İlham Əliyevlə daim fəxr etməliyik – Şəhid anası
Xəbər verdiyimiz kimi Milli Məclisin deputatı Adil Əliyev müqəddəs Ramazan ayı münasibətilə dünən iftar süfrəsi açdı.
Rakus.az xəbər verir ki, “Qurani-Kərim”dən ayələrin və Ramazan duasının oxunması ilə başlanan iftar mərasiminə şəhid ailələri, Milli Qəhrəmanlar, qazilər, millət vəkilləri, xarici qonaqlar, müharibə veteranları, ictimai fəallar, jurnalistlər və ictimaiyyətin digər nümayəndələri dəvət olunmuşdu.
Mərasimdə Adil Əliyevin layihə rəhbəri olduğu və aprel şəhidi, “İgidliyə görə” medalı ilə təltif olunan Orxan Həmidovun həyatına həsr olunan “Mən görüşə gedirəm” filmi nümayiş edildi və tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı.
Sonra şəhid Orxan Həmidovun anası Tamella Məmmədova çıxış edərək vətənimizin bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan oğlu ilə fəxr etdiyi dedi. Qeyd etdi ki, İlham Əliyev kimi Prezidenti və Mehriban Əliyeva kimi Birinci vitse-prezidenti olan xalq daim fəxr etməlidir. Bir şəhid ailəsi olaraq bizə göstərdiyi diqqət və qayğıya görə onlara dərin minnətdarlığını vurğuladı. Şəhid oğlu ilə bağlı filmin çəkilişi və iftar süfrəsini yüksək səviyyəli təşkil etdiyi üçün deputat Adil Əliyevə təşəkkürünü bildirdi.