İdman 02.06.2019 00:58

“Liverpul” Çempionlar Liqasının qalibi oldu - FOTO

UEFA Çempionlar Liqasında 2018-2019 mövsümünün qalibi müəyyənləşib.

Rakus.az xəbər verir ki, İngiltərənin “Liverpul” komandası tarixində 6-cı dəfə bu titula sahib olub. Yurgen Kloppun baş məşqçi olduğu kollektiv finalda ölkənin digər təmsilçisi “Tottenhem”i məğlubiyyətə uğradıb – 2:0. Hesabı 2-ci dəqiqədə Məhəmməd Salah açıb. Sloveniyalı referi Damir Skomina matçın əvvəlində topun Mussa Sissokonun əlinə dəyməsi səbəbindən penalti təyin edib. Misirli hücumçu bu imkandan lazımınca yararlanıb. Bu, Çempionlar Liqasının final oyunlarında vurulmuş üçüncü ən sürətli qol olub. Salah 108-ci saniyədə fərqlənibsə, 1959-cu ildə İspaniya “Real Madrid”inin oyunçusu Enrike Mateos Almaniya “Ayntraxt”ını 7:3 hesabı ilə yendikləri görüşün 60-cı, 2005-ci ildə isə İtaliya “Milan”ının müdafiəçisi Paolo Maldini elə “Liverpul”la əsas vaxtı 3:3 hesabı ilə nəticələnən görüşün 51-ci saniyəsində fərqlənib.

Oyunda son nöqtəni isə 87-ci dəqiqədə Divok Origi Joel Matipin ötürməsindən sonra qoyub.

Final matçından sonra qaliblər mükafatlandırılıb.

Beləliklə, “Liverpul” tarixində altıncı dəfə UEFA Çempionlar Liqasının qalibi adı qazanıb. “Liverpul” qitənin ən nüfuzlu klub turnirinin bundan əvvəl 1977-ci, 1978-ci, 1981-ci, 1984-cü və 2005-ci illərdə qazanıb.

London klubu UEFA Çempionlar Liqasının iştirakçısı olduğu 8 finaldan 5-də qalib gəlib. 3 dəfə UEFA Kubokunu (1973, 1976, 2001) və eyni sayda UEFA Super Kubokunu (1977, 2001, 2005) əldə edib. “Liverpul” 2006-cı ildə UEFA Avropa Liqasının, 1974-cü və 1978-ci illərdə UEFA Super Kubokunun, 1966-cı ildə Kuboklar Kubokunun, 1981-ci və 1984-cü illərdə isə Qitələrarası Kubokun həlledici görüşündə məğlub olub.

Sonuncu dəfə ötən mövsüm turnirin finalında İspaniya “Real Madrid”i ilə qarşılaşan “Liverpul” 1:3 hesabı məğlub olub. Sonuncu dəfə “mersisaydlılar” Türkiyənin İstanbul şəhərində baş tutan dramatik matçda İtaliyanın “Milan” komandasında qalib gəlib: – 3:3 (penalti – 3:2).

Bu qarşılaşma komandaların tarixləri ərzində 171-ci duel olub. “Liverpul” 80, “Tottenhem” isə 48 dəfə qələbə qazanıb. Qırx üç matçda isə qalib müəyyənləşməyib. “Mersisaydlılar” son 14 görüşdə finaldakı rəqibinə sadəcə 1 dəfə məğlub olub.

Cari mövsümdə “Liverpul” “Tottenhem”i İngiltərə Premyer Liqasında hər iki görüşdə məğlub edib (2:1, 2:1). Komandalar avrokuboklarda bir dəfə 1972-1973-cü illər mövsümündə yarımfinalda qarşılaşıb. “Liverpul” 2 görüşün nəticəsində səfər qolu ilə finala yüksəlib və kuboku qazanıb (1:0, 1:2).

Beləliklə, “Liverpul” 1977, 1978, 1981, 1984 və 2005-ci ildən sonra yenidən Avropanın ən nüfuzlu klub turnirinin qalibi olub. “Qırmızılar” 14 avqust 2019-cu ildə Türkiyənin İstanbul şəhərindəki “Wodafone Park”da keçiriləcək UEFA Super Kuboku matçında Bakıda Avropa Liqasının qalibi olmuş İngiltərənin digər təmsilçisi “Çelsi” ilə üz-üzə gələcək.

00:49

UEFA Çempionlar Liqasında İngiltərənin “Tottenhem” və “Liverpul” komandaları arasında keçirilən final oyununda ikinci qol vurulub. 

Rakus.az xəbər verir ki,  87-ci dəqiqədə “Liverpul”un futbolçusu fərqlənərək, hesabı 2:0-a çatdırıb.

00:1

UEFA Çempionlar Liqasında İngiltərənin “Tottenhem” və “Liverpul” komandaları arasında keçirilən final oyununda ikinci hissə başlayıb.

İlk hissədən sonra “Liverpul” Məhəmməd Salahın 2-ci dəqiqədə penaltidən vurduğu qolla öndədir – 1:0.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO