Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 50 avtomobil Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə təqdim edilib.
Rakus.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətinin məlumatında deyilir.
Bildirilir ki, onlardan 49 nəfəri Qarabağ müharibəsi əlili, 1 nəfəri 20 Yanvar əlilidir.
Tədbirdə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli bildirib ki, Prezident İlham Əliyevin 18 mart 2019-cu il tarixli Sərəncamına əsasən ayrılan vəsait cari ildə əlavə olaraq 400-dən artıq avtomobil alınmasına və nəticədə bu il nazirlik tərəfindən müharibə əlillərinə nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600-ə yaxın avtomobilin verilməsinə imkan yaradıb.
Onlardan 28 may 2019-cu il tarixdə 50 ədəd, bu gün daha 50 avtomobil, beləliklə, artıq 100 avtomobil təqdim olunub. Bununla da indiyədək 6250-dək minik avtomobili müharibə əlilləri və onlara bərabər tutulanlara verilib