İqtisadi 27.05.2019 06:37

“Kölgə iqtisadiyyatı” ilə mübarizə gücləndirildi – TƏHLİL

Azərbaycan Vergilər Nazirliyi ölkədə ” kölgə iqtisadiyyatı” ilə mübarizənin gücləndirildiyini açıqlayıb. Bəs görəsən, indi Azərbaycanda ” kölgə iqtisadiyyatı”nın həcmi nə qədərdir, doğurudandamı onunla mübarizə gücləndirilib və ekspertlər bu sahədə vəziyyəti necə deyərləndirirlər?

Rakus.az xəbər verir ki, iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov “kölgə iqtisadiyyatı”nın həcmi barədə müxtəlif rəqəmlərin olduğunu söyləyib:

“Nəzərə alsaq ki, beynəlxalq təşkilatların, Azərbaycan hökumətinin Dövlət Statistika Komitəsinin (DSK) elan etdikləri rəqəmlər arasında fərq var. Rəsmi məlumatlarda “kölgə iqtisadiyyatı”nın payı 7 faiz civarında göstərilir. Beynəlxalq qurumların hesabatlarında fərqli rəqəmlər var, son məlumatlarda rəqəm 25 faiz ətrafındadır. Xüsusən də nəzərə alsaq ki, “kölgə iqtisadiyyatı”nın ümumi daxili məhsulda (ÜDM) da payı fərqli qurumlar tərəfindən araşdırılır, metodologiyalar fərqlidir. Beynəlxalq qurumlar araşdırmalarını yalnız rəsmi statistika vasitəsilə hazırlamırlar, həm də müstəqil mənbələrdən də istifadə edirlər”.Amma iqtisadçı-professor Nazim Bəydəmirli düşünür ki, “kölgə iqtisadiyyatı”nın payı 80 faizə yaxındır:

“Gürcüstanda islahatlar başlayan zaman “kölkə iqtisadiyyatı”nın həcminə görə ilk 3 ölkə sırasında idi, indi isə ən şəffaf 10 ölkə sırasındadır. Buna Dövlət Sosial Müdafiə Fondunu, Dövlət Gömrük Komitəsini ləğv etməklə və 20 faiz “sosial vergi” tətbiq olunmaqla nail olundu. Təbii ki, əsas da inhisarçılığa, məmur sahibkarlığına son qoyulmaqla”.Vüqar Bayramov-un qənaətincə, Vergilər Nazirliyinin həyata keçirdiyi islahatlar, xüsusən Vergi Məcəlləsinə edilən dəyişikliklər daha çox qeyri-rəsmi məşğulluğun aradan qaldırılmasına yönəlib:

“ Etiraf edilməlidir ki, gəlir vergisinin növbəti 7 ildə praktik olaraq ləğv olunması qeyri-rəsmi məşğulluğun aradan qaldırılmasına xidmət edir. Çünki əvvəlki dövrlərdə əmək müqavilələri ona görə bağlanmırdı ki, gəlir vergisi yüksək idi və işə götürənlər də müqavilə bağlamaqda maraqlı deyildilər”Nazim Bəydəmirli-nin fikrincə, Vergilər Nazirliyinin rəhbərliyi dəyişdikdən sonra vergi ödəyiciləri ilə bağlı həm maarifləndirici, həm də vergi inzibatçılığı müasirləşib. O, hesab edir ki, məsələyə Azərbaycan reallığından yanaşılmalıdır:

“Bu qədər məmur sahibkarlığının və inhisarçılığın olduğu dövrdə “kölgə iqtisadiyyatı”nın qısa müddətdə aradan qaldırılması qeyri-mümkündür. Bunun üçün çox ciddi struktur islahatlarına ehtiyac var”Vüqar Bayramov da “kölgə iqtisadiyyatı”nın aradan qaldırılmasının zaman tələb etdiyini bildirir:

“Bu, yalnız gömrük və vergi islahatları ilə bağlı deyil, həm də digər sektorlarda islahatların həyata keçirilməsini tələb edir. Ona görə qısa zamanda “kölgə iqtisadiyyatı”nın aradan qaldırıması praktik olaraq mümkün deyil. “Kölgə iqtisadiyyatı”nın azaldılması istiqamətində səylərin davam etdirilməsinə ehtiyac var. Amma bütün hallarda “kölgə iqtisadiyyatı”nın payını müəyyənləşdirən zaman beynəlxalq təşkilatların rəyinə və onların qiymətləndirilməsinə daha çox diqqətin ayrılmasına ehtiyac var ”.

Nazim Bəydəmirli “kölgə iqtisadiyyatı”nı yaradan səbəblərə də toxunub: “Ümumiyyətlə, köklü səbəb Dövlət Sosial Müdafiə Fondunun (DSMF) idarə edilməsindəki problemlərdə axtarılmalıdır. Təsəvvür edin ki, əməkhaqqından tutulan vergi və sığorta haqqı ümumilikdə 40 faiz təşkil edir. Hökumət bu problemi köklü həll etmək üçün “sosial vergi” tətbiq etməklə, onu 20 faiz edə bilərdi, yarısı işçidən, yarısı da işə götürəndən tutulmaqla. DSMF-ni tamam ləğv etməklə dövlətin idarəetmə xərclərini azaltmaq olardı, həm də maaşı kölgədən çıxartmaq mümkün idi. Düzdür, əməkhaqqından tutulan sosial sığorta haqqının toplanmasının səlahiyyətlərinin2019-cu ildən Vergilər Nazirliyinə verilməsi müsbətdir. Amma yetərli deyil, çünki köhnə strukturlar yenə də qalır. 2003-cü ildən Dövlət Sosial Müdafiə Fonduna verilən dotasiyalar artmaqda davam edir. Problem ondadır ki, pensiyaların təkmilləşdirilməsi ilə bağlı 2005 -2015-c illəri əhatə edən dövlət proqramı yerinə yetirilməmiş qaldı, özəl pensiya fondları yaradılmadı, dövlət büdcəsindən olunan transfertlər azalmadı, əksinə artı. O baxımdan 8000 manata qədər əməkhaqqdan gəlir vergisinin tutulmaması ilə bağlı qanunvericiliyin dəyişdirilməsi müsbətdir, amma bu da əsas problem aradan qaldırmır. Hesab edirəm ki, əvvəlki illərdə xroniki olaraq DSMF qarşısında yaranmış bütün borclar, yəni özəl sektorun 2019-cu il yanvarın 1-nə kimi ödənilməmiş borcları silinməlidir, belə demək mümkünsə sahibkarlıqla Vergilər Nazirliyi yeni şəffaf səhifədən başlamalıdırlar. Çünki Vergilər Nazirliyi avtomatik olaraq həmin müəssisələrin bank hesablarına əvvəlki borcları yığmaq üçün sərəncamlar göndərir. Bu da müəssisələrin yenə də kölgədə qalmağına şərait yaradır. Yəni bank hesabı bağlıdırsa, nə cür əməliyyatlar keçirmək olar? Bu problem qlobal olaraq həll olunmayıbsa, ilkin addım kimi sosial sığorta haqlarının əvvəlki illərdə yaranmış borcları barədə qərar qəbul edilməlidir”.​

İqtisadçı Gürcüstanın “kölgə iqtisadiyyatı” nı necə aradan qaldırmasınıxatırladıb.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO