Elm və təhsil 03.06.2019 14:42

Turizmin plan sayı artırıldı

Bu il ali məktəblərin bakalavriat səviyyəsinə qəbul planında ən yüksək yer artımı turizm ixtisasları üzrə olub. Qəbul planında daha sonra yüksək yer artımı pedaqoji, kənd təsərrüfatı ixtisasları üzrə olub, incəsənət və mədəniyyət ixtisasları üzrə plan yerlərinin sayı isə azaldılıb.

Rakus.az xəbər verir ki, Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev  bildirib ki, 2019/2020-cu tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu planı ötən ilə nisbətən 6.4%, dövlət sifarişi ilə qəbul planı isə ötən ilə nisbətən 66,1% artıb. Ümumilikdə dövlət sifarişli yerlərin sayı 8150 artaraq 20 474-ə çatıb. Tələbə qəbulu planının 84.7%-i dövlət, 15.3% isə qeyri-dövlət ali təhsil müəssisələri üçün nəzərdə tutulub. Ötən il bu nisbət müvafiq olaraq 85.3% və 14.4% olub.

Y.Piriyev əlavə edib ki, tələbə qəbulu planındakı artım əsasən “Təhsil”, “Humanitar və sosial”, “İqtisadiyyat və idarəetmə”, “Təbiət”, “Texniki və texnoloji”, “Kənd təssərrüfatı” və “Səhiyyə, rifah və xidmət” ixtisas qruplarına daxil olan ixtisasları əhatə edir (bu ixtisasların əsas hissəsi DİM tərəfindən müəyyən olunmuş I, II, III və IV ixtisas qrupuna daxildir). Belə ki, ötən illə müqayisədə cari ildə qəbul planı “Təhsil” ixtisas qrupuna daxil olan ixtisaslar üzrə 8 %, “Humanitar və sosial” ixtisas qrupuna daxil olan ixtisaslar üzrə 6,5 %, “İqtisadiyyat və idarəetmə” ixtisas qrupuna daxil olan ixtisaslar üzrə 5,2%, “Təbiət” ixtisas qrupuna daxil olan ixtisaslar üzrə 6,1%, “Texniki və texnoloji” ixtisas qrupuna daxil olan ixtisaslar üzrə 4,3%, “Kənd təssərrüfatı” ixtisas qrupuna daxil olan ixtisaslar üzrə 8,1%, “Səhiyyə, rifaf və xidmət” ixtisas qrupuna daxil olan ixtisaslar üzrə isə 21,9% artıb.

Nazirlik rəsmisi qeyd edib ki, dövlət sifarişi əsasında tələbə qəbulu planındakı əhəmiyyətli artım zamanı ilk növbədə ölkənin sosial-iqtisadi inkişaf xüsusiyyətləri və əmək bazarının yeni tələbləri nəzərə alınıb. Bu artım bütün ixtisas qruplarını əhatə edib.

Onun sözlərinə görə, ötən illə müqayisədə cari ildə dövlət sifarişi əsasında tələbə qəbulu planı “Təhsil” ixtisas qrupuna daxil olan ixtisaslar üzrə 46,8%, “Humanitar və sosial” ixtisas qrupuna daxil olan ixtisaslar üzrə 82,7% , “İqtisadiyyat və idarəetmə” ixtisas qrupuna daxil olan ixtisaslar üzrə 50,4%, “Təbiət” ixtisas qrupuna daxil olan ixtisaslar üzrə 93,4%, “Texniki və texnoloji” ixtisas qrupuna daxil olan ixtisaslar üzrə 71,2%, “Kənd təssərrüfatı” ixtisas qrupuna daxil olan ixtisaslar üzrə 63,6%, “Səhiyyə, rifaf və xidmət” ixtisas qrupuna daxil olan ixtisaslar üzrə isə 81%, “Tibb təhsili” ixtisas qrupuna daxil olan ixtisaslar üzrə 58,8%, “Mədəniyyət və incəsənət” ixtisas qrupuna daxil olan ixtisaslar üzrə 78% artıb:

“Milli iqtisadiyyatın prioritet sahəsi olan aqrar sektorun çoxşaxəli inkişafını nəzərə alaraq, kənd təsərrüfatı sahəsi üçün bakalavriat və magistratura səviyyələrində yeni ixtisas və ixtisaslaşmalar (“Şərabçılıq”, “Bağçılıq və tərəvəzçilik”, “Bitki mühafizəsi” və s.) üzrə ötən ildən başlanılmış kadr hazırlığı yenə də diqqət mərkəzində saxlanılıb. Xüsusi qeyd edilməlidir ki, “Kənd təssərrüfatı” ixtisas qrupuna daxil olan bütün ixtisaslar üzrə (“Meşəçilik” ixtisası istisna olmaqla) bakalavriat səviyyəsinə tələbə qəbulu yalnız dövlət sifarişi əsasında həyata keçiriləcək. Bu göstərici magistratura səviyyəsi üçün 95% təşkil edir”.

Y.Piriyev bildirib ki, ölkəmiz üçün prioritet olan və kadr hazırlığına ötən ildən başlanılmış “Loqistika və nəqliyyat texnoloqiyaları mühəndisliyi”, “Şəhərsalma” və “Sənaye mühəndisliyi” ixtisasları üzrə qəbul planı əvvəlki illə müqayisədə 29,3%, dövlət sifarişi əsasında qəbul planı isə 77,3% artırılıb.

Y.Piriyev əlavə edib ki, xüsusi təyinatlı yerlərə qəbul 53,7 faiz artıb. Bu artım informasiya təhlükəsizliyi ixtisassının mülki ali məktəblərə verilməsi və bunun nəticəsində həmin ixtisaslara plan yerlərinin artırılması hesabına baş verib:

“Müasir dünyada idarəetmənin bütün səviyyələrində informasiya texnologiyalarının tətbiqi və informasiya təhlükəsizliyinin təmin olunması böyük əhəmiyyət kəsb etdiyindən və ölkədə bu sahədə ciddi kadr hazırlığına tələbat olduğundan “Təbiət”, eləcə də “Texniki və texnoloji” ixtisas qrupuna daxil olan və ölkə üçün xüsusi əhəmiyyət kəsb edən informasiya texnologiyaları ixtisaslarına dövlət sifarişi əsasında qəbul planı ötən illə müqayisədə 2,3 dəfə artırılıb. Bu artım “Kompüter elmləri” ixtisası üzrə 1,9 dəfə, “Kompüter mühəndisliyi” ixtisası üzrə 2,4 dəfə, “İnformasiya texnologiyaları” ixtisası üzrə 2,6 dəfə, “Sistem mühəndisliyi” ixtisası üzrə 1,7 dəfə, “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə isə 3,9 dəfə olub”.

Y.Piriyev deyib ki, ölkəmizdə turuzm sahəsinin inkişafına göstərilən yüksək dövlət qayğısının təzahürü olaraq, bakalavriat səviyyəsi üzrə “Turizm və otelçilik” ixtisasına ötən illə müqayisədə qəbul planı 21,7%, dövlət sifarişi əsasında qəbul planı isə 62,9% artırılıb.

Nazirlik rəsmisi ötən tədris ili müqayisədə bu il tibb təhsili üzrə qəbul planı yerlərinin sayının artmadığını, mədəniyyət və incəsənət sahəsi üzrə yerlərin sayının 3,9 faiz azaldığını söyləyib.

 

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO