Gündəm 25.05.2019 15:25

YAP-da “Son iclas” filminin təqdimatı keçirildi - FOTO

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi qərargahında 28 May – Respublika Günü münasibətilə Azərbaycan Xalq Cümhuriyətinə həsr olunmuş “Son iclas” filminin təqdimatı keçirilib.

Rakus.az xəbər verir ki, təqdimat mərasimində Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP-ın Sədr müavini – İcra katibi Əli Əhmədov çıxış edərək bildirdi ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması bütövlükdə xalqımızın tarixində əlamətdar və şanlı səhifələrdən birini təşkil edir.

Qeyd olundu ki, Azərbaycan xalqı yüzilliklər ərzində qəlbində yaşatdığı müstəqillik ideyalarını həyata keçirməyə nail oldu. Şərqdə ilk demokratik respublika Azərbaycanda elan edildi. İlk dəfə olaraq xalqımız yenu müasir dövlətçilik ənənələrinə sahib çıxan dövlət qurmağa nail oldu. Azərbaycan Xalq Cümhuriyyəti qısa müddətdə ölkədə dövlətin yaranması, üzərinə düşən vəzifələrin yerinə yetirilməsi, dövlət qurumlarının formalaşdırılması istiqamətində çox vacib işlər gördü. Qısa müddətdə mürəkkəb bir dövrdə təbii olaraq, Azərbaycan Xalq Cümhuriyyəti istədiyi bütün işləri yerinə yetirə bilmədi. Ömrü uzun olmadı, 23 ay yaşadıqdan sonra süqut etdi. Amma Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyəti heç də başa çatmadı. Çox ağır zamanlarda mövcud olmasına baxmayaraq böyük ideyalar qoyub getdi, o dövrdə atılmış toxumlar öz bəhrəsini verməyə başladı. Bunun ən vacib cəhətlərindən biri ondan ibarətdir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması özlüyündə Azərbaycan xalqının azadlıq məfkurəsini milli ideyaya çevirdi. Bu ideya xalqın qəlbində yaşadı və gələcəkdə yenidən müstəqiliyə qovuşması üçün çox əhəmiyyətli bir tarixi missiyanı yerinə yetirdi.

YAP-ın Sədr müavini bildirdi ki, Azərbaycan Xalq Cümhuriyyətinin digər bir əhəmiyyəti odur ki, onun yaranması ilə bir daha gələcəkdə Azərbaycanın müstəqlliyinə qovuşması üçün hüquqi fundament yaranmış oldu. Çünki 1920-ci ildə cümhuriyyət süqut etdikdən sonra Rusiya imperiyasının yerində sovet imperiyası yarandıqda Azərbaycan bu quruma ittifaq respublikalarından biri kimi qoşuldu. 1991-ci ildə SSRİ süqut etdikdə isə Azərbaycan müstəqilliyini bərpa etdi.

Əli Əhmədov vurğuladı ki, Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Bu gün Azərbaycan müstəqilliyini qoruyub saxlayır, daha da möhkəmləndirir. O dövrdə müstəqillik ideyalarının carçısı olan Məhəmməd Əmin Rəsulzadə, Əlimərdanbəy Topçubaşov, Fətəlixan Xoyski, Nəsibbəy Yusifbəyov və böyük fədakarlıqlar göstərmiş digər insanların ideyaları, arzuları bu gün yaşayır və həyata keçirilir. Əgər onlar yaşasaydılar, indiki Azərbaycanın uğurları ilə fəxr edərdilər. Sözün əsl mənasında müstəqil Azərbaycan Heydər Əliyev ideyaları əsasında, Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcıları tərəfindən qoyulmuş ideyaları möhkəmləndirdi, inkişaf etdirdi, müstəqil dövlətimiz XXI əsrin ən uğurlu gənc dövlətlərindən biri kimi özünü təsdiq edib. Həyatın bütün sahələrində böyük uğurlar qazanılır. Azərbaycan dünyanın ən inkişaf edən dövlətlərindən biridir, iqtisadi inkişaf dünyada etiraf olunur. Demokratik təsisatlar, insan hüquqları, söz və mətbuat azadlığı geniş şəkildə inkişaf edib. Bu mənada Azərbaycan dövləti və cəmiyyətimiz müasir dünyanın ayrılmaz tərkib hissəsindən birinə çevrilib. Eləcə də, insanların rifahı əhəmiyyətli dərəcədə yaxşılaşıb, həyat səviyyəsi yüksəlib. Azərbaycanda təhlükəsizlik tam təmin olunub. Hər bir vətəndaş ölkədə rahat yaşayır. Azərbaycan mürəkkəb dünyada Prezident İlham Əliyevin dəqiq ifadə etdiyi kimi, sabitlik adası kimi tanınır. Vətəndaşlar öz gələcəyindən heç bir narahatlıq keçirmirlər.

Natiq daha sonra qeyd etdi ki, bütövlükdə 100 ildən çox müddətdə müstəqillik ideyaları nəticəsində Azərbaycanın bugünkü reallıqları yaranıb. Bu reallıqlar Azərbaycanın hər bir vətəndaşının istək və arzularının ifadəsidir. Azərbaycan inkişaf edir, Heydər Əliyev ideyaları daha da möhkəmlənir, Prezident İlham Əliyevin siyasəti daha böyük nailiyyətlərin qazanılmasına əsaslar yaradır. Beləliklə, Azərbaycan dövləti, müstəqillik ideyaları yaşayır və möhkəmlənir.

Sonda bildirdi ki, bu gün təqdim olunan Cümhuriyyətə həsr olunmuş “Son iclas” filmi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə ərsəyə gəlib. 28 May – Respublika Günü ərəfəsində bu filmə tamaşa etmək, müstəqillik tariximin ayrı-ayrı məqamlarını daha yaxşı dərk etmək və yaddaşımızın ən möhkəm guşəsində, bu ideyaları qəlbimizin daha isti yerlərdə qoruyub saxlamaq baxımından əhəmiyyət kəsb edir.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO