Sosial 25.05.2019 08:52

Mərkəzdəki hotellər 100 faiz bron edildi – Assosiasiya

UEFA Avropa Liqasının mayın 29-da Bakıda keçiriləcək final oyunu ilə bağlı paytaxtın mərkəzindəki hotellər 95-100 faiz bron edilib.

Rakus.az xəbər verir ki, bunu Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi deyib.

Assosiasiya sədrinin sözlərinə görə, Azərbaycana oyunları izləmək üçün səyahət edəcək turistlərin əksəriyyəti yüksək xidmət təklif edən hotellərə üstünlük verirlər:

“Oyunlarla bağlı paytaxtın mərkəzindəki 5 ulduzlu hotellərdə yuxarı seqmentə aid yerlər demək olar ki, 100 faiz tutulub. Kiçik və orta mehmanxanalarda bu rəqəm 85-90 faizə yaxınlaşır”.

S.Dübəndi bildirib ki, hotellərdə qiymət artımı da var və bu, gözləniləndir:

“Hazırda 5 ulduzlu hotellərdə 3000-5000 manata bron edilən otaqlar var. Bu cür tədbirləri keçirən digər ölkələrdə də belə tendensiya müşahidə olunur. Xidmət qiymətlərində də artım olacaq. Bu, normaldır. Ancaq nəzərə almaq lazımdır ki, Azərbaycanın turizm sektoru hələ dünyaya özünü tanıtmaq yolundadır. Bu mənada qiymətlərdə həddindən çox şişirtməyə yol verilməməlidir”.

Assosiasiya sədri vurğulayıb ki, final oyunu üçün Azərbaycana gələn turistlərə ənənəvi sahələrdən fərqli xidmətlər də təklif etmək olar:

“Bu mənada xüsusilə şərab turizmini qeyd etmək lazımdır. Bunun üçün Azərbaycanın böyük imkanları var. Müşahidələrimə əsasən deyə bilərəm ki, pivə ənənəsi olan ölkələrdən gələn turistlər bizim yerli pivələri bəyənirlər”.

S.Dübəndinin fikrincə, indi əsas məqsəd Avroliqanın oyunu ilə bağlı paytaxta gələn çoxsaylı turistlərin ölkəyə yenidən səyahətinə nail olmaqdır:

“Oyunlar zamanı gələn turistlərə alternativ turizm marşrutları ilə ölkəmizi tanıtmalıyıq. Ənənəvi Bakı ekskursiya marşrutlarını genişləndirmək lazımdır. Paytaxtdan kənara çıxmaq, onlara regionları gəzdirmək yaxşı olar. Qısa müddət ərzində Bakıda 45-50 min turist olacaq. Onların 10 faizini regionlara çıxara bilsək, həmin insanlar bir daha bizim ölkəyə gələr. Azərbaycanın turizm brendinin şüarı da elə bundan ibarətdir: “Bir daha bax”. Ölkəmizi yüksək səviyyədə təqdim etməli, xidmətləri elə qurmalıyıq ki, gələn qonaqlar Azərbaycana bir daha qayıtsın”.

XƏBƏR LENTİ
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO