İqtisadi 03.06.2019 16:34

İnnovasiyalar və Texnologiyalar Forumu keçirildi - FOTO

“İnnovasiya Festivalı” çərçivəsində 3 iyun tarixində “Made in Azerbaijan: İnnovasiyalar və Texnologiyalar” Forumu (“MAİNTECH – 2019”) keçirilib.

Rakus.az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, tədbir nazirliyin yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun dəstəyi və təşəbbüsü ilə təşkil olunub.

Forumda dövlət qurumları, özəl sektor, beynəlxalq təşkilatlar, ölkəmizdə fəaliyyət göstərən xarici diplomatik korpusun nümayəndələri, habelə innovasiya ekosisteminin iştirakçıları, startapçılar və xarici ölkələrdən olan nümayəndələr iştirak edib.

Tədbiri giriş sözü ilə açan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə innovasiya infrastrukturu formalaşdırılır. “Azərbaycanda yüksək texnologiyalar və sənaye parkları yaradılıb. Bu parkların rezidentləri üçün güzəştlər tətbiq edilib. İnnovasiya subyektlərinin maliyyə resurslarına çıxışını təmin etmək üçün fondlar fəaliyyət göstərir. Bu fondlar vasitəsilə innovativ layihələrə qrantlar, güzəştli kreditlər verilir. İnnovativ sahibkarlıq sürətlə inkişaf edir”.

Bu sahədə müəyyən nailiyyətlərin olduğunu deyən nazir qeyd edib ki, Azərbaycanın İT şirkətləri öz məhsulları ilə xarici bazarlara çıxırlar. “Mingəçevir Yüksək Texnologiyalar Parkının rezidenti “HTech Invest” şirkəti “Acer” kompüterlərinin istehsalını təşkil edib. Həmçinin bir çox startaplar öz layihələri ilə qlobal bazarlara çıxmaq üçün addımlar atırlar”.

R.Quluzadə innovativ inkişafı sürətləndirmək üçün nazirliyin tabeliyində İnnovasiyalar Agentliyinin yaradıldığını diqqətə çatdırıb. “Agentliyin fəaliyyətinin məqsədi ölkəmizdə ideyaların məhsula çevrilərək bazara çıxarılmasına xidmət edən dinamik innovativ sistemin qurulmasıdır. Bu çərçivədə “Made in Azerbaijan” brendi altında innovativ və texnoloji məhsul istehsalına və ixracına şərait yaratmaq əsas hədəfimizdir”.

Həmçinin nazir bildirib ki, ölkə başçısının Azərbaycan Respublikasında innovativ inkişaf sahəsində effektivliyin artırılması və koordinasiyanın təmin edilməsi haqqında bir sıra mühüm tapşırıqlar verilib. “Biz bu vəzifələrin icrasını təmin etmək üçün öz fəaliyyətimizi bir neçə istiqamətdə qururuq. Birinci istiqamət yerli sahibkarlıq subyektlərinə müasir texnologiyaların və texnoloji həllərin əldə olunmasına köməklik göstərilməsidir. Bu məqsədlə texnoloji transfer mərkəzləri yaradılacaq, sahibkarlara müvafiq xidmətlər təqdim olunacaq. Nazirlik tərəfindən 2016-cı ildə istifadəyə verilən Data Mərkəzi hazırda dövlət və qeyri-dövlət qurumlarına “bulud əsaslı həllər”, “birgə yerləşmə”, “hibrid tipli həllər” üzrə xidmətlər təqdim edir. İkinci istiqamət müvafiq dəstək mexanizmlərinin tətbiq edilməsidir. Burada innovativ layihələrə, o cümlədən startaplara qrant, güzəştli kredit verilməsi nəzərdə tutulur. Bildiyiniz kimi, nazirlik artıq bir neçə ildir ki, bu istiqamətdə fəaliyyət göstərir. Bu müddət ərzində startaplara 117 qrant, 16 sahibkarlıq subyektinə isə güzəştli kreditlər verilib. Üçüncü istiqamət isə ölkəmizdə innovasiya təşəbbüskarlığının təbliğidir. Artıq bu istiqamətdə bir çox addımlar atılır. “İ2B – İdeyadan Biznesə” layihəsi həyata keçirilir, tələbələr, gənclər bu prosesə aktiv cəlb olunur. Robototexnika, “Əşyalar interneti” kimi müasir inkişaf trendlərinə uyğun laboratoriyalar qurulur, müxtəlif müsabiqələr, yarışlar keçirilir”.

Qeyd edək ki, “MAİNTECH – 2019” Forumunun keçirilməsində əsas məqsəd innovativ və texnoloji məhsul və xidmətlərin daha geniş tanıdılması və onların ixracına dəstək olmaqdır.

Tədbirdə yerli innovativ məhsul və texnologiyaların ixrac perspektivləri, innovativ biznes ekosisteminin inkişafı, yaradılan məhsul və xidmətlərdən ölkə daxilində həm özəl, həm də dövlət sektoru tərəfindən istifadənin təşviq edilməsi üzrə təqdimat və müzakirələr yer alıb.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO