İqtisadi 03.06.2019 17:27

SOCAR AQŞ konfransda iştirak etdi

30-31 may 2019-cu il tarixlərində SOCAR AQŞ «Bilgah Beach» hotelində keçirilən 26-cı Beynəlxalq Xəzər Neft və Qaz konfrasında iştirak edib.

Rakus.az xəbər verir ki, SOCAR AQŞ-dən verilən məlumata görə, Azərbaycanda ilk ixtisaslaşdırılmış tədbir olan Beynəlxalq Xəzər Neft və Qaz konfransı 26 il ərzində əldə etdiyi uğur tarixçəsi sayəsində regionun əsas sənaye forumu statusunu qazanmışdır.

Bu il SOCAR AQŞ beynəlxalq konfransın Bürünc sponsoru qismində tədbirə dəstək verib. Konfrans hər il aparıcı şirkətlərin mütəxəssisləri arasında əsas neft-qaz layihələrinin müzakirəsi xüsusunda fikir mübadiləsi üçün müstəsna imkanlar yaradır.

Konfransın ikinci günündə Baş direktorun müavini/ Baş geoloq İftixar Qasımov geoloji nöqteyi nəzərdən öz mürəkkəbliyi ilə seçilən «Bulla» qaz yatağında yeni texnika və texnologiyaların tətbiqi sayəsində agırçəkili aralıq kəmərlərin birdəfəyə endirilməsi və sementlənməsi mövzusunda maraqlı təqdimatla çıxış edib.

İ. Qasımov çıxışının əvvəlində qeyd edib ki, «Bulla-6» saylı dəniz stasionar özülündə yüksək temperaturlu və yüksək təzyiqli quyuların qazılması üçün nəzərdə tutulan yeni nəsil qazma qurğusunun və avadanlıqlarının seçilməsi və işlərin optimallaşdırılması istiqamətində müəssisə rəhbərliyi sifarişçi ilə mütəmadi olaraq sıx əməkdaşlıq edib. Potensial risklərin minimuma endirilməsi və əvvəlki layihələrdən toplanmış təcrübələrdən sistemli şəkildə istifadə edilərək «DWOP» (əməliyyatlara hazırlıq ərəfəsində bütün tərəfdaşlarla birgə Quyu tikintisinin kağız üzərində tərtibi) tədbirləri həyata keçirilmişdir.

Hazırlıq işləri çərçivəsində qullənin və qurğunun digər elementlərinin daşınmasında iri modullardan istifadə olunduğuna görə yükdaşınmaların müddəti xeyli azalmış və risklər minumuma endirilmişdir. Həımçinin, ilk dəfə olaraq SOCAR AQŞ mütəxəssislərinin təklifləri əsnasında «Bulla-6» saylı özülün layihələndirilməsində texnoloji proseslərin tələbatına uyğun müxtəlif təyinatlı məhlulların saxlanılması üçün vertikal tipli çənlərdən istifadə olunmuş və nəticədə özüldə daha az sahədə iri həcmli quraşdırma işlərini görmək mümkün olmuşdur.

Daha sonra müəssisə tərəfindən «Bulla-6» saylı özüldən qazılmış 78 və hazırda qazılmaqda olan 113 nömrəli quyularda həyata keçirilən ilklərdən danışan natiq qeyd edib ki, yüksək təzyiqli «Bulla» yatağından 78 nömrəli kəşfiyyat quyusunun yüksək keyfiyyətlə, bir sıra ilklərə imza atmaqla qazılaraq sifarişçiyə təhvil verilməsi Azərbaycan qazmaçılarının növbəti uğuru olub.

‘’Belə ki, ümumi çəkisi havada 530 ton olan 13 3/8″ qoruyucu kəmərin 4938 m dərinliyə, çəkisi 380 ton olan 9 5/8″ qoruyucu kəmərin isə 5400 m dərinliyə birdəfəyə endirilməsinə və uğurla sementlənməsinə nail olmuşuq. Bununla da qoruyucu kəmərin dərin quyularda iki mərhələdə endirilməsi ənənəsinə son qoyulub.

Bu texniki həll variantı həmçinin quyuların qazılmasında vaxta xeyli qənaət olunmasında və xərclərin optimallaşdırılmasında xüsusi əhəmiyyətə malikdir. Həmçinin, quyu tikintisi zamanı layların litoloji və kollektor xüsusiyyətlərini müəyyən etmək üçün 5-ci və 7-ci horizontlardan süxur nümunələri uğurla götürülmüşdür.

3000 at gücünə malik olan Drillmec yeni nəsil qazma avadanlığından uğurla istifadə edən müəssisə «Bulla» yatağının 6 saylı dəniz stasionar özülündə 113 nömrəli quyuda ağırçəkili aralıq kəmərinin birdəfəyə endirmək cəhdini də uğurla həyata keçirib. Belə ki, ümumi çəkisi havada 546 ton olan ikinci 13 3/8″ aralıq kəmərin 5093 m dərinliyə, çəkisi 393 ton olan texniki 9 5/8″ kəmərin isə 5620 m dərinliyə 26 dərəcə əyrilik bucağı altında birdəfəyə endirilməsi və sementlənməsi uğurla həyata keçirilib.

Xəzər dənizinin Azərbaycan sektorunda yüksək təzyiqli və temperaturlu quyuların qazılması zamanı və o cümlədən, «Bulla» yatağı üzrə V və VII horizontlardan beynəlxalq standartlara cavab verən süxur nümunələrinin götürülməsini ilk dəfə olaraq SOCAR AQŞ həyata keçirmişdir.

Qeyd etmək istəyirəm ki, 113 saylı quyuda həyata keçirilən bütün əməliyyatlarla (kəmər endirilməsi, sementlənmə və s.) bağlı əsas sifarişçimiz olan «Azneft» İstehsalat Birliyi ilə vaxtaşırı müzakirələr aparılır, müvafiq qərarlar qəbul edilir və sifarişçinin təyin etdiyi bütün texnoloji parametrlərə uyğun quyunun keyfiyyətlə qazılması üçün peşəkar komandamız var gücü ilə səfərbər olub.

Əminəm ki, bizim müəssisəyə qazılması həvalə olunan digər quyuları da mürəkkəbləşməyə yol vermədən, nəzərdə tutulan vaxtda və iqtisadi səmərəli şəkildə tikərək sifarişçiyə təhvil verəcəyik’’.

Qeyd edək ki, müəssisənin Xəzər dənizinin Azərbaycan sektorunda «Bulla» yatağında həyata keçirdiyi əməliyyatlara dair hazırlanmış təqdimat konfrans iştirakçılarının böyük marağına səbəb olub. Milli müəssisədə qabaqcıl standartlaşdırma üsullarının tətbiqi konfransın moderatoru – SOCARın Geologiya və Geofizika məsələləri üzrə vitse-prezidenti Bəhram Hüseynov tərəfindən yüksək qiymətləndirilmiş və bu dəyər SOCAR AQŞ-nin milli qazma sənayesindəki yenilkçi statusunu bir daha təsdiq etmişdir.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO