial müdafiəsi problemlərinin normativ hüquqi tənzimlənməsi, əhali sakinliyi və demoqrafik inkişaf məsələləri daxil olmaqla insan ehtiyatlarının planlaşdırılması və inkişafı, işçi qüvvəsinin keyfiyyətinin artırılması, o cümlədən peşə standartlarının hazırlanması və tətbiqi istiqamətlərində əməkdaşlığı nəzərdə tutur. Həmçinin sənədə əsasən, iki nazirlik vətəndaşların, xüsusilə sosial müdafiəyə ehtiyacı olan vətəndaşların məşğulluğuna yönəldilmiş tədbirlərin görülməsi, aktiv məşğulluq tədbirlərinin hazırlanması və həyata keçirilməsi, əmək bazarının monitorinqi və proqnozlaşdırılması sisteminin təkmilləşdirilməsi, əməyin mühafizəsi və təftişi məsələləri daxil olmaqla sosial-əmək münasibətləri, əmək mübahisələrinin həlli sahəsində əməkdaşlıq həyata keçirəcək.

Sazişdə sosial müdafiə, məşğulluq və əmək miqrasiyası sahəsində siyasət, yoxsulluğun azaldılması üzrə tədbirlərin görülməsi, yaşayış minimumu həddinin müəyyənləşdirilməsi metodologiyasının təkmilləşdirilməsi, tibbi-sosial ekspertiza və reabilitasiya, əlilliyi olan şəxslərin məşğulluğu və sosial inteqrasiya, sosial xidmətlər, sosial tərəfdaşlıq və işsizlikdən sosial müdafiə sistemlərinin inkişafı, müvafiq sahələrdə birgə layihələrin hazırlanması, həyata keçirilməsi, elmi tədqiqatların, proqramların əlaqələndirilməsi və digər sahələr üzrə əməkdaşlıq istiqamətləri əksini tapıb.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO
Mətbuat / 18.02.2026 09:00
Etibarlı və dinamik xəbər mənbəyi olan Baku TV 8 yaşında - VİDEO