Gündəm 03.06.2019 17:13

Bu gün Dünya Velosiped Günüdür

3 iyun – Dünya Velosiped Günüdür. Bu gün BMT Baş Assambleyası tərəfindən ötən ilin aprel ayında təsis edilib. Sənəd 56 ölkə tərəfindən birgə hazırlanıb. Bu beynəlxalq tarixin qeyd edilməsində təşəbbüs Türkmənistan nümayəndələri tərəfindən irəli sürülüb.

Rakus.az xəbər verir ki, Azərbaycanda kütləvi velosiped yarışları mütəmadi olaraq təşkil edilir. Beləliklə, idmanı Davamlı İnkişaf Məqsədlərindən biri kimi inkişaf etdirmək və sağlam həyat tərzini təşviq etmək məqsədilə Türkmənistanın Azərbaycandakı səfirliyi Dənizkənarı Bulvar İdarəsi ilə birlikdə ötən il iyunun 3-də Bakıda kütləvi velosiped turu təşkil etdi. Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dünya Sağlamlıq Təşkilatının təşəbbüsü ilə bu il aprelin 7-də Veloparkda “Az avtomobil – çox həyat” şüarı ilə Dünya Sağlamlıq Gününə həsr olunmuş velosiped yürüşü keçirildi. Kampaniyanın əsas məqsədi, sağlam həyat tərzi ilə yanaşı, həftəsonları avtomobilsiz istirahət etmək ənənəsini formalaşdırmaqdır.

Velosiped ətraf mühitə ən uyğun nəqliyyat növüdür, onun istifadəsi ətraf mühit və insan sağlamlığı üçün təhlükəsizdir. Bütün bunlar 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi Davamlı İnkişaf Məqsədlərinə uyğun gəlir. Velosipedlər istixana qazlarını atmosferə buraxmır və küçə səs-küyünün səviyyəsini artırmır. Küçələrdə daha çox velosiped və daha az avtomobillərin olması yol qəzalarının başvermə ehtimalını azaldır. Dünya Səhiyyə Təşkilatının məlumatına görə, Avropada nəqliyyatın havanı çirkləndirməsi nəticəsində hər il təxminən 500 min insan ölür. Yol-nəqliyyat hadisələri bir ildə 90 min nəfərin həyatına son qoyur. Təxminən 70 milyon insan həddindən artıq küçə səs-küyündən əziyyət çəkir.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO