İqtisadi 04.06.2019 15:37

“Main Tech” forumu keçirildi

Azərbaycanın aparıcı korporativ bankı – PAŞA Bankın sponsorluğu ilə 3 iyun tarixində Bakıda “Made in Azerbaijan: İnnovasiyalar və Texnologiyalar” (“Main Tech”) forumuna start verilib.

Rakus.az xəbər verir ki, tədbirin əsas məqsədi ölkədə hazırlanan innovativ və texnoloji məhsul və xidmətləri geniş auditoriyaya təqdim etmək və ixracına dəstək olmaqdır. Bu forumda dövlət qurumları və beynəlxalq təşkilatlar ilə yanaşı özəl sektorun və startap şirkətlərin nümayəndələri də iştirak edib.

PAŞA Bank adından tədbirinin spikeri qismində Bankın Rəqəmsal məhsullar üzrə rəhbəri Səbinə Qurbanova çıxış edib: “2018-2020-ci illəri əhatə edən yeni inkişaf strategiyamız çərçivəsində rəqəmsal məhsul və xidmətlərin yaradılmasının bütün mərhələləri Müştərinin proaktiv iştirakı ilə həyata keçirilir, müştərilərdən alınan fikir və rəylər əsasında məhsul yekun vəziyyətə çatdırılır. Onu da qeyd edim ki, ilkin mərhələlərdə Rəqəmsallaşdırma ilə bağlı layihələrə beynəlxalq ekspertlər cəlb edilirdisə, bu ildən etibarən Rəqəmsal laboratoriyada bütün məhsullar yerli kadrların köməyi ilə ərsəyə gətirilir. İnanırıq ki, bu yanaşma yerli bazada da bu sahədə insan resurslarının potensialının gücləndirilməsi işinə öz töhfəsini verəcək”.

Bu sahədə hansı əlavə tədbirlərin görülməsinin labüd olması sualına cavab olaraq S.Qurbanova bildirib: “Finteklərin davamlı inkişafını təmin etmək üçün ölkə səviyyəsində tənzimləyici “sandbox”-un yaradılması məqsədəuyğun olardı. Bu sandbox finteklərə məhsulu bazara çıxarmamışdan öncə tənzimləyici ilə sınaqdan keçirmək imkanı verəcək və bazarın ümumi inkişafına gətirib çıxaracaq”.

Tədbir əsnasında ölkəmizdə yaradılmış texnologiyaların ixrac perspektivləri və ölkədaxili innovativ biznes ekosistemlərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb. Ekspertlər innovasiya həllərinin ixracı sahəsindəki qlobal təcrübə, ölkə daxilində özəl və dövlət sektoru tərəfindən yaradılan məhsul və xidmətlərin təşviqi və digər aktual məsələləri müzakirə ediblər.

Xatırladaq ki, “Made in Azerbaijan: İnnovasiyalar və Texnologiyalar” forumu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin təşkilatçılığı ilə həyata keçirilib.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO