İdman 04.06.2019 01:12

Bakı UEFA matçlarının keçirilməsi səviyyəsinə görə Madriddən üstündür – KİV

Dünya KİV-ləri Bakıda Avropa Liqasının və Madriddə Çempionlar Liqasının final matçları haqqında materialların dərcini davam etdirirlər.

Rakus.az xəbər verir ki, iyunun 3-də Rusiyanın “İnfo24” portalında “Madrid UEFA matçlarının keçirilməsi səviyyəsinə görə Bakıya uduzub” sərlövhəli məqalə yerləşdirilib.

Məqalədə deyilir ki, bir həftə ərzində UEFA-nın iki əsas matçı – mayın 29-da Bakıda Avropa Liqasının finalı və iyunun 1-də Madriddə Çempionlar Liqasının finalı keçirilib. Final matçlarında Britaniya klubları mübarizə aparıblar: birinci matçda “Çelsi” 4:1 hesabı ilə “Arsenal”a qalib gəlib, ikinci matçda “Liverpul” 2:0 hesabı ilə “Tottenhem”i məğlubiyyətə uğradıb. Hər iki matç çox maraqlı keçib və futbolçular əla oyun nümayiş etdiriblər, amma finallar təşkilatçılıq səviyyəsinə görə bir-birindən kəskin fərqlənib.

Skeptiklər Avropa Liqasının finalının keçirilməsi üçün Azərbaycanın seçilməsini pisləyirdilər. “Liverpul”un məşqçisi Klopp onun fikrincə, çətinliklə gedilən şəhər olduğuna görə Bakını qızğın tənqid edirdi, halbuki onun yetirmələri Bakıda oynamırdılar. Nəticədə azarkeşlərin Bakıya gəlməsi ilə bağlı heç bir problem yaranmadı.

Başqa təşkilati problemlər də olmadı: fanatlar fan-zonaya maneəsiz daxil oldular və oyunun özündən də, stadiondan da, şəhərdəki əyləncə məkanlarından da razı qaldılar.

“Liverpul” və “Tottenhem” arasında final matçı üçün Madridə gələnlər isə böyük tıxaclar kimi dəfedilməz maneələrlə qarşılaşdılar və 2-3 saat bu tıxaclarda gözləməli oldular.

Britaniyalı futbol eksperti Brayan Herli Madriddə baş verənləri “cəhənnəm” adlandırıb. O, “Bu, Çempionlar Liqası tarixində ən pis matç idi”, – deyərək matç barədə hökmünü verib.

Bakı isə əksinə, B.Herli tərəfindən tərif yağışına tutulub. O, BBC-yə müsahibəsində deyib: “Bakının uzaqda olmasına baxmayaraq, matç mükəmməl keçdi. Şəhər təmiz və təhlükəsiz, stadion isə çox rahat idi. “Çelsi” ilə “Arsenal” arasında matça tamaşa etmək üçün Bakıya gəlmiş on minlərlə azarkeş, o cümlədən mən təşkilatçılığın, infrastrukturun və təhlükəsizliyin təminatı səviyyəsinə heyran qaldıq”.

Finalı qəbul edən azərbaycanlıların qonaqpərvərliyindən və gülərüzlüyündən çoxları danışıb. Özü də bu, britaniyalıların öz obyektiv rəyi olub.

Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Krofts deyib: ”Meydan da, stadion da dünya səviyyəsində idi”.

“Arsenal”ın azarkeşi Riçard Skeyls fikirlərini belə ifadə edib: “Son dərəcə ürəkaçan ab-hava hökm sürürdü. Oyun, final, Bakı xoşuma gəldi. Çox gözəl şəhərdir. Burada hamı mehribandır. Əla səyahət idi”.

Təəssüf ki, azarkeşlər Madrid haqqında deməyə xoş söz tapmayıblar. Qəbul edən tərəf futbolsevərlərlə bayram ovqatı bəxş edə bilməyib.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO